Ağdaşda ölümlə nəticələnən avtoqəza baş verib.
Sozcu.az xəbər verir ki, Ağdaş rayon sakini 1968-ci il təvəllüdlü Ramis Əsgər oğlu Hacıyev idarə etdiyi VAZ-2101 minik markalı avtomobillə Yuxarı Ləki kəndi ərazisində yolu keçən piyada - 1966-cı il təvəllüdlü Əvəz Hümmət oğlu Şərifovu vurub.
Sonuncu aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
