“Sumqayıtda “Azərsun” anbarının yandırılması Rusiya xüsusi xidmət orqanlarının işidir, səbəb isə…”

“Sumqayıtda qida anbarlarının yandırılması birbaşa Rusiyanın xüsusi xidmət orqanlarının işidir”.

Sozcu.az xəbər verir ki, bu cür sensasion açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib.

O bildirib ki, Azərbaycanın Ukraynaya humanitar yardımı faşitsləri hərəkətə gətirib: “Qida təhlükəsizliyi hazırda prioritet kəsb edir. Bu, Moskva tərəfindən Azərbaycana qarşı törədilən qida terrorudur. Təsadüfü yanğın deyil və bu kimi hadisələr siyasi təzyiq aləti kimi istifadə edilir” – Əsədullazadə vurğulayıb.

REAL-ın icra katibi Natiq Cəfərli də Sumqayıtda baş verən hadisəyə münasibət sərgiləyib: “Dünən Sumqayıtdan Ukraynaya növbəti humanitar yardım, dərman və ərzaq məhsulları göndərilib. Ərzaq məhsulları əsasən konservlərdən ibarət olub. Ərzaq konservlərini “Azərsun” şirkəti istehsal edir. Bu gün isə şirkətin anbarlarında böyük yanğın olub – təsadüfdürmü?! Ola bilər, amma əksi də mümkündür. Çox ağır zamanda yaşayırıq. Hökumət də, müxalifət də, sivil toplum və media da məsuliyyətli olmalıdır. Dövlət hamımızındır, müstəqillik birgə dəyərimizdir. Müstəqil olmasaq nə iqtidar, nə müxalif olmağın heç bir önəmi, əhəmiyyəti qalmır” – Natiq Cəfərli fikirlərini tamamlayıb.(KONKRET.az)

Facebook Comments