“Ronaldonu “Yuventus”da gözləyirəm”

“Yuventus”un vitse-prezidenti Pavel Nedved Kriştiano Ronaldonun Turin klubundan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sozcu.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib: “Ronaldonun ətrafından heç kim bizə ayrılmaq istədiyini demədi, mən onu “Yuventus”da gözləyirəm. İyulun 25-i tətildən qayıtmasını gözləyirik”.

Qeyd edək ki, 36 yaşlı hücumçu 2018-ci ildən Turin təmsilçisində oynayır.

Facebook Comments