Yaponiyanın yeni baş naziri bəlli oldu

Yaponiya Liberal Demokrat Partiyasının rəhbəri Şiqeru İşiba ölkənin baş naziri seçilib. Sozcu.az xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb. Parlamentin aşağı palatasında keçirilən səsvermənin ikinci turunda o, deputatların yarıdan çoxunun səsini qazanıb. İşiba 221, onun ikinci turdakı rəqibi Yoşixiko Noda isə 160 səs alıb.

İsveç hərbi kəşfiyyatının rəhbəri Kiyevə getdi

Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Kiyevdə Hərbi Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Tomas Nilssonla görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsindən məlumat verilib. Məlumata görə, görüşdə Ukrayna və İsveç hərbi kəşfiyyatı arasında əməkdaşlıq müzakirə edilib. Nilsson Kiyevə İsveç kəşfiyyatı tərəfindən lazımi dəstəyin davam edəcəyini deyib.

991-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 991-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 708 890 hərbçi, 9 249 ədəd tank, 18 726 ədəd zirehli döyüş maşını, 20 280 ədəd artilleriya sistemi, 1 245 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 996 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 28 683 ədəd avtomobil texnikası, 18 619 ədəd PUA, 2 634 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 604 xüsusi avadanlıq itirib.

Litva prezidenti Gürcüstandakı durumdan narahatdır

Rusiyanın seçki prosesinə irimiqyaslı müdaxiləsi parlament seçkilərinin nəticələrinin legitimliyini şübhə altına alır. Müstəqil beynəlxalq araşdırmaya təcili ehtiyac var. Biz demokratik və azad cəmiyyətdə yaşamağa çalışan Gürcüstan xalqı ilə həmrəy olmalıyıq. Sozcu.az xəbər verir ki, bu sözləri Litva Prezidenti Gitanas Nauseda Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı şərh verərkən deyib. O bildirib ki, Gürcüstanda vəziyyət çox narahatlıq doğurur. Xatırladaq ki, Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrinə görə, hakim Gürcü Arzusu Partiyası qalib olub. Müxalifət isə seçkinin nəticələrini tanımır.

Rusiyanın Ukraynadakı itkiləri 707 min 540 nəfərə ÇATIB

Rusiya ilə müharibə davam edir və son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri daha 1660 rus işğalçısını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bundan əlavə, ukraynalı qırıcılar düşmənin xeyli texnikasını məhv ediblər. Belə ki, o cümlədən 5 tank, 36 zirehli döyüş maşını, 23 artilleriya sistemi, 49 operativ-taktiki PUA və 3 qanadlı raket məhv edilib. Bildirilib ki, noyabrın 9-na olan məlumata görə, düşmənin ümumi itkiləri artıq 707 min 540 nəfər təşkil edir.

Tramp Ukraynanı Putinə versə… – Sabiq səfirdən xəbərdarlıq

Əgər Tramp Ukraynada atəşkəslə bağlı danışıqlara başlasa, çoxları onu Putinin “fahişəsi” adlandıracaq. Sozcu.az xəbər verir ki, bunu “Atlantic Council”ın Avrasiya Mərkəzinin rəhbəri, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Xerbst deyib. “Mən bilmirəm ki, Tramp necə hərəkət edəcək. Əgər o, sadəlövhlərin məsləhətinə qulaq assa və atəşkəslə bağlı danışıqlara başlasa, çoxları, o cümlədə respublikaçılar onu Putini “fahişəsi” adlandıracaqlar. Respublikaçılar Partiyası tərəfindən bu fonda tənqidlər olacaq. Lakin Tramp istəmir ki, onu zəif görsünlər. Əgər Ukraynanı Putinə versələr, bu, ABŞ üçün heç yaxşı olmayacaq” – deyə o bildirib.

Şarl Mişel Trampa Avropanın öncəliklərini xatırlatdı

Avropa Şurasının rəhbəri Şarl Mişel ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı aparıb. Sozcu.az xəbər verir ki, bu barədə Ş.Mişel X səhifəsində yazıb. "Mən AB-nin iqtisadi və geosiyasi vəziyyətdə, əsasən də Ukrayna və Yaxın Şərqdəki prioritetlərini qeyd etdim. Biz Avropanı gücləndirməyə və müdafiəmizə və təhlükəsizliyimizə daha çox sərmayə qoymağa davam edəcəyik", - o bildirib.

Dünya liderləri Trampı TƏBRİK EDİR

Dünya liderləri və siyasətçiləri ABŞ-da keçirilən prezident seçkilərində qələbəsini elan edən respublikaçı namizəd Donald Trampa təbrik mesajları ünvanlayıblar. Sozcu.az-ın məlumatına görə, bir çox ölkənin lideri Trampı təbrik edib. Fransa Prezidenti Emmanuel Makron, Macarıstanın Baş naziri Viktor Orban, Litva Prezidenti Gitanas Nauseda, Latviya Prezidenti Edqars Rinkeviç, Ukrayna Prezidenti Volodimir Zelenski, İsrailin Baş naziri Benyamin Netanyahu, Serbiya Prezidenti Aleksandr Vuçiç, Avstriya kansleri Karl Nehammer, NATO-nun baş katibi Mark Rutte, El Salvador prezidenti Nayib Bukele və İtaliya baş nazirinin müavini Matteo Salvini Trampı təbrik ediblər. Makron “sülh və firavanlıq naminə” respublikaçı ilə işləməyə hazır olduğunu bildirib. Macarıstanın baş naziri əmindir ki, Trampın qələbəsi “bütün dünya üçün çox lazımdır”. Netanyahu Donald Trampın Ağ Evə qayıtmasını “tarixi”, Zelenski isə təsirli hesab edib. Zelenski qeyd edib ki, o, “prezident Trampın həlledici rəhbərliyi altında güclü Amerika Birləşmiş Ştatlarının erasını gözləyir” və həmçinin Ukraynaya davamlı dəstəyi səbirsizliklə gözləyir. Avstriya kansleri ABŞ-ı mühüm strateji tərəfdaş adlandırıb, o, “qlobal problemləri birlikdə uğurla həll etmək üçün” transatlantik əlaqələri daha da gücləndirməyə ümid edir. Latviya prezidenti də analoji ümidi dilə gətirib. Vuçiç bildirib ki, Serbiya sabitlik, firavanlıq və sülh naminə ABŞ ilə əməkdaşlığa sadiqdir. İtaliyanın baş nazirinin müavini Matteo Salvini Donald Trampın qeyri-qanuni miqrasiya ilə mübarizə və vergilərin azaldılması planlarını, həmçinin “Xristian dəyərləri və sülhə qayıdış, ifadə və fikir azadlığı” ilə bağlı planlarını bölüşdüyünü bildirib.

Tramp qələbəsini elan etməyə hazırlaşır - Təcili

Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp artıq qələbəsini elan etməyə hazırlaşır. Sozcu.az xəbər verir ki, onun tərəfdarları Trampın seçki qərargahının önünə toplaşbağa və şənliyə başlayıblar. Qeyd edək ki, səslərin sayılması davam etsə də, Tramp ciddi fərqlə rəqibi Kamala Harrisi qabaqlayır və qələbəsinə artıq kimsə şübhə etmir.

ABŞ-da erkən səs verənlərin son sayı

Noyabrın 5-də ölkədə keçirilən ümumi seçkilərdə 83 milyona yaxın ABŞ vətəndaşı erkən səs verib. Sozcu.az xəbər verir ki, bu barədə Florida Universitetindən bildirilib. Universitetin ekspertlərinin hesablamalarına görə, ölkənin 82 713 594 vətəndaşı erkən səs verib - 45 milyona yaxını seçki məntəqələrində, 37.7 milyonu isə poçt vasitəsilə. Səs verənlərin 37.8 faizi Demokrat, 35.8 faizi isə Respublikaçılar Partiyasının üzvləri olub. Qalan 26.4 faiz seçici siyasi mənsubiyyəti barədə məlumat verməyib. Ən çox səs verən ştat Texas (8.9 milyon) olub. Florida (8.3 milyon) və Kaliforniya (8.1 milyon) ştatları isə sonrakı yerləri tutublar. Qeyd edək ki, ABŞ-da ümumi seçici sayı 168 milyon nəfərdir.

Tramp bədbin danışdı: Məğlub ola bilərəm!

Seçkidə məğlub ola bilərəm. Sozcu.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib. “Fikirləşirəm ki, mənim ciddi üstünlüyüm var, amma məğlub da ola bilərəm. Pis şeylər baş verə bilər, amma maraqlı olacaq”, - Tramp bildirib. Onun sözlərinə görə, qalib elə seçki gecəsi məlum olacaq. Qeyd edək ki, ABŞ-da prezident seçkisi bu gün keçirilir.

İspaniyada qorxulu ssenari: Yeraltı avtoparkda kütləvi məzarlıq!

İspaniyada güclü yağışlardan sonra baş verən sel fəlakətində həyatını itirənlərin sayı 200-ü keçib. Valensiya bölgəsində ən azı 2 min adamın itkin düşdüyü iddia edilir. Sozcu.az "TRT Haber"ə istinadən xəbər verir ki, İspanyanın Baş naziri Pedro Sançes daşqın bölgəsinə ümumilikdə 5 min əsgərin göndəriləcəyini açıqlayıb. Həmçinin helikopterlərin təhvil verilməsi üçün əsgərlərlə yanaşı, İspaniya donanmasının gəmisi də cəlb olunacaq. Britaniyanın "The Sun" qəzetinin məlumatına görə, İspaniyada fəlakətlə bağlı dəhşətli ssenari mümkündür. Belə ki, yeraltı dayanacaqda bütöv bir məzarlıq ola bilər. Fəlakət baş verən gün yeraltı dayanacaqda olan hadisə şahidi deyib ki, avtoparkdan çıxarmaq ona nəsib olub: "Çıxdığım zaman yeraltı parkda insanlar və 30-a yaxın avtomobil var idi. Dayanacaqdakı suyu boşaldanda nə tapacaqlarını düşünmək məni qorxudur”. Ticarət mərkəzində çalışan işçilər bildiriblər ki, daşqın günü qırmızı həyəcan səbəbindən mərkəzdə həmişəkindən az adam olub. Lakin onlar hələ də suyun altında qalan insanların sayının yüzlərlə olduğunu deyirlər.