Ukrayna daha bir yaşayış məntəqəsini azad etdi - RƏSMİ

Ukrayna Silahlı Qüvvələri Rabotino yaşayış məntəqəsini azad edib.  Sozcu.az NEXTA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.  "Düşmənin şiddətli müqavimətinə baxmayaraq, Novoprokopovka və Oçeretovatıya doğru irəliləyirik", - o qeyd edib.  Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 

Ukrayna Bryanskda aerodroma hücum etdi

Ukrayna ordusu Bryansk vilayətindəki hərbi aerodroma PUA-larla hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Ukrayna tərəfdən aerodrom istiqamətinə 3 ədəd PUA buraxılıb. Bildirilib ki, PUA-ların hamısı vurulub.

Rusiyanın ŞOK itkiləri - 4396 ədəd tank məhv edlib

Ukrayna müharibənin 550-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 260 820 hərbçi, 4396 ədəd tank, 8554 ədəd zirehli döyüş maşını, 5403 ədəd artilleriya sistemi, 728 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 498 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7854 ədəd avtomobil texnikası, 4378 ədəd PUA, 1411 qanadlı raket, 18 gəmi/qayıq, 808 xüsusi avadanlıq itirib.

"Biz əldə etdiklərimizlə kifayətlənməyəcəyik və dayanmaq fikrində deyilik" - Ukrayna Silahlı Qüvvələri

"Biz Rusiya müdafiəsinin belə mürəkkəb olduğunu gözləmirdik..." Ukrayna bəyan edib ki, Rusiyanın ən mürəkkəb müdafiə xəttini yararaq Berdyanska doğru irəliləyir Ukrayna hərbçiləri güman edir ki, onlar cənub istiqamətində Rusiyanın ən mürəkkəb müdafiə xəttini yarıb və indi daha sürətlə irəliləyə biləcək.  Sozcu.az xəbər verir ki, bu barədə avqustun 26-da Ukrayna Silahlı Qüvvələri komandanlığına istinadən "Reuters" agentliyi məlumat yayıb. Ukrayna tərəfinin sözlərinə görə, USQ Zaporojye vilayətinin cənubunda Rabotino qəsəbəsində Ukrayna bayrağını qaldırıb. "Biz əldə etdiklərimizlə kifayətlənməyəcəyik və dayanmaq fikrində deyilik", - bunu agentliyə şərti adı "Kombat" olan komandir bəyan edib. İndi bizim məqsədimiz Berdyansk şəhəridir. Bu şəhəri ələ keçirməklə biz Azov dənizinə çıxacağıq". Sahilyanı Berdyansk şəhəri Rusiya tərəfindən işğal edilmiş Mariupoldan qərbə doğru 85 km, Rabotinodan 100 km aralıda  yerləşir. Yay hücumunun gedişində Mariupolun geri alınmasını Qərb analitikləri əvvəlcə gerçək olmayan vəzifə hesab edib. Ukrayna əkshücuma iyun ayında başlayıb, lakin Rusiyanın yaxşı hazırlanmış və mina sahələri ilə gücləndirilmiş müdafiə xətləri USQ-nin irəliləməsini lənğidib. Belə templərlə Berdyanskın alınması da gerçək görünmür. Lakin USQ komandanlığı məlumat verib ki, Ukrayna qoşunları Rusiyanın ən çətin, ən möhkəmləndirilmiş müdafiə xəttini yarıb və templər arta bilər. "Biz minalanmış əsas yolları keçmişik. Biz irəliyə gedə biləcək sərhədlərə çıxırıq. Biz Rusiyanın müdafiəsini keçməyin belə mürəkkəb olduğunu gözləmirdik.  Amma hər halda elə əraziyə gəlib çatmışıq ki, burada yalnız arxa cəbhənin dəstək hissələri var. Əminəm ki, biz buradan daha sürətlə irəliləyəcəyik", - "Kombat" deyib. Bu arada isə Rusiya tərəfi Rabotinonun itirilməsini hələlik təsdiq etməyib.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 549-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 260 270 hərbçi, 4390ədəd tank, 8539 ədəd zirehli döyüş maşını, 5379 ədəd artilleriya sistemi, 726 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 497 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7823 ədəd avtomobil texnikası, 4367 ədəd PUA, 1411 qanadlı raket, 18 gəmi/qayıq, 804 xüsusi avadanlıq itirib.

Hakan Fidan Kiyevdədir - Zelenski ilə görüşdü

Türkiyənin XİN başçısı Hakan Fidan Ukraynaya səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in X-dəki rəsmi səhifəsində paylaşım edilib. Səfər çərçivəsində o, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş keçirib.

“Müharibə Rusiya ərazisinə keçir, qoy, savaşın nə demək olduğunu anlasınlar"

“Müharibə Rusiya ərazisinə keçir. Qoy, qarşı tərəf də müharibənin nə olduğunu başa düşsün”. Bunu Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov “Azadlıq” radiosuna müsahibəsində deyib. O bildirib ki, Moskva da savaşdan əziyyət çəkməlidir: “Ukraynalı uşaqlar, qadınlar və qocalar düşmən hücumlarına görə daim sığınacaqlarda yaşayırlar. Qoy, qarşı tərəf də Moskvada öz evlərində özlərini rahat hiss edə bilməsin”. O.Danilovun sözlərinə görə, bu, ədalətlidir: “Qarşı tərəfə daha çox təzyiq göstərilməlidir”. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Bu ilin iyununda Ukrayna əks-hücum əməliyyatlarına start verib. Xatırladaq ki, son zamanlar Ukrayna Rusiya ərazisinə, o cümlədən, paytaxt Moskvaya intensiv zərbələr endirir.

Ukrayna ordusu bu istiqamətdə irəliləyir

Ukrayna ordusu Zaporojye vilayətinin qərbindəki Robotino bölgəsində rusların ikinci müdafiə xəttinə yaxınlaşaraq hücumu daha da genişləndirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun yaydığı hesabatda qeyd olunub. “Geolokasiya məlumatlarından da bəlli olur ki, Ukrayna qoşunları Verbovodan qərbə və Robotinodan cənuba doğru Rusiyanın müdafiə xəttinə doğru irəliləyir”, - hesabatda qeyd olunub.

Zelenski Priqojinin ölümündən danışdı: “Hamı kimin əli ilə olduğunu bilir”

Ukrayna Prezidenti Volodimir Zelenski “Vaqner PMC” şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsus təyyarənin vurulması və onun ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Sozcu.az UNIAN-a istinadla xəbər verir ki, dövlət başçısı Ukraynanın bu hadisələrdə əli olmadığını deyib. “Ukrayna təyyarələrlə bağlı dünya ölkələrinə müraciət edəndə biz bunu nəzərdə tutmamışdıq... baxmayaraq ki, bu, müəyyən mənada mütləq kömək edəcək. “Hamı bunun kimin əli ilə hayata keçirildiyini bilir”, - Zelenski bildirib. Xatırladaq ki, avqustun 23-ü axşam saatlarında Rusiya Federasiyasının Tver vilayətində Priqojinə məxsus təyyarə qəzaya uğrayıb. Priqojinin özü də daxil olmaqla, təyyarənin göyərtəsində ümumilikdə 10 nəfər olub və hamısı ölüb.

Ukrayna kəşfiyyatının rəhbəri: “Krımın istənilən nöqtəsinə zərbə endirə bilərik”

“İşğal altındakı Krım yarımadasının istənilən nöqtəsinə zərbə endirə bilərik”. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib. O, Krımdakı əhalini yarımadadan çıxmağa çağırıb: “Onlar Krımdan çıxmalıdır. Yarımadada qalanlar isə kəşfiyyat orqanlarımıza kömək etməlidir”. Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib.

Putin Priqojini nümayişkəranə şəkildə öldürdü

Rusdilli məkanda “çox hərəkətli” oyun olduqca populyardır. Sozcu.az xəbər verir ki, bu sözləri rusiyalı jurnalist Maykl Naki deyib. Onun fikrincə, hər bir hadisə ən inanılmaz versiyaların yığını ilə müşayiət olunur: “Dronların Kremlə nə vaxt uçduğunu xatırlayırsınızmı? Orada müxtəlif fərziyyələr vardı. Deyirdilər ki, bu FTX-nin işidir. Ancaq bu, bir dəfə də olsun təsdiqlənmədi. Hesab edirəm ki, bunların Ukrayna PUA-ları olduğu indi hamıya aydındır. Bəs Priqojinin üsyanını xatırlayırsınız? Hansı ki, yalnız tənbəllər bunu səhnəcik adlandırmadılar. Düzdür, bu tamaşanın məqsədinin nə olduğunu heç kim izah edə bilmədi. Düşünürəm ki, indi də onun səhnələşdirildiyinə inanan az insan var”. Nuki bildirib ki, hazırda da vəziyyət eynidir: “Priqojinin həqiqətən öldüyünü və heç bir hiyləgər planlarının olmadığını əminliklə deyə bilərəm. Putin Priqojini nümayişkəranə şəkildə öldürdü”.

"Ön cəbhədən ukraynalıların bu və ya digər yaşayış məntəqəsini azad etməsi barədə müntəzəm xəbərlər daxil olmaqdadır..."

"Bizə çox çətindir, Rusiya özündən sonra minlərlə mina və sıx minalanmış sahələr qoyub gedir..." "Ön cəbhədən ukraynalıların bu və ya digər yaşayış məntəqəsini azad etməsi barədə müntəzəm xəbərlər daxil olmaqdadır..." Zelenski Ukraynanın hücumu barədə sadə olmayan suala birbaşa cavab verib Ukrayna prezidenti Vladimir Zelenski əmin edib ki, Ukrayna Silahlı Qüvvələri hər gün bir neçə istiqamətdə irəliyə gedir.  Moderator.az xəbər verir ki, bu barədə o, Finlandiyanın baş naziri Petteri Orpo ilə birgə brifinqdə məlumat verib. Tədbirdə iştirak edən jurnalist sual edib: "Ukraynanın soyuqlar düşənədək hücumunu sürətləndirməyə dəyməzmi?" Vladimir Zelenski bəyan edib ki, Ukrayna qarşısında ağır vəzifə dayanır. Ukraynalı döyüşçülər ərazilərimizin rusiyalılardan imkan daxilində tez bir zamanda azad etmək üzərində işləyir. "Əkshücuma gəldikdə, nəticələrə baxacağıq. Mən xalqımıza, müdafiə Qüvvələrimizə və Ukrayna Silahlı Qüvvələrinə inanıram. Bacardığımız qədər çalışırıq, imkan daxilində tez bir zamanda şəhər və kəndlərimizi azad etmək üzərində işləyirik. Çətin vəzifədir", - o, deyib. "Bizə çox çətindir, minlərlə minalar var, çox sıx minalanma mövcuddur. Bu, Rusiyanın özündən sonra qoyub getdikləridir. Mənə hər gün hərbçilərin etdiyi məruzələrdə başlıca meyl bizim daima irəliyə getməyimizdən ibarətdir. Bəli, biz az-az irəliləyirik, lakin bununla yanaşı istiqamətimiz doğrudur", - Ukraynanın dövlət başçısı vurğulayıb. Son zamanlar Qərbin aparıcı mediası müntəzəm olaraq Ukrayna Silahlı Qüvvələrin "asta" hücumu barədə materiallar dərc edir.  Onlar bir qayda olaraq "anonim Qərb məmurlarına", "Ağ evin adının açıqlanmadığı nümayəndələrinə", "hökumətə yaxın adamlara" istinad edir. Bu materiallarda Ukrayna Silahlı Qüvvələrinin hücumunun "ləngiməsindən", "düzgün olmayan taktikasından", hətta "iflasa uğramasından" bəhs edilir. Bununla yanaşı, ön cəbhədən ukraynalıların bu və ya digər yaşayış məntəqəsini azad etməsi barədə müntəzəm olaraq xəbərlər daxil olur.  Məsələn, dünən bəlli olub ki, Ukrayna qoşunları Zalorojye vilayətində Melitopol istiqamətində Rabotino kəndinə daxil olub. Ötən həftə Ukrayna müdafiə qüvvələri Donetsk vilayətinin Urojaynoye kəndini azad edib. USQ Baş Qərargahının bu günkü məlumatında deyilir ki, Ukrayna qoşunları Baxmut və Melitopol istiqamətlərində "hücum əməliyyatlarını davam etdirir". Ukraynada müharibə - bunları bilmək vacibdir İyunun əvvəlində Vladimir Zelenski təsdiq edib ki, Ukraynanın əkshücumu başlanıb. Döyüşçülərimiz ölkənin cənubu və şərqində uğurlar əldə edib. Ağ evin Milli Təhlükəsizlik üzrə müşaviri Con Sallivan qeyd edib ki, ukraynalı döyüşçülər öz ərazilərini "metodiki, sistemli şəkildə" azad edir. Qeyd etmək lazımdır ki, bir sıra Qərb dövlətləri, o cümlədən ABŞ Ukraynaya tələb olunanadək dəstək göstərməyi vəd edib.