Ermənilər Naxçıvanı yenə atəşə tutdu

Avqustun 28-i saat 06:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Kirayə mənzil bazarında vəziyyət kritikdir – Qiymətlər kəskin bahalaşdı

Hazırda paytaxt ərazisində kirayə mənzil bazarında həm bahalaşma, həm də qıtlıq müşahidə olunur. Yeni tədris ilinin başlamasına az bir vaxtın qaldığını və universitetlərdə təhsil almaq üçün Bakıya axın edən tələbələrin sayını nəzərə alsaq indiki tendensiya heç də ürəkaçan görünmür. Bəs çıxış yolu nədir? Məsələ barədə “Yeni Sabah”a açıqlama verən əmlak eksperti Vüqar Oruc mənzillərin satış və kirayə qiymətlərini bahalaşdıran amillərdən söz açıb: “İyun-iyul aylarında keçirilən imtahanlardan sonra tələbə adını qazanan abituriyentlər artıq avqustun sonu və sentyabrda Bakı şəhərinə üz tuturlar. Bu da daşınmaz əmlak bazarının kirayə seqmentində çox böyük tələbat yaradır. Hər il bu məsələ qiymətlərə təsir göstərir. Hazırda bir az fərqli situasiya ilə üz-üzəyik. Təkcə sözügedən amil yox, eyni zamanda COP29, həmçinin, digər beynəlxalq tədbirlər, ölkəmizə artan investisiya maraqları qiymətlərin bahalaşmasına gətirib çıxarır. Bu səbəbdən qiymətlərin yüksəlməsi mövsümi xarakter daşımayacaq və bu tendensiya davam edəcək. Bakı artıq bir müddətdən sonra kirayə mənzillərin baha olduğu bir məkana çevriləcək. Həkim tap Söhbət təkcə kirayə qiymətlərindən getmir. Alqı-satqı sahəsində də çox ciddi bahalaşma var. Bazarda fantastik dərəcədə təklif qiymətləri yüksəlir. Ötən ilin bu vaxtı ilə müqayisədə qeyri-yaşayış sahələri, metro yaxınlığında yerləşən, yaxud ticari əhəmiyyətli ərazilərdə inşa edilən əmlaklar 30-35 faiz yüksək qiymətlə təklif olunur. Kirayə mənzillər də 10-15 faiz artıma məruz qalıb.  Əsas məsələ isə bazarda müəyyən qıtlığın hiss olunmasıdır”. V.Oruc bildirib ki, artıq təkliflər tələblərə uyğun deyil və bu, tələbələri çox çətin vəziyyətdə qoyur: “Böyük iş adamları, sahibkarlar istifadə olunmayan böyük yaşayış evləri, villaların daxili planlamasında dəyişikliklər edərək, müəyyən otaqlara ayrılması və kirayəyə verilməsi prosesinə start veriblər. Bu özü bazardakı situasiyanın aydınlaşması üçün ciddi faktordur. Problemi aradan qaldırmaq üçün yataqxanaların, yaxud bu tipli yaşayış məkanlarının tikilməsinə start verilməlidir.        Tələbələr adətən, tədris müəssisələrinə daha yaxın yerlərdə mənzil kirayələmək fikrində olublar. Amma hazırda təhsil müəssisələrinin yerləşdiyi yerlər şəhər müəssisələridir. Düzdü, belə bir layihə var idi ki, tədris müəssisələrini kamp variantina keçirsinlər və şəhərdən kənara daşısınlar. Beləliklə, şəhərciklər salınsın və tələbələr də həm yaşayış yeri ilə təmin olunsun, həm də təhsil ala bilsinlər. Bu məsələ Bakıda tıxacların və hərəkət məhdudiyyətinin aradan qaldırılması üçün çox ciddi həll yoludur. Təbii ki, bu proyekt gündəmdə olsa da, yaxın müddətdə reallaşacağı gözlənilmir”.

Ukrayna Saratovu vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Saratov vilayətinə “Bober” PUA-ları ilə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Saratov və Engels şəhərlərində iki hündürmərtəbəli yaşayış binası PUA-larla vurulub. Qeyd edək ki, Ukrayna istehsalı olan “Bober” PUA-ların uçuş məsafəsi 800 km, maksimal sürəti isə 150 km/saatdır.

Külək güclənəcək - FHN-dən xəbərdarlıq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında havanın küləkli olacağı, küləyin arabir güclənəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. "Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır", - məlumatda bildirilib

"Rusiyada geniş səfərbərlik olacaq, lakin Putin bunu "səssiz" edəcək" - "Bild" nəşri

"Kurskda hərbi əməliyyat başlanandan USQ 90-dan artıq yaşayış məntəqəsini və 1250 kv.km ərazini nəzarətə götürüb..." Rusiyada gizli səfərbərlik planlaşdırılır. Bu, cəbhədə böyük sayda itkilərlə bağlı zəruridir. Sozcu.az xəbər verir ki, bu barədə "Bild" nəşrinin baş redaktoru Janna Plaumann və nəşrin hərbi analitiki Yulian Repke fikir söyləyib. Beynəlxalq dəyərləndirmələrə görə, 2022-ci ilin fevralından 110-140 min rusiyalı hərbçi həlak olub. Vladimir Putinin Ukraynada döyüşən qoşunların sayını artırmaq niyyəti aydındır, kişilər yüksək ödənişlərlə xidmətə cəlb edilir, müddətli hərbi qulluqçalara müqavilə bağlamaq üçün təzyiq göstərilir. Ukrayna müdafiə nazirinin müavini İvan Qavrolyuk bəyan edib ki, Rusiya Ukraynada öz qoşunlarının sayını ilin əvvəlindən 400 mindən 600 minədək artırıb, ilin sonunadək bunu 800 min hərbi qulluqçuyadək artırmağı planlaşdırır. Lakin regionların müqavilə üzrə xidmətə cəlb etmək üçün vəsaitləri tükənməkdədir. "Geniş səfərbərlik yetişir. Güman edilir ki, Putin USQ-nin Kursk vilayətində hücumundan daha çox rusiyalıların hərbi xidmətə çağırışı üçün istifadə edə bilər. Doğrudur, böyük ehtimalla, bunu "rəsmən elan etmədən, gizli şəkildə" etməyə cəhd göstəriləcək", - nəşr yazıb. Kursk əməliyyatı - son xəbərlər Xəbər verildiyi kimi, USQ Kursk vilayətində hərbi əməliyyat başlanandan işğalçıların 90-dan artıq yaşayış məntəqəsini nəzarətə götürüb, bu da 1250 kv. km-dən artıq ərazi deməkdir. Hazırda orada hərbi komendatura fəaliyyət göstərir. Hərbi analitik Andrey Kramarov qeyd edib ki, rusiyalılar Ukraynanın cənubunda Zaporojye vilayətində işğalçıların ön cəbhədə ehtiyat qüvvəsi olan bölmələri buraya göndərilir. Bu, ukraynalı döyüşçülər üçün vəziyyəti bir qədər yüngülləşdirir. Bu arada isə Britaniya kəşfiyyatı məlumat verib ki, Kreml Kursk vilayətini USQ-nin hücumundan müdafiə etmək üçün mütəxəssislərdən ibarət formalaşan hissələri cəlb edir. Belə bölmələrdən biri Hava-Kosmik Qüvvələrinin şəxsi heyətindən formalaşan xüsusiləşdirilmiş motoatıcı alaydır. Qərb KİV-lərinin məlumatına görə, Kreml USQ-nin irəliləməsinin qarşısını almaq üçün cəbhədən hərbçiləri, habelə səthi hazırlıq keçmiş və azsaylı texnika və şübhəli rəhbərliyi olan gənc çağırışçıları bu regiona göndərir.

TƏBİB və SN-dən meymunçiçəyi ilə bağlı açıqlama

09:33 Bu günə qədər TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinməyib. Sozcu.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında qeyd olunub. Bildirilib ki, yoluxma şübhəsi olan xəstədən qaydalara uyğun olaraq nümunə götürülərək ərazi üzrə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir. Məlumatada qeyd olunub ki, hazırda TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xəstələrin müalicəsi üçün uyğun infrastruktur mövcuddur. Tibb müəssisələri virus əleyhinə dərman vasitəsi ilə təmin olunub. "Eyni zamanda qeyd edirik ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mütəxəssisləri tərəfindən birgə hazırlanan meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 14 iyun 2022-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş bu protokol ilkin səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər üçün nəzərdə tutulub", - deyə bildirilib. *** Azərbaycan ərazisində bu günədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatında bildirilib. Qeyd edilib ki, bu istiqamətdə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən ciddi epidemioloji nəzarət aparılır, yoluxmaya şübhəli şəxslərin aşkarlanması, diaqnostikası və müalicəsi üçün müvafiq resurslar mövcuddur. Vurğulanıb ki, meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir: “Xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. Xəstəlik adətən 2-4 həftə davam edir. Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır. İnfeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir. Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir”.

Məktəblər sentyabrın 15-də açılmayacaq? - RƏSMİ

Bakıda məktəblərdə yeni tədris ilinə hazırlıq məqsədilə dezinfeksiya işləri aparılır. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Məktəblərdə dezinfeksiya işləri aparılaraq sinif otaqları, dəhlizlər və ümumi istifadə olunan sahələr xüsusi təmizlik prosedurlarından keçirilir. Qeyd edək ki, meymunçiçəyi virusunun bütün dünyada yayılması ciddi sağlamlıq böhranı yaradır və bəzi bölgələrdə məktəblərin bağlanmasına səbəb olur. 2020-ci ildəki pandemiya prosesini xatırladan bu vəziyyət təhsilə də öz təsirini göstərir. Xüsusilə Avropanın “qırmızı həyəcan” vəziyyətində olan ölkələrində məktəblər açılmazdan əvvəl bağlanmağa qərar verilib. Qonşu ölkələrdə, Türkiyədə hələlik bu istiqamətdə qərar verilməsə də, halların sayı artarsa, oxşar addımlar atıla bilər. Beləliklə, meymunçiçəyi virusu təhsil sistemini də təhdid edir. Ölkəmizdə yeni dərs ili sentyabrın 15-də başlayacaq. Bununla yanaşı, Baş nazir Əli Əsədov "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər haqqında" qərar imzalayıb. Qərarla Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) təhsilin pillələri üzrə tədris və təlim-tərbiyə prosesinin hansı qaydada təşkili təmin ediləcəyi göstərilir. Belə ki, ümumi təhsil pilləsi üzrə - 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili; peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12- dən 22-dək distant (məsafədən) formada təhsil olacaq. Hazırda bir sıra dünya ölkələrində meymunçiçəyi ilə bağlı məktəblərin bağlandığı, COP29 ərəfəsində ölkəmizdə tətil olacağı bir dövrə qədər Azərbaycanda məktəblər distant təhsilə keçə bilərmi? Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, hər hansı bir xəstəliyə kütləvi yoluxma halı baş verdikdə təhsil müəssisəsinin bağlanması, tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar digər aidiyyəti qurumlar tərəfindən verilir: “Bildiririk ki, uşaqlar arasında hansısa xəstəliyə yoluxma ilə bağlı statistik məlumatı aidiyyəti səhiyyə qurumu müəyyən edir. Buna baxmayaraq ənənəvi olaraq təhsil müəssisələrində müvafiq ehtimallar nəzərə alınaraq, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilir. Səhhətində narahatlıq müşahidə edilən təhsilalanlar tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir. Valideynlərə tövsiyə edilir ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda, tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil. İnfeksion xəstəliklərə yoluxma hallarının müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir. Hazırda distant təhsilə keçilməsi ilə bağlı hər hansı qərar yoxdur”.

İsti günlərdə yanğına həssas ərazilər açıqlandı

Milli Hidrometeorologiya Xidməti tərəfindən verilən məlumata görə, avqustun 19-20-də respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Axar.az-a bildirib ki, belə hava şəraitində təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır. “Buna görə əhaliyə müraciət edirik ki, təbiətdə təsərrüfat işləri aparılarkən və ya istirahət edilərkən mütləq qaydada yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalı, odla ehtiyatlı davranılmalıdır”, - deyə xidmət rəisi bildirib. N.Mahmudov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb: “Gəncə-Qazax bölgəsində Tovuzda, Ağdamda yüksək, Ağstafada, Naftalanda çox yüksək, Quba-Xaçmaz bölgəsi üzrə Qubada, Qusarda yüksək, Şabranda çox yüksək, Dağlıq Şirvan bölgəsində İsmayıllıda, Qobustanda çox yüksək, Lənkəran-Astara bölgəsində Lənkəran, Yardımlı, Astarada yüksək yanğın təhlükəsi müəyyən edilib”.

Vəfa Nağı Tənzilə Rüstəmxanlının görüşünü ləğv etdirdi

“Bu gün Tənzilə Rüstəmxanlının adamlarından biri Neftçala Rayon İcra Hakimiyyətinin namizədlər üçün nəzərdə tutulmayan yerdə 23 avqust saat 18:00-a görüş elanları yapışdırdı. Elanları da gətirib Neftçalada qaldığım küçədə, qonşumun hasarına yapışdırmışdı. Meqafonla küçədə həm polisə, həm də DSK-ya müraciət etdim. Sonra da DSK-ya şikayət etdim”.  Sozcu.az xəbər verir ki, bu sözləri sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 70 saylı Neftçala seçki dairəsindən namizəd olan ictimai fəal Vəfa Nağıyeva (Nağı) bildirib. Onun sözlərinə görə, hava qaralanda elanları sökdülər: “Tənzilə Rüstəmxanlının görüşünü ləğv etdirdik”.

İsrail-HƏMAS danışıqları nəticəsiz qaldı - Ədbülhadi

Qəzzada atəşkəs və HƏMAS-ın saxladığı girovların azad edilməsi ilə bağlı Qətərdə aparılan danışıqlar nəticəsiz qalıb. Sozcu.az xəbər verir ki, bunu HƏMAS-ın Livandakı nümayəndəsi Əhməd Əbdülhadi deyib. “Vasitəçilər bizə dedilər ki, mübahisəli məqamlar həll olunmayıb, İsrailin Baş naziri Benyamin Netanyahu əlavə şərtlər irəli sürüb və danışıqları daha da çətinləşdirib”, - Əbdülhadi bildirib.

Azərbaycanda toy və yaslarda xüsusi menyu olacaq?

Son günlər ölkədə, xüsusilə də bir sıra bölgələrdə toy və yas mərasimlərində zəhərlənmələrin sayı artıb. Son hadisələrdən biri də Qəbələdə toyda kütləvi zəhərlənmə faktı olub. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, avqustun 15-də Qəbələ şəhərində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır. turbo az mercedes Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.  Digər bir hadisə isə Gəncədə yas mərasimində qeydə alınmışdı ki, burada da 40 nəfər qidadan zəhərlənib.  Qeyd edək ki, mərasimlərdə bu kimi hadisələr ardıcıl xarakter alıb. Toy və yas mərasimlərində baş verən zəhərlənmələr bu problemin həllini zəruri edir.  İnzibati üsulla və təsdiqlənmiş menyu ilə bu problemin həlli mümkündürmü?  VI  çağırış Milli Məslisin deputatı  Fazil Mustafa “Cebheinfo.az”-a bildirib ki, bu, özəl sektorla bağlı məsələdir: “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu sahədə çox ciddi yoxlamalar, araşdırmalar aparır. Təbii ki, bütün hamını nəzarətdə saxlamaq mümkün deyil. Ancaq bu sahədə müəyyən işlər tənzimlənir. Xüsusi menyunu necə müəyyən etmək olar? Gedib hər restoranın mətbəxinə girib orada qayda-qanun  yaratmaq imkanı yoxdur. Burada sahibkarların məsuliyyəti artıq olmalıdır ki, ən azı köhnəlmiş məhsulları vətəndaşlara təqdim etməsinlər. Bu, hər hansı problemlərin yaşanmasına səbəbə olarsa, məsuliyyət daşıyırlar. Bu, xüsusilə də rayon yerlərində hiss olunmağa başlayır. Əslində hər kəs öz məsuliyyətini hiss etməlidir. Olduğu sahədə problemlərə, xidmətə daha ciddi yanaşmalıdırlar”.

Gülərdən İrana çağırış: Ağıllı davran!

Son vaxtlar tərəflər arasında gərginlik artıb. Lakin bu, regionumuz üçün çox təhlükəlidir. Sozcu.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər İsrail və İrana çağırış edərkən bildirib. "Hər iki tərəfi ağıllı davranmağa çağırıram. Regionumuzun hər tərəfində illərdir toqquşmalar gedir. İnsanlar artıq yorulublar", - nazir qeyd edib.