Qazaxıstanın əfqan veteranları Jirinovskini ölümlə hədələdi…

Səbəb Qazaxıstanı işğal etmək və bu ölkə ərazilərini qopararaq Rusiyaya birləşdirmək kimi çirkin niyyətlərdir…

Qazaxıstanın bir neçə təşkilatı Vladimir Jirinovski, Pavel Şperov və Nyakov da daxil olmaqla Rusiya Dövlət Dumasının bir neçə deputatını ölümlə hədələyib.

Moderator.az xəbər verir ki, Ukrayna mediasının yazdığına görə, Qazaxıstan Əfqanıstan Veteranları Birliyinin sədri və qeydiyyatdan keçməmiş “El Tireyi”(”El dayağı”) partiyasının sədr müavini Murad Muhammedjanov və həmin partiyanın lideri Nurcan Altayev bu haqda geniş video-mesaj yayıblar.

Mesajda deyilir ki, bəzi Rusiya siyasətçiləri çoxdan Qazaxıstanı işğal etmək və bu ölkə ərazilərini qopararaq Rusiyaya birləşdirmək kimi çirkin niyyətlər yetişdirirlər.

Video-mesajda guya bu ölkədə rusların hüquqlarının pozulmağa başlanması haqda Qazaxıstan Prezidentinə şikayət edən “Rus zabitləri” təşkilatına qarşı da təhdidlər səsləndirilib.

Facebook Comments