“Qalatasaray” və “Fənərbaxça”dan qələbə

Türkiyə Superliqasında 31-ci tura start verilib.

Matc.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaçma keçirilib.

Dörd qolun qeydə alındığı “Girəsunspor” – “Sivasspor” matçında qalib müəyyənləşməyib. “Altay” isə evdə “Antalyaspor”a uduzub. “Fənərbaxça” “Kayserispor”un qonağı olub və darmadağına sevinib. “Qalatasaray” dogma meydanda “Fatih Karagümrük”ü sınağa çəkib. Meydan sahibləri bu matçda inamlı qələbə qazanıblar.

2 aprel

“Girəsunspor” – “Sivasspor” – 2:2
Qol: U.Nayir, 72; 79 – Kayode, 39. Qradel, 44.

“Kayserispor” – “Fənərbaxça” – 0:4
Qol: Zayç, 16. Rossi, 45. İ.Kahveçi, 54. A.Gülər, 90+3.

“Altay” – “Antalyaspor” – 1:2
Qol: Rayan, 74-pen – L.Adriano, 25. Rayt, 70.

“Qalatasaray” – “Fatih Karagümrük” – 2:0
Qol: Qomis, 4-pen. Babel, 12.

Qeyd edək ki, turnir cədvəlinə 70 xalla “Trabzonspor” başçılıq edir. “Fənərbaxça” 56 xalla 2-ci, “Konyaspor” 55 xalla 3-cüdür.

Facebook Comments