Türkiyə ilə müharibəyə girə bilərik – Kiprdən sensasiya

Kiprdə yaşayan yunanlara hörmətlə yanaşılmalıdır. Bu səbəbdən Ankaranın vətənimizə tətbiq etməyə çalışdığı siyasi bərabərsizliyə dözmək niyyətində deyiləm. Lazım gəlsə, Türkiyə ilə müharibə aparacağıq.

Sozcu.az xəbər verir ki, bunu Kipr Respublikasının rəhbəri Nikos Anastasiadis deyib.

“Üçüncü tərəflərdən edilən şantajlara boyun əyməyəcəyəm. Kipr xalqını və bölünmüş vətəni yenidən birləşdirmək mənim üçün ilk prioritetdir”, – N.Anastasiadis bildirib.

Qeyd edək ki, Türkiyə Şimali Kiprdə 46 ildir bağlı vəziyyətdə olan Maraş şəhərinin yenidən açılması üçün təşəbbüs göstərib. Cənubi Kipr hökuməti isə buna etiraz edib.(Axar.az)

Facebook Comments