Messidən dünya rekordu – Peleni geridə qoydu

“Barselona”nın kapitanı Lioenel Messi daha bir rekorda imza atıb.

Sozcu.az xəbər verir ki, 33 yaşlı hücumçunun rekordu La Liqanın 15-ci turunda “Valyadolid”lə səfər matçında qeydə alınıb.

Messi 3:0 hesabı ilə qalib gəldikləri oyunda fərqlənməklə Kataloniya klubundakı qol sayını 644-ə çatdırıb. Bununla da o, bir klubda ən çox qol vuran futbolçu adına yiyələnib.

Argentinalı futbolçu əfsanəvi Peleyə məxsus rekordu yeniləyib. Braziliyalı keçmiş hücumçu ölkəsinin “Santos” klubunda 643 qol vurub.

Facebook Comments