Beynəlxalq Ədalət Məhkəməsinin sədri Nəvaf Salam yanvarın 14-də istefa verib.
Sozcu.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Onun məhkəmənin üzvü və sədri kimi səlahiyyət müddəti 2027-ci il fevralın 5-də başa çatırdı.
Qeyd edək ki, ötən gün Livan Prezidenti Cozef Aun Nəvaf Salamı ölkənin Baş naziri təyin edib və ona yeni hökuməti formalaşdırmağı tapşırıb. Salam parlamentin 128 üzvündən 85-nin dəstəyini qazanıb.