"Ukrayna müharibəsində Rusiya ordusunun yarısı məhv edilib, bu zaman bir amerikalı əsgər belə həlak olmayıb, ölkə üçün isə bu, illik müdafiə büdcəsinin 5 faizinə bərabər məbləğə başa gəlib..."
"Donald Trampın lideri olduğu respublikaçılar Kiyevə böyük həcmdə vəsaitlərin ayrılmasının əleyhinə çıxır..."
Rusiya Ukraynada çox böyük itkilərə məruz qalıb. Əslində, gerçək fəaliyyət Kiyev və Vaşinqtonda baş verir.
Sozcu.az xəbər verir ki, bu barədə NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin sabiq Baş Komandanı, istefada olan admiral Ceyms Stavridis bəyan edib. Məlumatı "nv.ua" nəşri yayıb.
2023-cü ilin dekabrın 25-nə olan məlumata görə, düşmənin itkiləri çox böyüldür. Ukraynada müharibə müddətində Rusiya ordusunun yarısı məhv edilib.
Amerika hakimiyyəti Ukraynaya hərbi dəstək verməlidir, onların mübarizəsi ədalətlidir.
"Bu, çox təhlükəli vəziyyətdir və əslində gerçək fəaliyyət Kiyevdə baş verir, gerçək fəaliyyət Vaşinqtonda baş verir", - o, bəyan edib.
İstefada olan admiral əlavə edib ki, Rusiya ordusunun yarısı məhv edilib, bu zaman bir amerikalı əsgər belə həlak olmayıb və hətta riskə də məruz qalmayıb, ölkə üçün isə bu, illik müdafiə büdcəsinin 5 faizinə bərabər məbləğə başa gəlib.
Jurnalistlərin fikrincə, Amerika Konqresi, böyük ehtimalla, Yeni ilədək toplaşmayacaq və Ukraynaya yeni yardım paketi haqqında danışıqlar 2024-cü ilə qalacaq.
Qeyd etmək lazımdır ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının 25 dekabr 2023-cü ilə olan məlumatına görə, düşmənin ümumi itkiləri təxminən 354 min nəfər təşkil edib.
ABŞ-dan Ukraynaya yardım-bəlli olanlar
Birləşmiş Ştatlar Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizəsinə fəal şəkildə yardım edib, o cümlədən silah və texnika tədarük edib.
Lakin son zamanlar ABŞ-da prezident seçkiləri fonunda daxili siyasi ixtilaflar səbəbindən Kiyevə dəstək məsələsində problemlər yaranıb.
Qeyd etmık lazımdır ki, Donald Trampın lideri olduğu respublikaçılar Kiyevə böyük həcmdə vəsaitlərin ayrılmasının əleyhinə çıxır.
Dekabrın 22-də bəlli olub ki, Co Bayden ölkənin rekord məbləğdə-886 milyard dollarlıq müdafiə büdcəsini təsiq edib. Onun 800 milyon dolları Ukraynara ayrılıb.