“Toyota” yoldan çıxaraq aşdı: ata və 1 yaşlı qızı...

Şəki rayonunun Cəyirli kəndi ərazisində yol qəzası baş verib.

Sozcu.az APA-ya istinadən xəbər verir ki, Oğuz rayon sakini 36 yaşlı Firqət Haşimovun idarə etdiyi “Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində F. Haşimov, onun avtomobildə olan qızı - 2024-cü il təvəllüdlü A.Haşimova və 1987-ci il təvəllüdlü Nərmin Rzayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı Şəki Rayon-Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Share on Facebook