Xameneinin öldürülməsi ssenarisi... - KİV

İsrail İranın dini lideri Ayətullah Əli Xameneinin fiziki olaraq məhv edilməsi ssenarisini istisna etmir. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbəyə istinadla məlumat yayıb. Mənbə bildirib ki, Tehranın nüvə proqramı ilə bağlı məqsədinə çatmaq üçün Xameneinin öldürülməsi İsrail üçün tabu deyil. Onun sözlərinə görə, iki ölkə arasında müharibə Tehran nüvə proqramından əl çəkənə qədər davam edəcək.

İranın Natanz nüvə obyektində sızıntı oldu

İranın Natanz nüvə kompleksində radiasiya sızıntısı olub. Sozcu.az xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatı məlumat yayıb. "Nüvə obyektinin daxilində radiasiya sızıntısı aşkar edilib, lakin obyektin xaricində sızıntı qeydə alınmayıb. Obyektin daxilində radiasiyadan təmizlənmə prosesi həyata keçirilməlidir və daha sonra dəymiş ziyan qiymətləndiriləcək”, - məlumatda bildirilib. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.

Bu terminallarda ödənişlər dərhal dayandırılmalıdır – Mərkəzi Bank

Mərkəzi Bank Azərbaycanda “Keşpay” ödəniş terminallarına sahib olan “Katech” QSC-yə bildiriş göndərib. Sozcu.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Katech” QSC tərəfindən Qanunla müəyyən edilmiş qaydada lisenziya alınmadan ödəniş xidmətlərinin göstərilməsi faktı aşkar olunub. Mərkəzi Bankdan verilən məlumatda bildirilir ki, “Katech” QSC-yə ödəniş xidmətlərinin göstərilməsinin dərhal dayandırılması barədə bildiriş göndərilib.

Simonyan II Qarageni bu sözlərlə hədələdi

Erməni Apostol Kilsəsinin yeni katolikosu olacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib. “Bu gün özlərini “eşşək” kimi aparan və yüksək dəyərlərdən, müqəddəsliklərdən, hətta kainatdan danışan, birdən-birə subaylıq şəraitində dayı arvadı və ya uşağı ilə bağlı suala cavab verməmək və qorunması mümkün olmayan şeyi qorumağa çalışan bütün kilsə xadimləri, şəxslər yeni reallıqla üzləşəcək və ya köhnəsi ilə birlikdə gedəcəklər. Ən yaxşısı susmaqdır”, - deyə Simonyan özünün Teleqram kanalında yazıb. Onun sözlərinə görə, Eçmiədzində kiməsə “təhlükə keçənə qədər mağaralarda gizlənmək” taktikası nəyisə dəyişəcək kimi gəlirsə, səhv edir. “Əgər bu dairələrdə qanunsuz hərəkətlərin edilməsinin bir həll yolu olduğuna və qara keşiş paltarının qanun qarşısında məsuliyyətdən azad edəcəyinə inanan biri varsa, o, daha da çox yanılır. Ona görə də nə qədər tez reallıqla üzləşsəniz, hamınız üçün bir o qədər asan olacaq”, - deyə Simonyan bildirib. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın bütün ertmənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda və övlad sahibi olmaqda ittiham edib. Bundan əvvəl isə yepiskopun öz dayısının arvadı ilə intim münasibətdə olduğu haqda senzuradankənar statusu ilə gündəm yaratmışdı.

Bu hücum Rusiyanın zəifliyini göstərdi - Qaleotti

İyunun 6-na keçən gecə Ukraynaya edilən kütləvi hücum Kiyevin “Hörümçək toru" xüsusi əməliyyatına cavab idi. Bununla belə, o, Rusiya lideri Vladimir Putinin gücünü nümayiş etdirmək əvəzinə, yalnız zəifliyini vurğuladı. Sozcu.az xəbər verir ki, bunu britaniyalı politoloq Mark Qaleotti deyib. "Hörümçək toru” əməliyyatı zamanı 40-dan çox Rusiya təyyarəsinin məhv edilməsindən sonra rusiyalı təbliğatçılar Ukraynaya qarşı “cavab zərbəsi” tələb etməyə başladı. Putin Rusiya aerodromlarına edilən hücuma məhəl qoymaya bilərdi, lakin cavab vermək qərarına gəldi. Ukraynanın uğurlu xüsusi əməliyyatı ilə müqayisədə Rusiyanın hücumu yalnız Kreml rəhbərinin məhdudiyyətlərini göstərdi", - o bildirib.

Kolumbiyada zəlzələ

Kolumbiyanın mərkəzində 6,8 maqnitudada zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, zəlzələnin episentri Villavitensio şəhərindən 73 kilometr şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ episentrdəki intensivliyə əsasən “dağıdıcı” olaraq qiymətləndirilir. ABŞ-nin Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 6,3 bal qiymətləndirib.

Tramp Vensə Maskı tənqid etməyi yasaqladı

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Ceyms Di Vensə milyarder İlon Maskı tənqid etməyi yasaqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb. “Tramp vəziyyəti gərginləşdirməmək üçün Vensin sərt cavabını istəmədi, bu strategiya körpülərin yenidən qurulması üçün imkan saxladı”, - nəşr bildirib.

Rusiyanın gecə hücumu: 4 ölü, 80 yaralı var - Zelenski

Hazırda Rusiyanın Ukraynaya keçirdiyi kütləvi gecə hücumunda 80 nəfər yaralandığı, 4 nəfərin öldüyü məlumdur. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin videomüraciətində bildirilib. O qeyd edib ki, müxtəlif rayon və şəhərlərdə xilasetmə və qəza-xilasetmə əməliyyatları gün ərzində davam etdirilib: "Ternopil, Lutsk, Kiyev, Poltava vilayəti, Xmelnitski rayonu, Lvov vilayəti, Çerniqov vilayəti, Odessa vilayəti, Sum vilayəti. Ümumilikdə 80 nəfər xəsarət alıb, hər kəsə yardım göstərilib. Təəssüf ki, ölənlər var. Hazırda ölənlərin dördü məlumdur.

Ukrayna yenidən Rusiya strateji aerodromlarına zərbələr endirib

Ukrayna Müdafiə Qüvvələri yenidən Rusiya strateji aviasiya aerodromlarına zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Əməliyyat ötən gecə həyata keçirilib. Qeyd olunur ki, Ukrayna hərbçiləri Saratov vilayətindəki Engels aerodromunu vurub. Strateji bombardmançıların, aviatankerlərin və müşayiət qırıcılarının yerləşdiyi Ryazan vilayətindəki Diaqilev aerodromuna da zərbələr endirilib. Baş Qərargahın məlumatına görə, Saratov vilayətində ən azı üç yanacaq çəni vurulub, onlarla partlayış qeydə alınıb. Yaxın ərazilərdə yanğınlar olub, qatı tüstü müşahidə edilib. Ukrayna Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenkonun sözlərinə görə, Rusiya hərbi-sənaye kompleksinin əsas müəssisələrindən biri olan “Miçurinski tərəqqi” müdafiə zavodu da vurulub. Baş Qərargah həmçinin Rusiya ərazisində və işğal olunmuş Ukrayna ərazilərində yerləşən bir sıra digər mühüm obyektlərə də hücum edildiyini açıqlayıb. Onların arasında Kursk vilayətinin Kulbaki kəndi yaxınlığında rus ordusunun 72-ci motoatıcı diviziyasının 30-cu motoatıcı alayının maddi-texniki təchizat məntəqəsi də var.

Seysmik aktivlik niyə artır, dağıdıcı zəlzələ ola bilər? - Seysmoloq danışdı

İyunun 5-də Azərbaycanda ard-arda 3 zələlə baş verib. Yeraltı təkanlar Pirquluda, Şamaxıda və Lerikdə qeydə alınıb. 3.6, 4, 3.7  maqnitulı zəlzələlər zamanı heç bir itki olmayıb. Zəlzələlərin davam edib-etməyəcəyi ciddi təlaş doğurur. Seysmik aktivliyin artmasının səbəbləri, dağıdıcı zəlzələnin baş vermə ehtimalı kimi məsələlər əhalini narahat edir. Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev Modern.az-a bildirib ki, ümumilikdə dünyada seysmik aktivlik artır və Azərbaycan da təbii olaraq bundan kənarda qalmır: "Dünya miqyasında seysmik və tektonik aktivlik artır. Türkiyədə ard-arda bir neçə zəlzələ baş verib. Mən qeyd etmişdim, yenə də baş verəcək. Srağagün Türkiyədə 5,8 maqnitudalı zəlzələ baş verib. Etno vulkanı püskürür. Bütün dünyada tektonik və seysmik aktivlik artmaqda davam edir. Azərbaycan da kənarda qalmır. Qonşu ölkələrin seysmik ocaqları aktivləşirsə,  Azərbaycan tektonik baxımdan sabit qala bilməz. Təbii ki, silkələnmələr  olacaq. Cari il ərzində  Azərbaycanda hiss olunan zəlzələlərin qaçılmaz olduğunu əvvəlcədən demişdim. 3.5, 4, 4.5 maqnitudalı zəlzələr baş verəcək. Yaponiya, Türkiyə, Myanmarla müqayisə etdikdə dağıdıcı, güclü zəlzələ Azərbaycanda gözlənilməz. Çünki yerdəyişimi intensivliyi o qədər yüksək səviyyədə aktiv deyil ki, güclü, dağıdıcı zəlzələ yaransın. Hiss olunan zəlzələr isə qaçılmazdır, davam edəcək, bu dövrilikdir. Çünki Azərbaycan ərazisui seysmo-tektonikdir. Burada bir neçə qırılma nöqtələri var, aktiv zonalardır". Hiss olunan zəlzələlər hansısa fəsadlara səbəb ola bilərmi? Bu suala cavabında Q.Babayev deyib: "Əgər binalar, hansısa yaşayış obyektləri uçqun vəziyyətindədirsə, ora diqqət artmalıdır. Zəlzələ baş verdikdə panikaya qapılmaq lazım deyil.  Hətta Türkiyədə baş verən zəlzələdə ürəktutmasından vəfat edən də oldu. Azərbaycanda isə güclü, dağıdıcı zəlzələ gözlənilmir. Xəzər dənizində zəngin seysmik ocaqlar mövcuddur, onlar Bakı şəhəri, Abşeron yarımadası üçün təhlükə törədir. Amma katastrofik, güclü zəlzələ gözlənilmir".

Lənkəranda itkin düşən kişinin meyiti tapıldı

10:26 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonunun Horavenc kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar, FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri itkin düşməsi ehtimal edilən 1970-ci il təvəllüdlü İlham Hüseynovun axtarış işlərinə cəlb olunub. Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir. *** Lənkəranda ötən gündən itkin düşən kişinin meyiti tapılıb. Bildirilib ki, Lənkəran rayonunun Horavenc kəndində ötən gündən itkin düşən və axtarışları aparılan 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynovun meyiti dərədə aşkarlanıb. Meyiti dərədən çıxarmaq üçün əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

Pis hava şəraiti bu vaxta qədər davam edəcək

İyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, iyunun 3-dən 4-nə keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək. Havanın temperaturu gecə 17-20, gündüz 23-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 45-50 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə zəif duman gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti olacaq. Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti proqnozlaşdırılır. Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq. Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 18-23, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti olacaq. Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 22-27 dərəcə isti təşkil edəcək. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18, gündüz 22-27, dağlarda gecə 13-16, gündüz 16-19 dərəcə isti olacaq. Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 5-dək davam edəcək.