Linkolndan bəri ABŞ Zelenski kimisini görməyib - Kelloq

Zelenski çox möhkəm insandır. Mən Ukraynaya gedəndə bir dəfə Prezident Trampa "Cənab, o sizə çox oxşayır" dediyimi xatırlayıram.

Sozcu.az xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

“Mən Zelenskinin cəsarətli bir lider olduğunu dedim. Administrasiyadakı insanlara da dedim ki, Avram Linkolndan bəri ABŞ-da onun kimi bir lider görməmişik. Demək istədiyim budur ki, heç kim öz torpağında onun kimi ekzistensial mübarizə aparmaq məcburiyyətində qalmayıb. Və biz bunu qəbul etməliyik. Onun haradan gəldiyini başa düşməliyik. O, Ukraynanı müdafiə edir. O, fikrini ifadə etməkdən çəkinmir. Mediadan necə istifadə edəcəyini bilir”, - Kelloq bildirib.

Kelloqun sözlərinə görə, Zelenski barədə bu açıqlaması Trampın xoşuna gəlməyib:

“O bununla razılaşmadı”.

Share on Facebook