Türkiyə dünya ölkələrinə səsləndi

Türkiyə Diyanət İşləri Nazirliyi “Şarli Hebdo” jurnalına etirazını bildirib.

Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb. Nazirlik dünya ölkələrini müsəlmanların dəyərlərini qorumağa səsləyib.

“Son zamanlarda Fransa başda olmaqla, Avropada islama və müsəlmanlara yönəldilmiş təhqir və hücumların çox ciddi şəkildə artdığını görürük. “Şarli Hebdo” adlı jurnal da mənfur nəşrləri ilə bu vəziyyətə rəhbərlik etməkdədir. Bu jurnal son nəşrində yenə Peyğəmbərimizi və Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan çox çirkin bir karikatura dərc edib.

Ölkə rəhbərlərini müsəlmanların dəyərlərini və müqəddəs olanlarını qorumaq, hər cür təhlükəsizliyi təmin etmək, eləcə də vətəndaşlıq hüquqları tələblərinin təmin edilməsi üçün məsuliyyətlərini icra etməyə dəvət edirik”, – nazirlik bəyan edib.

Facebook Comments