“Ermənistanla İran arasında hərbi əməkdaşlıq aprel döyüşlərindən sonra daha da möhkəmlənib”

“Ermənistanla İran arasında hərbi əməkdaşlıq Azərbaycan ordusunun aprel əməliyyatlarından sonra daha da möhkəmlənib”

Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün feysbuk hesabında yazıb:

“Rusiyada Ermənistanın İranla birgə istehsal etdiyi silahlar nümayiş etdirilib.
Silahlar əsasən düşmənin ( oxu Azərbaycanın) hərbi hava qüvvələrini, pilotsuz uçaqlarını, quru qoşunlarını məhv etmək üçün nəzərdə tutulub.

Maraqlıdır ki, Ermənistanla İran arasında hərbi əməkdaşlıq Azərbaycan ordusunun aprel əməliyyatlarından sonra daha da möhkəmlənib.

Hərbi əməkdaşlığın genişləndirilməsi barədə razılaşmalar 2016-cı il aprel əməliyyatlarından dərhal sonra, mayın 24-25-də Tehranda David Tonoyanın İranın müdafiə idarəsinin rəhbəri Hüseyn Dehqani ilə görüşündə əldə olunub.

(Toronyan Ermənistanın ötən ay “Azərbaycan əskərinin öldürülməsinə göstərişi mən verdim”-deyən müdafiə naziridir.)

İran və Ermənistanın Azərbaycana qarşı birgə istehsal etdikləri silahların Rusiyada, Moskva yaxınlığında nümayiş etdirilməsi də simvolikdir.

Bu qədər aydın və sadə olan həqiqətləri görməməzliyə vurub “sülh göyərçinləri”- siyasəti yürütmək, eyni zamanda Rusiya və İranın Azərbaycandakı maskalanmış agentura setinin təbliğatına boyun əymək bizi fəlakətdən qurtarmaz.

Əslində həfəflərimiz bəllidir. Bu hədəflərə çatmaq üçün güclü və məkrli qüvvələr qarşısında VAHİD MİLLƏT olmağı bacarmalıyıq.

Bu vətən bizimdir!”

Facebook Comments