Bu ölkədə avtobus dərəyə aşdı: 51 nəfər öldü

Qvatemalada avtobusun dərəyə aşması nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə “Emisoras Unidas” radiostansiyası məlumat yayıb. Məlumata görə, ölənlərdən 36-sı kişi, 15-i isə qadındır. Ölənlərin sayının artacağı gözlənilir. Hadisə yerində xilasetmə qrupları işləyir. Bildirilib ki, qəzaya avtobusun əyləc sisteminin nasazlığı səbəb olduğu ehtimal edilir.

Tramp: Qəzza planımda fələstinlilərin geri qayıtmaq hüququ yoxdur

Qəzza planım çərçivəsində fələstinlilərin geri qayıtmaq hüququ yoxdur. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” kanalının müxbiri Bret Baierin fələstinlilərin geri qayıtmaq hüququnun olub-olmayacağı sualına cavabında deyib. “Onlar daha yaxşı mənzilə sahib olacaqlar. Başqa sözlə, mən onlar üçün daimi bir yer tikməkdən danışıram”, - Tramp qeyd edib.APA

1083-cü gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1083-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 850 490 hərbçi, 10 001 ədəd tank, 20 813 ədəd zirehli döyüş maşını, 22 879 ədəd artilleriya sistemi, 1 273 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1056 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 36 638 ədəd avtomobil texnikası, 24 623 ədəd PUA, 3054 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 740 xüsusi avadanlıq itirib.

Abramoviçin milyonluq avtomobillərinə həbs qoyuldu

Almaniya prokurorluğu sanksiyadan yayınmaq ittihamı ilə rusiyalı milyarder Roman Abramoviç barəsində araşdırmaya başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb. Məlumata görə Abramoviçin Qarmiş-Partenkirşendəki villası, iki “Buqatti”, bir “Mersedes-Benz” və Lamborcini” avtomobilinə həbs qoyulması barədə qərar qəbul edilib. Oberzulmdakı köhnə və idman avtomobilləri üçün ixtisaslaşmış şirkətdə saxlanılan avtomobillərin dəyəri bir neçə milyon avro qiymətləndirilir. Maşınlardan əlavə, Federal Kriminal Polis İdarəsinin və Qarmiş-Partenkirşendəki Sanksiyaların İcrası üzrə Mərkəzi Ofisin əməkdaşları Abramoviçin villasında axtarış aparıb və sübut kimi bir neçə sənət əsərini müsadirə ediblər.

Britaniya rus diplomatın akkreditasiyasını ləğv etdi

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) ölkədəki Rusiya diplomatının akkreditasiyasını ləğv edib. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bu qərar 2024-cü ilin noyabrında Rusiyanın Böyük Britaniya diplomatını ölkədən çıxarmasına cavab olaraq qəbul edilib. "Biz Rusiya səfiri Andrey Kelini yüksək səviyyəli Britaniya rəsmisi ilə görüşmək üçün dəvət etdik ki, Rusiya diplomatının akkreditasiyasını ləğv edək", - XİN-dən bildirilib.

Zelenskidən səfərbərliklə bağlı YENİ QƏRAR

Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün – fevralın 8-dən mayın 9-dək uzadılması haqqında qanun imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ali Radanın saytı məlumat yayıb. Yanvarın 15-də parlament hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılmasına səs verib.

NATO-ya üzv etmirlərsə, nüvə silahı versinlər - Zelenski

ABŞ Ukraynanın NATO-ya qoşulmasına kömək etmək istəmirsə, ona alternativ təhlükəsizlik zəmanəti - nüvə silahı verilməlidir. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski müsahibəsində deyib. Dövlət başçısı etiraf edib ki, Ukraynanın NATO-ya daxil olması illərlə və ya onilliklərlə uzana bilər: "Hansı dəstək paketi, hansı raketlər? Onlar bizə nüvə silahı verəcəklər? Yaxşı, qoy, onda nüvə silahı versinlər".

Əhməd əş-Şara Ankarada səfərdədir

Suriya keçid hökumətinin müvəqqəti prezidenti Əhməd əş-Şara Ankarada səfərdədir. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, Suriya lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüşdə tərəflərin Suriyadakı son hadisələri və ölkədəki yenidənqurma işlərini müzakirə edəcəyi gözlənilir.

Suriyada terakt: 21 nəfər öldü

Suriyanın Menbiç şəhərində bomba ilə yüklənmiş avtomobil partladılıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Partlayış nəticəsində 21 dinc sakin həyatını itirib, bir neçə nəfər isə yaralanıb. Qeyd edək ki, hücumu hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Rusiya sürətlə itirir: ayda 35-40 min hərbçi əvəzinə...

Son üç ayda ruslar itirdiklərindən daha az adamı hərbi xidmətə çağırıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Quru Qoşunlarının Ehtiyat Şurasının sədri İvan Timoçko deyib. Onun sözlərinə görə, son aylarda rus qoşunu ayda 35-40 min hərbçi itirib, 30-35 min nəfəri səfərbər edib: "Onlar hələ də itkiləri bərpa etməyə çalışır və bu, tam uğurlu alınmır. Strateji və ya əməliyyat səviyyəsində həqiqətən effektiv olmaq üçün ruslar itirdiklərindən daha çoxunu orduya cəlb etməlidir".

Tramp bununla Çini cəzalandırmaq istəyir - Vens

ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına əlavə 10% rüsum tətbiq etməsi Vaşinqton və Pekin arasında danışıqları asanlaşdırmaq məqsədi daşıyır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bildirib. "Bir tərəfdən rüsumlar Amerika iqtisadiyyatından istifadə edərək ölkəmizə narkotik göndərdiyinə görə Çin üçün cəzadır. Tariflərin məqsədinin bir hissəsi münasibətlərimizə daha çox tarazlıq gətirmək üçün prezidentə Çin Kommunist Partiyası ilə danışıqlar aparmağa imkan verməkdir",- o qeyd edib.

Ukraynanın danışıqlardan kənarlaşdırılması çox təhlükəlidir - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Ukraynanın ABŞ-Rusiya arasındakı danışıqlardan kənarlaşdırılması “çox təhlükəlidir”. Sozcu.az xəbər verir ki, bu barədə Zelenski “Associated Press“ agentliyinə müsahibəsində deyib. O, ABŞ prezidenti Donald Trampın administrasiyasının artıq Rusiya ilə müharibəyə son qoymaq üçün “çox ciddi” danışıqlar apardığı barədə bəyanatını şərh edib: “Onların öz münasibətləri ola bilər, amma bizsiz Ukrayna haqqında danışmaq hamı üçün təhlükəlidir”. O, öz komandasının Tramp administrasiyası ilə əlaqə saxladığını, lakin bu müzakirələrin “ümumi səviyyədə” olduğunu söyləyib. Zelenski yaxın vaxtlarda daha ətraflı razılaşmaların hazırlanması üçün şəxsi görüşlərin keçiriləcəyinə inanır.