“Əgər Mehriban xanımın adından bu məlumat yayılıbsa, demək ki, hər şey yaxşı olacaq…”

“Təki bu xəbər doğru olsun, Mehriban xanım bizim Azərbaycanın çox böyük bir xeyirxah insanıdır. Onun xətrini çox istəyirik”

Sozcu.az xəbər verir ki, Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Baloğlan Əşrəfov deyib.

O, iş adamı Mübariz Mənsimova Birinci vitse-prezident Mehriban Əliyevanın dəstək olmasıyla bağlı yayılan xəbərlərə sevindiyini bildirib:

“Birinci vitse-prezident Mehriban Əliyevanın Mübariz bəyə dəstək olmasıyla bağlı məlumatları mən də sosial şəbəkələrdən oxudum. Bundan sonra yaxın adamlardan bunu soraqladım və onlar da bu haqda eşitdiklərini bildirdilər. Təki bu xəbər doğru olsun, Mehriban xanım bizim Azərbaycanın çox böyük bir xeyirxah insanıdır. Onun xətrini çox istəyirik. Əgər bu doğrudursa, Mehriban xanım dəstək olacaq. Mübariz bəylə yayılan bütün yaxşı xəbərləri alqışlayıram. Allah hamıya can sağlığı versin, siz jurnalistlərə də təşəkkür edirəm ki, Mübariz bəylə maraqlanırsınız. Düşünürəm ki, əgər Mehriban xanımın adından bu məlumat yayılıbsa, demək ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumatlarda Birinci vitse-prezident Mehriban Əliyevanın həbsdə olan iş adamı Mübariz Mənsimova dəstək olduğu bildirilir. Bu münasibətlə insanlar Mehriban xanıma öz təşəkkürlərini bildiriblər.

Facebook Comments