437-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 437-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 193 770 hərbçi, 3717 ədəd tank, 7238 ədəd zirehli döyüş maşını, 2992 ədəd artilleriya sistemi, 552 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 306 hava hücumundan müdafiə sistemi, 308 ədəd hərbi təyyarə, 294 ədəd helikopter, 5936 ədəd avtomobil texnikası, 2554 ədəd PUA, 947 qanadlı raket, 18 gəmi/qayıq, 375 xüsusi avadanlıq itirib.

Ukrayna ordusu Rusiyanın 18 PUA-sını məhv etdi

Rusiya ordusu bu gecə Ukraynaya “Şahid” PUA-ları ilə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, atılan 24 ədəd PUA-nın 18-i məhv edilib. “Şahid”lərin hücumu Bryansk vilayətindən və Azov dənizinin şərq sahillərindən həyata keçirilib.

Ukrayna PUA-sı Rusiya ərazisindəki qülləni vurdu

Rusiyanın Belqorod vilayətində kamikadze PUA-sı su qülləsinə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın "Baza" Teleqram kanalının məlumatında bildirilib. Hücum ötən gün axşam saatlarında baş verib. Məlumata görə, pilotsuz uçuş aparatı Ukraynaya məxsus olub. PUA Ukraynanın Sum rayonunun Popovka kəndindən buraxılıb. “Hücum nəticəsində qüllə zədələnib”, - kanalın məlumatında qeyd olunub.

Zelenski Kremlə PUA hücumundan danışdı: "Biz Putinə..."

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın Kremlə hücumlarda iştirak etmədiyini bildirib. Sozcu.az xəbər verir ki, bu barədə o, Helsinkidə keçirilən mətbuat konfransında danışıb. "Biz Putinə və ya Moskvaya hücum etməmişik, biz öz ərazimizdə vuruşuruq", - Ukrayna rəhbəri deyib. Qeyd edək ki, Rusiya Kremlə pilotsuz uçuş aparatı ilə hücum edildiyini açıqlayıb.

İran Beynəlxalq Cinayət Məhkəməsinə VERİLİR

İran Beynəlxalq Cinayət Məhkəməsinə verilir. Sozcu.az xəbər verir ki, ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyası dünya miqyasında dini azadlıqların vəziyyəti ilə bağlı hesabatını dərc edib. Hesabatda Bayden administrasiyasına İranı bir daha xüsusi narahatlıq doğuran ölkələr sırasına daxil etməyi tövsiyə edilib. İranda azyaşlı uşaqların həbsi və öldürülməsi, işgəncələr, etirazçılara qarşı repressiyalar və etiqadlarına görə, müxtəlif dinlərə mənsub qrupların sıxışdırılması barədə yazılıb. Eyni zamanda İran hakimiyyət orqanları tərəfindən insan hüquqlarının pozulmasına və insanlığa qarşı cinayətlərə görə, bu ölkənin Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi istənilib. Bu komissiya həmçinin ABŞ Konqresindən Tehran hakimiyyətinin təzyiqi altında olan iranlı qaçqınların Amerikada məskunlaşmasına kömək etməyi və iranlıların daha çox dini azadlıqlara nail olmaq üçün mübarizəsini dəstəkləməyi xahiş edib.

Bryansk aerodromuna hücum: “Ruslan” vuruldu

Ukrayna Rusiyanın Bryansk vilayətindəki aerodroma PUA-larla zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, hücumda 5 PUA iştirak edib. Onlardan 2-si vurulub, 2-si aerodrom ərazisində partlayıb, 1 PUA isə ümumiyyətlə tapılmayıb. Bildirilib ki, hücum nəticəsində AN-24 “Ruslan” təyyarəsi ciddi zədələnib.

Rusiyanın 100 min əsgəri öldürüldü, hücum dayandı!

Rusiya Baxmut yaxınlığında hərbi əməliyyatlar dövründə 100 min əsgər itirib. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Onun sözlərinə görə, bu rəqəmləri Amerika kəşfiyyatı əldə edib. Xüsusən dekabrdan bəri “Vaqner”in 20 min döyüşçüsü öldürülüb. Kirbi bildirib ki, Rusiya ordusunun Baxmut hücumu dayandırılıb və uğursuzluğa düçar olub.

Qeşevin kortejinin keçdiyi yolda partlayış…

Bolqarıstanın baş prokuroru İvan Qeşevin kortejinin keçdiyi yolda partlayış olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə yerində polis əməliyyat tədbiri həyata keçirib. Bolqarıstan Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ölkə paytaxtı Sofiya ilə Samokov şəhəri arasındakı magistral yolda baş verib. İlkin məlumatlara görə, partlayıcı qurğu kortejdəki avtomobillərdən birinin qarşısında işə düşüb. Xəsarət alan olmayıb. Hadisənin araşdırılması üçün bütün təhlükəsizlik xidmətlərinin iştirakı ilə qərargah yaradılıb. Mayın 2-də Bolqarıstanın Baş naziri Qılıb Donevin Daxili İşlər Nazirliyi və Baş Prokurorluq orqanlarının rəhbərləri ilə görüş keçirəcəyi gözlənilir.

Ukrayna Baxmutda əks-hücuma keçdi - General

Ukrayna hərbçiləri Liman istiqamətində düşmənin bütün hücumlarını dəf edərək 10 döyüşçüsünü girov götürüb. Baxmutda isə əks-hücum nəticəsində düşməni bəzi mövqelərini tərk etməyə məcbur edib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski deyib. "İrəli getmək üçün düşmən maksimum səy göstərir və heç nəyi nəzərə almır. Əhəmiyyətli itkilərə baxmayaraq, "Vaqner"in yeni hücum qrupları, digər özəl şirkətlərin döyüşçüləri daim döyüşə atılır. Lakin düşmən Baxmutu ala bilmir. Buna baxmayaraq, vəziyyət kifayət qədər mürəkkəbdir”, - o bildirib.

CNN: Rusiya Ukraynanın əks hücumuna hazır deyil

Ukraynanın çoxdan gözlənilən əks-hücum əməliyyatı qaçılmaz görünür və Rusiya buna hazır deyil. Sozcu.az xəbər verir ki, bu barədə CNN yazıb. Qeyd edilir ki, Ukraynanın cəbhə xətti texnikanın hərəkəti və artilleriya atəşi ilə səs-küy salır, işğal olunmuş ərazilərdə Rusiyanın həyati əhəmiyyətli obyektlərinə zərbələr endirilir. “Ukraynanın müdafiə naziri, hazırlıqların başa çatmaq üzrə olduğunu söylədi və Prezident Volodimir Zelenski əks-hücumun baş tutacağına zəmanət verdi, lakin dəqiq başlanğıc tarixini açıqlamadı”, - CNN yazıb. “Ola bilsin, hücum artıq başlayıb və ya bir neçə həftəyə ola bilər”, - mətbu orqan əlavə edib.

Rusların bu istiqamətdə əməliyyatları uğursuz oldu

Rus ordusu Svatovo-Kremennoy istiqamətində məhdud hücumlar həyata keçirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Bu hücumların hamısı uğursuz olub. Bundan başqa, Ukrayna ordusu rusların arxa cəbhəsinə də zərbələr endirir. Rus mənbələri də təsdiq edir ki, aprelin 29-da Ukrayna ordusu Alçevskdən 9 km qərbdə yerləşən Bryankanı HİMARS-larla vurub”, - məlumatda qeyd olunub.

Putin terrorçudur, onunla danışmayacam - Zelenski

Rusiya Prezidenti Vladimir Putinlə heç bir danışıqlardan söhbət gedə bilməz, çünki o, terrorçudur. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Putin bütün dünyaya əraziləri ələ keçirməyəcəyini, heç vaxt genişmiqyaslı müharibə olmayacağını demişdi. Bundan sonra onunla necə danışmaq olar?”, - Zelenski bildirib.