Bakıda yolda avtomobil yandı - Tıxac yarandı

Bakıda avtomobil yanıb. 

Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Hadisə Nərimanov rayonu, Heydər Əliyev prospektində əsas yolda baş verib.

Həm bu, həm də bəzi sürücülərin hadisə yerinə baxması səbəbindən prospektin hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hazırda polis və digər qurumların əməkdaşları hadisə yerindədir və yaranan nəqliyyat sıxlığının aradan qaldırılması üçün tədbirlər görülür.

Share on Facebook