Oqtay Əliyevin ölümü ilə bağlı ŞOK DETALLAR: sükan arxasında nə baş verib?

"Soy prodakşın"ın rəhbərlərindən olan Səyavuş Hüseynli bir neçə gün əvvəl avtomobil qəzasında dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümündən danışıb.

"Səhər mərkəzi" verilişində qonaq olan S.Hüseynli onun ürək əməliyyatı olunması məlumatlarını yalanlayıb:

"Dedilər ürəyindən əməliyyat olunub. Yox, yalandır. Sükan arxasında huşunu itirib, onunla da idarəetməni itirib. Onun nədən olduğu bilinmir. Bilinmir infarkt olub, yoxsa damar tıxanıqlığıdır. Hazırda analizlər aparılır".

Verilişdə qonaq olan Xalq artisti Mübariz Tağıyevin "Deyirlər, yuxu aparıb" sözlərinə rejissor "Yuxu olsaydı, onu səsləyiblər, çağırıblar, oyanmayıb, oyanardı. Dilarə Əliyeva dedi ki, çağırdıq, amma huşu getmişdi. Düzgün cavabı həkimlər açıqlayacaqlar" cavabını verib.

Qeyd edək ki, O.Əliyev avtomobil qəzasında dünyasını dəyişib. Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə hazırda xəstəxanada müalicə alır. /Axşam.az/

Share on Facebook