"Ukrayna hətta xarici büdcə olmadan da minlərlə "Trembita" istifadəyə verə bilər..."
"Ukraynalılar partnyorlarının onları işğalçı ilə baş-başa qoyacağı situasiyadan ehtiyat edirlər..."
ABŞ-nin yeni administrasiyasının Ukraynaya hərbi yardımı kəsəcəyi qorxusu fonunda ukraynalılar özlərini müharibə alətləri ilə təmin etməyə tələsirlər. Ən perspektivlilərdən biri "Trembita" raketidir.
Sozcu.az "UNİAN"-a istinadla xəbər verir ki, Böyük Britaniyanın "The Telegraph" nəşri belə yazır.
“Ukraynanın yeni “Trembita” qanadlı raketi onun avtonom atəş gücü istəyinin ən böyük simvolu ola bilər. Amerika sursatlarının bitəcəyi günü gözləyən Ukrayna "Trembita" və digər uzaqmənzilli, dərin öldürücü sursatlar yaratmağa hazırlaşır. Onlardan çox var”, - deyə nəşr bildirir.
Təxminən iki metr uzunluğunda və 90 kiloqram ağırlığında olan "Trembita" rampadan(raket qurğusu-S.L.) buraxılır. O, sadə impulslu reaktiv mühərrikə, boruvari gövdəyə və kvadrat qanada malikdir. Nəşr qeyd edir ki, bu sadəlik "Trembita"ya ən yaxşı xüsusiyyətini verir - aşağı qiymət...
Bir vahidinin qiyməti təxminən 10.000 dollar olan "Trembita" 18 kiloqram partlayıcı maddəni 144 km-ə qədər məsafədə daşımağa qadirdir. Amma bu raketin yaradıcısı indi 650 kilometr məsafə qət edə bilən və Moskvaya çatmağa zəmanət verən daha güclü versiya üzərində işləyir.
Təxminən bir ildən sonra hazır olacaq bu versiya, şübhəsiz ki, 10.000 dollardan baha başa gələcək, lakin hələ də potensial olaraq dünyada ən ucuz dərin zərbə sursatı olacaq. Müqayisə üçün qeyd edək ki, maksimum 300 km uçan "ATACMS" raketinin qiyməti 1 milyon dollardan çoxdur.
Nəşrin müəllifi qeyd edir ki, Ukrayna hətta xarici büdcə olmadan da minlərlə "Trembita" istifadəyə verə bilər. Rusiyanın Ukrayna şəhərlərini, bazalarını, elektrik stansiyalarını və fabriklərini kütləvi şəkildə bombalamasına uyğunlaşmaq üçün Ukrayna Rusiya şəhərlərini, bazalarını, neft emalı zavodlarını və fabriklərini bombalamasını kütləvi şəkildə artırmalıdır. Ukraynanın ABŞ, Böyük Britaniya və Fransadan aldığı az sayda "ATACMS" və "Storm Shadow/SCALP-EG" qanadlı raketləri intensiv dərin zərbə kampaniyası üçün kifayət deyil”, - nəşr diqqətə çatdırır.
"Trembita" Rusiyanın hərbi sənaye kompleksinə qarşı yaxşı işləyə bilər, lakin təbii ki, ukraynalıların Britaniyanın “Storm Shadow” raketləri ilə vurduğu yeraltı komandanlıq bunkerlərinə qarşı çox təsirli olmayacaq.
"Daha çox öz silahlarına güvənməklə ukraynalılar fərqli hədəflər toplusuna müraciət etməli ola bilər. Amma heç olmasa, vurmağa davam edə biləcəklər. (...) Ukraynalılar bilirlər ki, gün gələcək, onlar tam tək olmasalar da, daha tək qalacaqlar, Onlar hazırlaşırlar”, - deyə ingilis nəşri yekunlaşdırır.
Ukrayna Silahlı Qüvvələrinin yeni silahları
"UNIAN"-ın yazdığı kimi, Müdafiə Nazirliyi fiber optikdən istifadə edən Ukrayna "FPV" pilotsuz təyyarələrini nümayiş etdirib. Bu yeni silahlar kodlaşdırmanın son mərhələsindədir və tezliklə Müdafiə Qüvvələrinə göndərilməyə başlayacaq.
Baş Kəşfiyyat İdarəsinin ən son yüksək sürətli gözəgörünməz pilotsuz təyyarə aldığı da bildirilib. Tapşırıqdan asılı olaraq, bu dronlar düşmənin yerüstü hədəflərini məhv etmək üçün müxtəlif gücə malik döyüş başlıqları ilə təchiz oluna bilər.