Sabah Tramp Nyu-Yorkda məhkəmə qarşısına çıxacaq

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridadakı malikanəsini tərk edərək məhkəməsinin keçiriləcəyi Nyu-Yorka yola düşüb. Bu barədə MSNBC məlumat yayıb. Məlumata görə, Onun məhkəmədə çıxışı aprelin 4-də saat 22:15-ə təyin edilib. Qeyd edək ki, Nyu-York məhkəməsinin hakimləri ABŞ-ın keçmiş prezidenti Donald Trampın aktrisa Stormi Danielsə 130 min dollar ödənilməsində iştirakı ilə bağlı ittiham aktı çıxarıb. Belə ki, ABŞ tarixində ilk dəfə keçmiş prezident cinayət məsuliyyətinə cəlb oluna bilər. Təhqiqatçıların fikrincə, Stormi Daniels siyasətçi ilə iddia edilən əlaqəyə dair "sükut" üçün pul alıb. Manhetten prokuroru ödənişlərin 2016-cı il prezident seçkiləri kampaniyası üçün nəzərdə tutulan vəsaitdən edildiyindən şübhələnir.

"Kəmaləddin Qafarovla bağlı məlumatları yaxın vaxtlarda açıqlamalı olacağam"

“Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kəmaləddin Qafarovun Azərbaycanda Türkiyəyə nisbətən dərmanların ucuz olduğunu deməsi düzgün yanaşma deyil. Türkiyənin dərmanlarından istifadə edirəm. Azərbaycanda dərman yoxdur. Hamısının tərkibində müxtəlif qatqılar var. Azərbaycanda başqa sahələr kimi səhiyyə sistemi də batıb, yoxdur. Buna səbəb müəyyən insanların monopilayasıdır…” Sozcu.az xəbər verir ki, bu sözləri Pravda.az-a müsahibəsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycanda dərmanların baha olması barədə artan şikayətlərə münasibət bildirərkən deyib. “Məndə Kəmaləddin Qafarov barədə ciddi məlumatlar var. Yaxın vaxtlarda, görünür, açıqlama verməli olacağam. Bizdə onların hamısının maxinasiya, ya nə ilə məşğul olduqları barədə çox ilginc məlumatlar var. Hər şeyi öz cibləri ilə ölçürlər, başqa işlərlə məşğuldurlar. Hamısını açıb ortaya qoyacağıq…”, – partiya sədri bildirib. Deyilənlərlə bağlı deputat Kəmaləddin Qafarovun da mövqeyini dərc etməyə hazırıq.

Fazil Mustafaya qarşı teraktla bağlı 6 nəfər saxlanıldı

Millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı 6 nəfər saxlanılıb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, cinayət işi üzrə 6 nəfərin saxlanıldığı və digər şəxslərlə bağlı araşdırmaların aparıldığı məlum olub. Xatırladaq ki, dünən Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfərin müəyyən olunaraq saxlanıldığı barədə rəsmi açıqlama yayılmışdı. Qeyd edək ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Alkoqoldan ölən rus əsgərlərin sayı... - Britaniya

Rusiya ordusunda qeyri-döyüş itkilərinin ən böyük səbəbi alkoqollu içkilərdir. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub. “Rusiya Ukraynada 200 minə qədər itki versə də, bunların az bir hissəsini qeyri-döyüş şəraitində ölənlər təşkil edir. 27 mart 2023-cü il tarixində Rusiyanın Teleqram kanalları Rusiya qoşunları arasında alkoqolla bağlı insidentlərin, cinayətlərin və ölümlərin son dərəcə yüksək olduğunu yazmışdı. Alkoqoldan istifadə Rusiya cəmiyyəti və hərbçilər arasında adi haldır. Bu, Ukraynaya qarşı genişmiqyaslı müharibənin aparıldığı dövrə də aiddir”, - hesabatda qeyd olunub.

Aprel döyüşlərindən 7 il ötür

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı aprel döyüşlərindən 7 il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan silahlı qüvvələrinin təmas xəttindəki yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. Belə ki, 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhə boyu zonadakı yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlamışdı. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərini, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tuturdu. Düşmən aprelin 2-nə keçən gecə bütün mövqeləri, eyni zamanda, mülki əhalini atəşə tutub. Azərbaycan tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilib və qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Aprel döyüşlərində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib. Azərbaycan Ordusunun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 hərbçisi öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb. Ağdərə-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin edilib. Aprel döyüşlərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdılıb və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk edib. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü olub. Uğurlu aprel əməliyyatından sonra Ermənistanın işğalçılıq siyasəti danılmaz faktlarla yenidən təsdiqlənib. Belə ki, döyüşlərdə ölənlərin əksəriyyətinin Ermənistan hərbi qulluqçuları olması, onların Ermənistan hökuməti tərəfindən mükafatlandırılması, yaralıların böyük bir hissəsinin Ermənistanın tibb müəssisələrində müalicə alması və dövlət tərəfindən “separatçı cəlladların” könüllü adı altında yenidən Qarabağa göndərilərək erməni ordusunun qoyub qaçdığı səngərlərə doldurulması cəhdi və s. faktlar buna əyani sübutdur. Ermənistan ordusunun təmas xəttində törətdikləri təxribatlar zamanı dinc əhali arasında da həlak olan və yaralananlar olub, yaşayış məntəqələrimizə böyük ziyan dəyib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib. Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var. Uğurlu Aprel döyüşlərinin məntiqi davam olaraq, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində torpaqlarımızı işğaldan azad edib, Ermənistan kapitulyasiya aktına imza artmaq məcburiyyətində qalıb.

Artilleriya bölmələrimiz hədəfləri məhv etdi - Video

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Təlimdə qısa müddət ərzində yerdəyişmə edərək atəş mövqelərinin tutulması, minaatan və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər məşq etdirilib. Praktiki atışların icrası zamanı təyin edilmiş hədəflər yüksək dəqiqliklə məhv edilib və qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub. Təlimin keçirilməsində əsas məqsəd atəş vasitələrindən düzgün istifadə etməklə tapşırıqların vaxtında və dəqiq icra edilməsi üçün şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.

"Alman "vəhşi pişikləri" Rusiya tanklarından 95 faiz üstündür..." - Putin "X" günü qorxusu...

"Bu, Qərbin müasir silah sistemləri ilə təchiz olunduğu ən güclü Ukrayna ordusunun öz ölkəsinin rusiyalı işğalçılardan azad etməyə başlayacağı tarixi gün olacaq..." Alman KİV-ləri Ukraynanıni əldə etdiyi  NATO-nun ən müasir texnikasını təsvir edib Rusiya hakimi Vladimir Putin Ukraynanın Qərb müttəfiqlərinin vəd etdiyi bütün zirehli texnikasının alacağı "X" günündən qorxur. Bu, "Ukrayna üçün tarixi gün olacaq". Sozcu.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazıb. Nəşrin məlumatına görə, ötən bazar günü Ukraynaya onlarla alman döyüş tankları, o cümlədən 20-dən artıq ən müasir "Leopard-2A6" və 40-dək "Marder" maşınları gətirilib. İlkin olaraq Ukrayna ekipajı altı həftə ərzində Almaniyada alman və portuqal ordularının ehtiyatında olan silah sistemləri üzərində məşq edib. "Lakin Ukraynaya öz ölkəsini rusiyalı qəsbkarlardan azad etmək üçün lazım olanları Almaniya, nəhayət, tədarük edən tək ölkə deyil", - məlumatda deyilir. Son bir neçə gündə həmçinin Böyük Britaniya Ukraynaya vəd edilən 14 "Çellencer-2" döyüş tanklarını tədarük edib. Bundan başqa, Amerikanın vəd edilən ilk 90 ədəd "Strayker" döyüş maşınları və bir çox digər ağır silah gətirilib. Daha sonra 100 ədəd "Bredli" zirehli transportyorları və İsveçin 50 ədəd CV90 döyüş maşınları gətiriləcək. Bundan başqa, USQ 40 ədəd fransız AMX-10RS kəşfiyyat tanklarını əldə edəcək. "Beləliklə, "X" gününə geriyə hesablama başlanır. Bu, Qərbin müasir silah sistemləri ilə təchiz olunduğu ən güclü Ukrayna ordusunun öz ölkəsinin rusiyalı işğalçılardan azad etməyə başlayacağı gün olacaq", - nəşr yazır. Münhen Təhlükəsizlik üzrə Konfransının elmi əməkdaşı, hərbi ekspert Niko Lanqe güman edib ki, USQ mayın əvvəli və ya ortasında güclü əkshücuma keçəcək. Bu zamanadək ukraynalılar üçün onların əldə etdiyi silah sistemlərindən istifadə edilməsi üzrə təlimin iki mühüm mərhələsini başa çatdıracaq. "Tanklar və zirehli transportyorlar digər silah sistemləri ilə birgə istifadə edilməlidir", - Lanqe izah edib və dəqiqləşdirib ki, o, artilleriya, pilotsuz uçuş aparatları, minalardan təmizləmə sistemləri və aviasiyanı nəzərdə tutur,  onlar Qərbin hərbi maşınları ilə birgə USQ tərəfindən Rusiya qüvvələrinin maksimal olaraq məhv edilməsi üçün istifadə etməlidir. Lanqe deyib ki, Almaniyanın "Leopard-2A6" tankı Rusiya tanklarından 95 faiz üstündür. O, düşməni hətta hərəkətdə olarkən və ya gecə vaxtı 5 km-dək məsafədə məhv edə bilər. Rusiyanın əksəriyyət tankları isə yalnız dayandığı yerdən və yalnız 1-2 km məsafəyə dəqiq atəş aça bilir. "Sadə dildə desək, əgər ukraynalılar alman "vəhşi pişiklərindən" maksimal olaraq istifadə edəcəksə, o zaman "Leopard-2A6" Amerikanın "Abrams"larının 1991-ci ildə Fars körfəzində əldə etdiyi uğuru təkrarlaya bilər. O zaman amerikalılar Rusiyanın bu gün də istifadə eydiyi analoji sovet tanklarına qarşı bütün tank döyüşlərində qalib gəlib. Təkcə Basra yaxınlığında 27 fevral 1991-ci ildə döyüş zamanı Amerika bölmələri İraqın 186 tankını məhv edib, özləri isə cəmi 4 "Abrams" tankı itirib", - Lanqe qeyd edib.

Müsavat rəhbərliyi aidiyyəti qurumlara çağırış etdi: "Sifarişçilər və icraçılar cəzalanmalıdır"

Millət vəkili Fazil Mustafaya bu gün evinin qarşısında avtomat silahla hücum edilməsi ilə bağlı Müsavat Partiyasının rəhbərliyi dövlətin aidiyyəti qurumlarına terrorun sifarişçiləri və icraçılarının tapılaraq ciddi cəzalandırılması ilə bağlı çağırış ediblər.  Müsavat Partiyasının başqanı Arif Hacılı, Fazil Mustafanın dini məsələlərə aid fərqli fikirlərini açıq ifadə etməkdən çəkinməyən siyasətçi olduğunun hər kəsə məlum olduğunu bildirərək,  bu faktın və Fazil bəyin sosial media üzərindən açıq təhdid edilməsinin ona qarşı terror sifarişinin ünvanını müəyyən etmək üçün ciddi ip ucları verdiyini deyib.  Müsavat başqanı qeyd edib ki, bu hadisə dövlət səviyyəsində hərtərəfli araşdırılmalı, terrorun sifarişçiləri və icraçıları tapılaraq ciddi cəzalandırılmalıdır.  Əks halda belə hadisələrə son qoyulmayacaq və bütün ölkəni əhatə edərək daha geniş miqyas alacaq. Müsavat Partiyası baqşanının müavini Razim Əmraslanlı agentura şəbəkəsinin zərərsizləşdiriləsini tələb edir: "Agentura şəbəkələri Kalaşnikov avtomatı ilə şəhərimizdə meydan sulayırlar."Bütün agentura şəbəkələri məhv edilməlidir" Müsavat Partyasının başqan müavini Fərəc Kərimli ölkədə antiterror əməliyyatına ehtiyac olduğunu deyib:  "Bundan öncə Azərbaycanda və Azərbaycana qarşı törədilən silahlı hücumları düşünmək olardı ki, bəlkə də təsadüfdür. Məncə Fazil Mustafaya atılan güllələrdən sonra deyəsən ölkəmizin bir çox yerində antiterror əməliyyatlarına ehtiyac var.  O qədər qudurublar ki, sosial şəbəkələrdən də açıq təhdidlər yağdırırlar". Xatırladaq ki, Milli Məclisin deputatı Fazil Mustafa Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalıb.  Millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) həkim müdaxiləsi edilib. Polis hadisə yerindədir. Elşən Əlisoy Sozcu.az

Fazil Mustafanın güllələnməsi hadisəsinin təfərrüatı - Avtomobilindən düşərkən...

Deputat Fazil Mustafa evinin qarşısında güllələnib. Hazırda Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun yüksək rütbəli əməkdaşları deputatın güllələndiyi ərazidədir. İlkin məlumata görə, deputat evinin qarşısında avtomobilindən düşərkən güllələnib. O sağ dizindən və sağ çiyin nahiyəsindən güllə xəsarəti alıb./APA

Ermənistan ordusu əməliyyat təlimi keçirir

Ermənistan ordusunun rəhbər heyəti Müdafiə Nazirliyində əməliyyat təlimi keçirir. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təlim bu gün başlayıb və üç gün davam edəcək.

Oqtay Əliyevin ölümü ilə bağlı ŞOK DETALLAR: sükan arxasında nə baş verib?

"Soy prodakşın"ın rəhbərlərindən olan Səyavuş Hüseynli bir neçə gün əvvəl avtomobil qəzasında dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümündən danışıb. "Səhər mərkəzi" verilişində qonaq olan S.Hüseynli onun ürək əməliyyatı olunması məlumatlarını yalanlayıb: "Dedilər ürəyindən əməliyyat olunub. Yox, yalandır. Sükan arxasında huşunu itirib, onunla da idarəetməni itirib. Onun nədən olduğu bilinmir. Bilinmir infarkt olub, yoxsa damar tıxanıqlığıdır. Hazırda analizlər aparılır". Verilişdə qonaq olan Xalq artisti Mübariz Tağıyevin "Deyirlər, yuxu aparıb" sözlərinə rejissor "Yuxu olsaydı, onu səsləyiblər, çağırıblar, oyanmayıb, oyanardı. Dilarə Əliyeva dedi ki, çağırdıq, amma huşu getmişdi. Düzgün cavabı həkimlər açıqlayacaqlar" cavabını verib. Qeyd edək ki, O.Əliyev avtomobil qəzasında dünyasını dəyişib. Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə hazırda xəstəxanada müalicə alır. /Axşam.az/

Müharibə Rusiyaya keçir - Strelkov

Donbas separatçılarının keçmiş rəhbəri İqor Strelkov-Qirkin Tula yaxınlığındakı kiçik Kiriyevsk rayonunda baş verən PUA hücumunu şərh edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. O, müharibə zonasının durmadan genişləndiyinə eyham vurub: "Bütün görünüşlərə görə, "xüsusi əməliyyat" zonası sistematik şəkildə (və hətta vaxtından əvvəl) genişlənməyə davam edir",- o bildirib.