“Qarabağdakı separatçıların özbaşınalığına son qoymağın vaxtıdır”

“Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümyəndəsi Tovio Klaarın Ermənistana səfəri zamanı Qarabağda separtaçıların “xarici işlər” naziri kimi təqdim olunan David Babayanla görüşü Azərbaycana qarşı separatizmin körüklənməsinə və münaqişəni yenidən alovlandırmağa xidmət edir”.

Bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Azərbaycan xarici işlər nazirliyi belə bir görüşə sərt münasibətini ortaya qoymalıdır: “Bundan sonra, beynəlxaq təşilatların və digər ölkələrin rəsmilərinin İrəvana səfərində separtçılarla görüşünün qarşısının alınması istiqmətində ciddi addımlar atılmalıdır. Çünki, belə görüşlərin qarşısı alınmasa, sabah bu kimi şəxslər Qarabağa səfər edib münaqişənin yenidən gündəmə gəlməsinə çalışacaqlar. Məhz Rusiya sülhmərmalı qüvvələri də belə şəxslərin keçidinə şarait yaradacaq. Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr birgə Bəyannaməsində Qarabağda yaşayan ermənilərə hansısa bir status göstərilmir. Ona görə də, bu cür şəxslərin Ermənistana səfərində Azərbaycana qarşı separataçılarla görüşün qarşısını almaq üçün, beynəlxalq təşkilatların rəhbərlərinə və digər ölkələrin xarici işlər nazirliklərinə məktubla müraciət edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycanla Ermənistan arasında münaqişə həll edilib və Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında yaşayan erməni separatçıları ilə görüş rəsmi Bakıya qarşı fəaliyyət kimi qiymətləndiriləcək”.

Rusiya Gürcüstanda olduğu kimi, istədiyi şəkildə davrana bilməyəcək” – Məhəmməd Əsədullazadə | Hafta.az

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Avropa İttifaqı rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin separatçılarla görüşü davamlı xarakter alacaqsa, o zaman Azərbaycana qarşı yeni probelmlər yaranacaq: “Bu cür addımlar həm də Ermənistanın Azərbaycanla normal münasibətlər qurmaq istəyinə zərbə olacaq. İlk növbədə rəsmi Bakı bunu Ermənistan hakimiyyətinin diqqətinə çatdırmalıdır. Qarabağdakı separatçı ermənilərin özbaşınalığına son qoymağın vaxtıdır”.(Konkret.az)

Facebook Comments