Ukrayna Xarici İşlər Nazirliyi 1991-ci il Almatı Bəyannaməsi əsasında dövlətlərarası sərhədin delimitasiyası ilə bağlı Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaları alqışlayır.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
“Azərbaycan və Ermənistan arasında dövlət suverenliyinə hörmət, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınması, ziddiyyətlərin sülh yolu ilə həlli, güc tətbiq etməkdən və ya güc təhdidindən imtina etmək əsasında sərhədin delimitasiyası ölkələr arasında münasibətlərin normallaşması və regionda sabitlik və təhlükəsizliyin təmin edilməsinin zəruri şərtidir”, – sənəddə diqqətə çatdırılıb.
“Biz tərəflərin əldə etdiyi razılaşmaların praktiki olaraq uğurla həyata keçirilməsinə ümid edirik”, - bəyanatda vurğulanıb.