Yeni il gecəsi Luiziana ştatının Nyu-Orlean şəhərinin mərkəzində terror aktı törədən şəxs hadisədən 2 gün əvvəl Meksika sərhədindən keçərək ABŞ-a daxil olub.
Sozcu.az “Fox News”a itinadla xəbər verir ki, şübhəlinin adı Şəmsuddin Cabbardır. Bu məlumatı iki federal məmur telekanala təsdiqləyib.
Hüquq-mühafizə orqanları şübhəlinin xarici terror təşkilatları ilə əlaqəsi olub-olmadığını araşdırır.
Nyu-Orlean şəhərində Yeni il gecəsi şəhərin mərkəzində avtomobilin piyadaların üzərinə sürülməsi nəticəsində 10 nəfər həlak olub, yaralananların sayı 35-ə yüksəlib.