İsrailin xarici işlər naziri Gideon Saarın Azərbaycana və Qazaxıstana səfəri Yerusəlim-Bakı, Yerusəlim-Astana münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunun göstəricidir. İsrail və Azərbaycan arasında münasibətlərin “strateji tərəfdaşlıq” mərhələsinə daxil olması, Qazaxıstanın Abraham sazişiniə qoşulması ABŞ, Azərbaycan və İsrail arasında şərti olaraq “Xəzər asayişi” Alyansı adlandırdığım hərbi-siyasi ittifaqın çox yaxın gələcəkdə gerçəkləşəcəyini söyləməyə imkan verir. Hətta Gideon Saarın Azərbaycana və Qazaxıstana səfəri zamanı əldə olunan razılaşmalarla bu ittifaqın təməllərinin atıldığını söyləmək mümkündür.
ABŞ, Azərbaycan və İsrail arasında “Xəzər asayişi” Alyansı hərbi-siyasi ittifaqın yaradılması ideyası ilə çıxış edərkən Mərkəzi Asiya dövlətlərinin, ilk növbədə Qazaxıstanın bu Alyansa qoşula biləcəyini qeyd etmişdim. Ancaq belə görünür ki, Qazaxıstan ilk gündən bu Alyansın üzvü ola, üçlü deyil, dördlü regional hərbi-siyasi ittifaq yarana bilər.
ABŞ vitse-prezidenti Ceyms Di Vensin fevral ayında Azərbaycana səfəri “Xəzər asayişi” Alyansının formalaşması prosesini daha gücləndirəcək. Venslə eyni vaxtda İsrail prezidenti və ya Baş naziri Bakıya səfər edərsə, “Xəzər asayişi” Alyansı bir neçə gündən sonra təsis edilə bilər.
Cəmi bir neçə ay əvvəl çoxlarına xəyal kimi görünən “Xəzər asayişi” Alyansı üçlü ittifaqı artıq gerçəkləşmə mərhələsinə daxil olub və prosesin geri dönüşü yoxdur.
“Xəzər Asayişi” Alyansının yaranması Xəzər hövzəsində son 200 ildə formalaşmış və Rusiyanın ağalığını təmin edən siyasi düzəni dağıdacaq. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın faciələrinin səbəbi məhz bu siyasi düzənin dağıdacaq yeganə formul budur.
Rusiyanın ağalığını təmin edən siyasi düzəninin dağılması Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın və Türkmənistanın suverinliyini gücləndirməklə yanaşı bu ölkələrin təhlükəsizliyinin təminatına çevriləcək. “Xəzər Asayişi” Alyansının yaranması Azərbaycanın, Qazaxıstanın, Qırğızıstan, Özbəkistan və Türkmənistan qlobal iqtisadiyyata inteqrasiyasına güclü təkan təkan verərək bu ölkələrin xalqlarının rifahının yüksəlməsinə də ciddi təsir edəcək. Bu proses eyni zamanda Güney Azərbaycanın və İrandakı digər türk bölgələrinin, yaxın gələcəkdə isə Rusiya əsarətindəki türk xalqlarının həyati əhəmiyyətli maraqlarının hüquqlarının qorunmasında da böyük rol oynayacaq.
Gideon Saarın Azərbaycana və Qazaxıstana səfəri hər iki ölkə ilə yanaşı bölgədəki Türk dövlətlərinin və xalqlarının həyati əhəmiyyətli maraqlarının təmin edilməsinə xidmət edən hadisə olsa da, Türkiyədə böyük narazılıqla qarşılanıb. Siyasi islamçıların əsas yayım orqanlarından olan “Yeni Agit” qəzeti Azərbaycan prezidentini sərt tənqid edib. Xarici İşlər naziri Hakan Fidana yaxınlığı ilə tanınan jurnalist Adnan Zentürk bir qədər də irəli gedərək Azərbaycanı və Qazaxıstanı təhdid edərək, Türkiyənin tədbir görəcəyini bəyan edib. Azərbaycanı və Qazaxıstanı tənqid, təhdid edənlərin yeganə “dəlili” ondan ibarətdir ki, Bakı və Astana Qəzzanı özlərinin maraqlarına qurban verirlər. Elə bir gün olmur ki, Rusiyadan Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın və Türkmənistanın ünvanına təhdid səslənməsin. Ən son olaraq müasir raşizmin ideoloqlarından biri olan Aleksandr Duqin Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın və digər postsovet respublikalarının müstəqilliyinin Rusiya üçün qəbuledilməz olduğunu bəyan edib. Bütün bu təhdidlərə bir dəfə olsun cavab verməyənlərin Azərbaycan və Qazaxıstanı tənqid etməyə mənəvi haqqları yoxdur.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan özlərinin həyati əhəmiyyətli maraqlarını Qəzzaya, ərəblərə qurban verməyə istəmək ümumiyyətlə sağlam ağılın məhsulu ola bilməz.
Xəqani Cəfərli, politoloq