Ostindən Liman açıqlaması: Ruslar üçün çətin olacaq

Ukraynann Limandakı qələbəsi Rusiya ordusu üçün yeni dilemmalar yaradacaq ümidverici döyüş uğurudur.

Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

“Liman Rusiyanın öz qoşunlarını və texnikasını cənuba və qərbə daşımaq üçün istifadə etdiyi təchizat xətlərinin üzərində yerləşir. Və bu marşrutlar olmadan, bu, daha çətin olacaq. Beləliklə, bu, gələcəkdə ruslar üçün bir növ dilemma yaradır. Və biz hesab edirik ki, ukraynalılar ora çatmaq və şəhəri işğaldan azad etməyə başlamaq üçün böyük iş görüblər”, – Ostin bildirib.

Facebook Comments