Aktrisa göz yaşlarına hakim ola bilmədi

Türkiyəli aktrisa Pelin Karahanın yeni layihəsi bəlli olub.

Sozcu.az türk mətbuatına istinadən bildirir ki, aktrisa uzun müddət aradan sonra yenidən ekrana qayıdır. Pelin bu dəfə “Dalgalar ve İzler” adlı ekran işində rol alacaq. Filmdə ana və qızının hekayəsindən bəhs olunur.

Karahan ekran işinin çox kədərli və qəmli ssenarisi olduğunu hətta oxuyarkən gözyaşlarına boğulduğunu bildirib:

“Ekran işində ana obrazındayam və balaca qızım var. Onlar həyatları boyunca bir çox faciə ilə üzləşirlər. Film real hadisələr əsasında lentə alınır. Buna görə də oxuyanda çox təsirləndim. Gözyaşlarımı saxlaya bilmədim. İnanıram ki, gözəl film olacaq”.

Artıq yeni ekran işinin çəkilişlərinə start verilib. Filmin ssenari müəllifi Yasemen Zorludur.axşam.az

Facebook Comments