Almaniyanın xarici işlər naziri Annalena Barbok Rusiya hərbi bazalarının Suriyanın Latakiya əyalətindən çıxarılmasını istəyib.
Sozcu.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin saytında müvafiq məlumat yerləşdirilib.
Berbok Dəməşqə gözlənilməz səfəri zamanı deyib: “Rusiyanın Suriyadakı hərbi bazalarını tərk etməsinin vaxtı çatıb”.
O, bunun Ərəb Respublikasının suverenliyinə hörmət olduğunu vurğulayıb.
Bundan əlavə, XİN rəhbəri ölkənin yeni rəhbərliyini qadınların və etnik azlıqların nümayəndələrinin maraqlarını nəzərə almalı olan inklüziv hökumət formalaşdırmağa çağırıb.
Qeyd edək ki, Almaniya və Fransa XİN başçıları Annalena Berbok və Jan-Noel Barro Suriyaya birgə səfərə gediblər.