Rusiyanın “Mi-8” helikopterinin heyəti Ukraynaya təslim oldu - FOTO

Rusiyanın ordusunun “Mi-8” döyüş helikopteri Ukraynaya uçub və burada helikopterin heyəti Ukrayna Silahlı Qüvvələrinə təslim olub. Bu barədə jurnalist Yuri Butusov xəbər verir. Onun sözlərinə görə, “naviqasiya xətaları” ilə bağlı xəbərlər Rusiyanın növbəti yalanıdır, çünki helikopter Poltava aerodromuna uçubsa, deməli, o, cəbhə xəttindən təxminən 300 km aralıdan qalxıb və yalnız bilərəkdən yerə enə bilərdi. Bundan başqa, aşağı hündürlükdə və aşağı sürətlə uçan heyət yerdəki bütün oriyentirləri yaxşı görüb, ona görə də 300 km “səhv etmək” mümkün deyil. Daha sonra jurnalist Ukrayna ordusunun rəhbərliyindəki mənbələrə istinadən vurğulayıb ki, helikopter zədələnməyib və həqiqətən də, onun avadanlığının ətraflı öyrənilməsi üçün aviabazalardan birinə uçub. “Hazırda heyətlə iş aparılır. Hər şey yaxşıdır. Əlavə xəbərlər veriləcək”, - Ukraynanın Baş Kəşfiyyat İdarəsi (BKİ) Rusiya helikopterinin Ukraynaya enməsi ilə bağlı məlumatı təsdiqləyib.         Həmçinin bildirilib ki, bu, BKİ-nin altı aydan çox davam edən xüsusi əməliyyatı idi. “Mi-8” Xarkov vilayətinə eniş edib. Təyyarədə pilotla birlikdə helikopterin, əslində, haraya uçduğunu bilməyən iki heyət üzvü olub.

Krım körpüləri dağılıb, Rusiya bu yola... - Britaniya

Çonqar və Geniçeskdəki körpülərə güclü zərbələrdən sonra ruslar Krımda öz logistikaları üçün yalnız bir uzun marşruta bel bağlamaq məcburiyyətində qalıblar. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub. Bildirilib ki, indi ruslar Ukraynanın cənubunun Krımla sərhədində ponton keçidlər inşa edir: “Avqustun ortalarında Ukraynanın Çonqar və Geniçesk körpülərinə endirdiyi ağır zərbələrdən sonra, çətin ki, bu infrastruktur Rusiyanın ağır texnika və sursatlarının böyük yükünə tab gətirə bilsin. Krımda dar yerlər yaranıb. Bu o deməkdir ki, Rusiya Armyanskdan keçən uzun yola arxalanır. Bu da Rusiyanın cənubdakı logistika şəbəkəsinə əlavə çətinliklər yaradır”.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 546-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 258 820 hərbçi, 4373 ədəd tank, 8488 ədəd zirehli döyüş maşını, 5318 ədəd artilleriya sistemi, 722 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 491 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7745 ədəd avtomobil texnikası, 4324 ədəd PUA, 1406 qanadlı raket, 18 gəmi/qayıq, 800 xüsusi avadanlıq itirib.

Krım tezliklə hərbi yolla azad ediləcək - Danilov

Krımı tezliklə hərbi yolla azad edəcəyik. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. “Biz onu azad edəcəyik. İşğalçı ölkə ərazimizi tərk etməli olduğunu başa düşməsə, bu, hərbi yolla baş verəcək. Başqa variantımız yoxdur”, - Danilov bildirib.

Rusiyanın itkiləri 259 minə yaxınlaşır

Ukrayna müharibənin 545-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 258 340 hərbçi, 4362 ədəd tank, 8476 ədəd zirehli döyüş maşını, 5295 ədəd artilleriya sistemi, 721 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 491 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7722 ədəd avtomobil texnikası, 4312 ədəd PUA, 1406 qanadlı raket, 18 gəmi/qayıq, 797 xüsusi avadanlıq itirib.

Ukraynanın zərbələri Rusiyada panikaya səbəb oldu

Ukrayna Silahlı Qüvvələrinin rus qoşunlarının arxa cəbhəsinə endirdiyi zərbələr Rusiyanın informasiya məkanında narazılıq və narahatlıq yaradır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitunun hesabatında qeyd olunub. “Ukrayna ordusunun zərbələri Rusiyada hərbi komandanlığın tənqidinə səbəb olur. Bu cür hücumlar Ukraynadakı rus qoşunlarının əhval-ruhiyyəsini əhəmiyyətli dərəcədə pisləşdirir və bu, rusların müdafiəsinin ümumi sabitliyinə təhlükə yarada bilər”, - hesabatda bildirilib.

KİV: Ukrayna kaset sursatlar sayəsində əks-hücum əməliyyatlarında daha çox uğur qazana bilir

Ukrayna ABŞ-dən aldığı kaset sursatlar sayəsində əks-hücum əməliyyatlarında daha çox uğur qazana bilir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu “Vaşinqton Post” nəşri yazıb. Bildirilib ki, kasetli bombalar sayəsində Ukrayna Silahlı Qüvvələri düşmənin hücumlarını dayandıra bildi: “Bu silahlar Ukraynanın əks-hücumu üçün də faydalı oldu”. Qeyd olunub ki, kasetli sursatlar Rusiyanın irəliləməsinin qarşısını alır: “Ukrayna bu silahlardan xüsusilə Rusiya qüvvələrinin gizləndiyi sıx meşələri bombalamaq, zirehli maşınları məhv etmək üçün istifadə edir”. Xatırladaq ki, Ukrayna bu ilin iyulun 20-də kasetli sursatlardan istifadə etməyə başlayıb. 2010-cu ildə kasetli sursatlar haqqında konvensiya qüvvəyə minib. O, tərəflər və ya imzalayan 123 dövlətdə onların istifadəsini, istehsalını və yığılmasını qadağan edir. 123 ölkə sənədi ratifikasiya edib. Rusiya, ABŞ və Ukrayna bu siyahıya daxil deyil.

Rusiyanın 2 strateji nüvə bombardmançısı məhv edildi

Xəbər verdiyimiz kimi, Ukrayna ordusu avqustun 19-da Novqorod vilayətindəki “Soltsı” hərbi areodromuna zərbələr endirib. Sozcu.az xəbər verir ki, Rusiya Teleqram kanalları PUA-larla edilən hücum zamanı aerodromda olan iki ədəd Tu-22M3 strateji nüvə bombardmançısının məhv edildiyini yazıb. Məlumata görə, təyyarələrdən biri tamamilə məhv edilib, digərinin isə bir hissəsi sıradan çıxıb. Teleqram kanalları məhv edilən Tu-22M3-ün fotosunu da yayıb.

Ukrayna Kurskda vağzalı vurdu: yaralılar var

Ukraynaya məxsus pilotsuz təyyarənin Kurskda dəmiryol vağzalı binasının damına çırpılması nəticəsində yanğın baş verib və 5 nəfər xəsarət alıb. Sozcu.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Roman Starovoyt teleqram kanalında məlumat yayıb. Məlumata görə, PUA dəmiryol vağzalı binasının damına çırpılıb və damda yanğın baş verib. Hadisə nəticəsində beş nəfər xəsarət alıb.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 542-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 257 010 hərbçi, 4340 ədəd tank, 8424 ədəd zirehli döyüş maşını, 5212 ədəd artilleriya sistemi, 714 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 486 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7665 ədəd avtomobil texnikası, 4282 ədəd PUA, 1406 qanadlı raket, 18 gəmi/qayıq, 785 xüsusi avadanlıq itirib.

Donetskdə güclü partlayış: ölənlər var

Rusiyanın nəzarətində olan Donetsk şəhərinin mərkəzində güclü partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Bildirilib ki, lisey qarşısında baş verən partlayışda 3 nəfər ölüb, bir neçə insan isə xəsarət alıb. Ehtimal edilir ki, PUA ilə əraziyə zərbə endirilib. Hazırda fövqəladə xidmət qurumlarının əməkdaşları hadisə yerindədir.

Moskvaya yenə PUA hücumu edildi

Bu gün gecə saatlarında Moskvaya PUA hücumu olub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, PUA-lardan biri “Moskva-Siti” yaxınlığındakı “Eksposentr”ə çırpılıb. Hazırda Moskvadakı “Vnukovo” hava limanı da uçuşlara bağlanıb.