Suriyanın şimal-qərbindəki İdlib şəhərində güclü partlayış baş verib.
Sozcu.az xəbər verir ki, bu barədə Suriya mətbuatı məlumat verib.
Məlumata görə, partlayış məktəbin yaxınlığında yerləşən silah anbarında meydana gəlib.
Partlayış nəticəsində 5 işçi həlak olub, 9 nəfər yaralanıb.
Məlumata görə, hadisə yerinə təhlükəsizlik və təcili yardım xidmətləri göndərilib.
