“Rusiya Qarabağda silahlı erməni birləşmələrinin ləğvində maraqlı görünmür”

“Bu gün Rusiya sülhməramalı qüvvələrinin məsuliyyət zonasında fəaliyyət göstərən separtaçıların rəhbəri Araik Arutyunyan Yerevanda Baş nazir Nikol Paşinyanla görüşüb. Göründüyü kimi bu rəsmi görüşdə artıq “Artsaxın bayrağı” yoxdur. Ermənistan tərəfi Araik Arutyunyanın “hökumətini” qəbul etmir”.

Sozcu.az xəbər verir ki politoloq Məhəmməd Əsədullazadə xunta başçısının səfərini şərh edib:

“Baş nazir Nikol Paşinyanla Qarabağda infrasturukturun qurulması barədə danışıqlar aparılması deyilsə də, əsas məsələ Ermənistanın artıq Qarabağa hərbiçilərin göndərməməsi və “müdafiə ordusunun” buraxılması məsələsini müzakirəsi olub. Bu da Araik Arutyunyanı narahat edir.

Ümumiyyətlə Baş nazir Nikol Paşinyan da Qarabağda silahlı erməni birləşmələrinin ləğvində maraqlıdır. Çünki, buradakı silahlı erməni birləşmələri Yerevanın nəzarətindən kənarda Qarabağ klanına yaxındır və potensial olaraq Yerevanda dövlət çevrilişinə cəhddə istifadə edilə bilər. Ona görə də Nikol Paşinyan Araik Arutyunyanın “hökumətini” və “bayrağını” Ermənistan üçün təhlükəli ssenari hesab edir və üçtərəfli Bəyannaməyə uyğun olaraq Ermənistanın blokadadan çıxarılması, ölkəsini Qarabağ məsələsində ilişdirib saxlamaq istəmir”.

Politoloq Nikol Paşinyanın bəzi reallıqları yaxşı bildiyini qeyd edib:

“Nikol Paşinyan bilir ki, növbəti Qarabağ avantürası mümkün deyil. Araik Arutyunyanla bu görüşdə “müdafiə ordusunun” (onsuzda Ermənistan bura hərbiçilər göndərmir) və ” xarici işlər nazirliyinin” ləğvi müzakirə edilə bilər.

“Rusiya Qarabağda silahlı erməni birləşmələrinin ləğvində maraqlı görünmür. Daimi münaqişəni bu müstəvidə saxlamağa çalışa bilər. Amma, Türkiyə faktoru Rusiyanı güzəştə cəlb edəcək. Türkiyənin Qarabağda olması geosiyasi dəyişilikdir və burada ermənilərin iddia etdikləri “Artsax Respublikası”nın olmayacağı deməkdir.

Bu xüsusda Prezident İlham Əliyevin Türkiyə ilə birgə kordinasiyalı çalışması Cənubi Qafqazda strateji dönüş yaratdı”, – deyə M.Əsədullazadə fikrini tamamlayıb..

Facebook Comments