BDU tələbəsi faciəvi şəkildə öldü

Bakı Dövlət Universitetinin (BDU) tələbəsi yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. 

BDU-nun mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, Murad Şəmistan oğlu Məmmədov Qazax filialının Tarix ixtisasının əyani şöbəsinin II kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ağstafada avtomobil ağaca çırpılıb. Nəticədə 2005-ci il təvəllüdlü Məmmədov Murad dünyasını dəyişib. Həmçinin, qəza nəticəsində 2004-cü il təvəllüdlü Mikayılov Kamal Kamandar oğlu, 2002-ci il təvəllüdlü Hüseynov Niyaməddin Nürəddin oğlu və 2003-cü il təvəllüdlü Hüseynov Sənan Cavanşir oğlu xəsarət alıb.

Share on Facebook