Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris üç aydan az müddətdə seçki kampaniyası üçün 1 milyard dollardan çox pul toplayıb.
Sozcu.az xəbər verir ki, bu barədə “Nyu-York Tayms”” qəzeti üç mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ tarixində heç bir prezidentliyə namizəd belə qısa müddət ərzində bu qədər pul yığmayıb.
Qəzet qeyd edir ki, Harrisin topladığı məbləğ onun Respublikaçı rəqibi Donald Trampın bütün 2024-cü ildə toplaya bildiyi məbləğdən çoxdur.
Rəsmi açıqlamalardan əldə edilən hesablamalara görə, Tramp təxminən 853 milyon dollar toplayıb.
Qəzetin yazdığına görə, Kamala Harrisin topladığı pula onun kampaniyası üçün partiya komitələrindən, o cümlədən Demokratlar Partiyasının Milli Komitəsindən ayrılan vəsait daxildir. Vəsait əsasən televiziya və onlayn reklamlara, həmçinin partiya ofislərinin və işçilərinin işinə sərf olunur.
Demokrat Partiyası hələ sentyabrda nə qədər pul yığdığını rəsmən açıqlamayıb.