“Sputnik”də saxlanılan şəxslərlə bağlı məhkəməyə təqdimat verildi

"Sputnik Azərbaycan"da əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovun məhkəmələri keçiriləcək. Sozcu.az report-a istinadla xəbər verir ki, sözügedən təqdimata Xətai Rayon Məhkəməsində baxılacaq. Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. pizza sifarişi O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər. Ancaq buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub. Məlumata görə, "Sputnik Azərbaycan"da əməliyyat nəticəsində binadan çıxarılan şəxslər direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousovdur.

Prezident iki fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 212-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Sozcu.az fərmanın mətnini təqdim edir: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqan barədə təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 212-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 2. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); 2024, № 1, maddələr 24, 33, № 4, maddə 387, № 8, maddə 945; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 aprel tarixli 373 nömrəli Fərmanı) 3-cü hissəsinin ikinci abzasında “139–144” rəqəmləri “139–141, 142 (cinayət işi Azərbaycan Respublikasının daxili işlər (polis) orqanları tərəfindən başlandıqda), 143-144” sözləri ilə əvəz edilsin. *** Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 65-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28 (Cild I); 2024, № 5 (I kitab), maddə 526, № 7, maddə 805; 2025, № 2, maddə 124) 3.23-1-ci bəndi aşağıdakı redaksiyada verilsin: “3.23-1. həmin Qanunun 29-1-ci maddəsində nəzərdə tutulmuş qurum mərkəzi icra hakimiyyəti orqanlarında, onların yanında yaradılan dövlət agentliklərində və dövlət xidmətlərində, habelə mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlarda dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən verilən şikayətlərə münasibətdə – həmin mərkəzi icra hakimiyyəti orqanlarında yaradılmış apellyasiya şuralarıdır;”. 2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 323 (Cild I); 2024, № 1, maddə 31, № 3, maddə 257, № 5 (I kitab), maddələr 516, 518, № 9, maddə 999, № 12 (II kitab), maddə 1378; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 aprel tarixli 374 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.16-2-ci və 9.35-2-ci bəndləri aşağıdakı redaksiyada verilsin: “8.16-2. ilk dəfə hakim təyin olunmuş şəxslərin təliminin həyata keçirilməsini təmin edir;”; “9.35-2. ilk dəfə hakim təyin olunmuş şəxslərin təliminin həyata keçirilməsini təmin etmək;”. 3. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 12, maddə 1223 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin 1.7.5-ci yarımbəndi ləğv edilsin. 4. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 noyabr tarixli 24 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 11, maddə 979 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin: 4.1. 2-ci bənddə “hakim vəzifəsinə namizədlərin və hakimlərin” sözləri “hakimlərin təliminə və” sözləri ilə əvəz edilsin; 4.2. III hissə üzrə: 4.2.1.13.1-2-ci yarımbənddə “hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisinin, habelə” sözləri “ilk dəfə hakim təyin olunmuş şəxslərin təliminin və” sözləri ilə əvəz edilsin; 4.2.2.14.1-1-ci yarımbənddən “, hakim vəzifəsinə namizədlərin” sözləri çıxarılsın; 4.3. V-I hissə üzrə: 4.3.1. adında “Hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisi” sözləri “İlk dəfə hakim təyin olunmuş şəxslərin təlimi” sözləri ilə əvəz edilsin; 4.3.2.19-1-ci bənd üzrə: 4.3.2.1. birinci cümlədə “hakim vəzifəsinə namizədlərin ilkin uzunmüddətli tədrisi” sözləri “ilk dəfə hakim təyin olunmuş şəxslərin təlimi” sözləri ilə əvəz edilsin; 4.3.2.2. ikinci cümlədə “Tədris” sözü “Təlim və tədris” sözləri ilə əvəz edilsin; 4.3.3. 19-2-ci bənd aşağıdakı redaksiyada verilsin: “19-2. İlk dəfə hakim təyin olunmuş şəxslər təyin edildikdən dərhal sonra peşə hazırlığı məqsədilə Akademiyada Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş qaydada təlimə cəlb edilirlər.”; 4.3.4. 19-3-cü bənd ləğv edilsin; 4.3.5. 19-4-cü bənddə “Hakim vəzifəsinə namizədlər üçün təhsil” sözləri “İlk dəfə hakim təyin olunmuş şəxslər üçün təlim” sözləri ilə əvəz edilsin; 4.4. 20-ci bənddə “ilkin uzunmüddətli tədris” sözləri “tədris, təlim” sözləri ilə əvəz edilsin. 5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 226 (Cild I) ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 1.6-cı bəndi ləğv edilsin. 6. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1217 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 3.6-cı bəndinin birinci abzasından “və hakimliyə namizədlərin” sözləri çıxarılsın.

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

Redaksiyamıza 2024-cü il dekabrın 25-də Qroznıya yaxınlaşarkən vurulan AZAL Embraer E190 təyyarəsi ilə bağlı sensasion materialların yer aldığı anonim məktub daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə “Minval.az” saytı məlumat yayıb. Məktubda Rusiya Müdafiə Nazirliyinin göstərişi ilə atəş açıldığını iddia edən hava hücumundan müdafiə kapitanının izahat yazısı, o cümlədən video, audio yazılar, texnikanın bərbad vəziyyətdə olması ilə bağlı təfərrüatlar var. “Mənə verilən suallarla bağlı mən kapitan Dmitri Sergeyeviç Paladiçuk belə izah edə bilərəm: Mən 274 saylı BM-nin komandiriyəm, hesablama rəisiyəm, 24.12.24-dən 25.12.24-dək Qroznı şəhərini əhatə etmək üçün döyüş növbətçiliyində olmuşam. 25.12.24-də saat 05:40-da 1 saylı hazırlıq səviyyəsinə keçmək barədə əmr daxil olub. 05:48-də mobil rabitə vasitəsilə 1-ci hazırlıq səviyyəsinə keçid haqqında məlumat verdim. Vəzifədəki mobil əlaqə qeyri-sabit idi və mənim başqa sabit rabitə vasitələrim yox idi. Fiber optik kabellər quraşdırılıb, lakin terminala qoşulmayıb və rəqəmsal yığım telefonu yox idi. Saat 08:11-də hədəf aşkarlama stansiyası potensial hədəfi aşkar etdi və mən MRLS tərəfindən dəqiq izləmə apardım, bu barədə 51-ci Diviziya Komanda Məntəqəsinə məlumat verdim. Saat 08:13-də yenilənmiş koordinatları bildirdim: α = 338 dərəcə, D = 7000 m, H = 490 m, V = 118 m/s, 230 dərəcə istiqamət. Hədəfi məhv etmək üçün mənə telefonla əmr verildi. Komanda məntəqəsinə bildirilən çox qalın duman səbəbindən hədəf optikadan görünmürdü. Saat 08:13:30-da operatora vurmaq əmrini verdim. Saat 08:13:33-də raket buraxılış meydançasını tərk etdi. Saat 08:13:47-də BM-72V6 mərkəzi idarəetmə sistemi hədəfin əldən çıxdığı barədə məlumat verdi. Saat 08:13:48-də yenidən atəş açmaq əmrini verdim. Radar məlumatlarına görə, ilk raket hədəf aşağıdakı koordinatlara malik olduqda ayrılıb: α = 319 dərəcə, D = 7300 m, H = 697 m, V = 80 m/s. İkinci raket hədəf aşağıdakı xüsusiyyətlərə malik olduqda buraxıldı: α = 311 dərəcə, D = 8000 m, H = 1300 m, V = 120 m/s.”, - izahat mətnində bildirilib. Redaksiya qeyd edir ki, bu izahatın kapitanın imzası ilə təsdiqlənməsinə baxmayaraq, onun həqiqiliyini təsdiq etməyi öhdəliyinə götürmür: “Amma məzmununu təsdiqləyən üç səsli mesajın səs yazısını real adlandırmaq olar. Biz danışıqların tam stenoqramını açıq şəkildə təqdim edə bilmərik, onların hələ də istintaq orqanları tərəfindən öyrənilməsinə ehtiyac var. Lakin qeyd edirik ki, hər üç səs əməliyyat əmrini verdiklərini, iki dəfə atəş açdıqlarını və raket parçaları uçarkən təyyarəyə dəydiyini iddia edirdilər. Təbii ki, bu məlumatlar diqqətlə təhlil tələb edir və müvafiq strukturlar bu fürsəti əldən verməyəcəklər”.

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüşündə ilk növbədə Yekaterinburqda qanunun ciddi şəkildə pozularaq, aralarında həm Azərbaycan və Rusiya vətəndaşları olan soydaşlarımızın qətli və xüsusi qəddarlıqla döyülərək xəsarət alması ilə bağlı Azərbaycan Respublikasının etiraz notası qarşı tərəfə təqdim olunub. Sozcu.az xəbər verir ki bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə 1 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığı, Yekaterinburqda baş verən hadisələr, eləcə də Rusiyanın “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı olan “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı məsələlərin müzakirə olunduğu barədə Rusiya XİN-in məlumatını şərh edərkən bildirib. Qeyd edilib ki, notada bununla yanaşı, Rusiya hüquq-mühafizə orqanları tərəfindən həmvətənlərimizin dindirilməsi zamanı tətbiq edilən işgəncə və ləyaqəti alçaldan hərəkətlərdən istifadə edilməsinə görə qəti etiraz bildirilib. "Hüquq-mühafizə orqanlarının bu hərəkətlərinin Rusiya Federasiyasının qanunvericiliyinin və beynəlxalq səviyyədə qəbul olunmuş əsas insan hüquq və azadlıqlarının pozuntusu olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, reydlərin təşkili və keçirilməsi zamanı azərbaycanlılara qarşı nümayiş etdirilən etnik dözümsüzlük, bu kimi halların Rusiya mediasında işıqlandırılmasının ciddi narahatlıq doğurduğu bildirilib. Rusiya hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətlərinin, həmvətənlərimizin qətlinin və ağır yaralanmasının Azərbaycan Respublikası ictimaiyyətində son dərəcə mənfi reaksiyaya səbəb olduğu qeyd edilib. Rusiya tərəfindən bu hücumların hərtərəfli və obyektiv araşdırılması, habelə təqsirkarların Rusiya Federasiyasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi üçün təcili tədbirlər görülməsi tələb olunub. “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi təqdim edilən “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı səfir öz növbəsində ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının ofisdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ölkəmizin qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə tam uyğundur. Məlum olduğu kimi, cari ilin 12 fevral tarixində “Rossiya seqodnya” beynəlxalq informasiya ağentliyi” Federal Dövlət Unitar müəssisənin Bakı filialının rəhbəri XİN-ə çağırılaraq, onların ölkəmizdə filial və nümayəndəlik kimi fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı diqqətə çatdırılıb və filialın fəaliyyətini 3 gün ərzində dayandırması haqqında bildiriş qarşı tərəfə təqdim edilib. Buna baxmayaraq, qeyd edilən filialın akkreditasiyası ləğv edilmiş Rusiya Federasiyası vətəndaşları və filial qanunsuz şəkildə fəaliyyətini davam etdirib. Daxili İşlər Nazirliyinin məlumatında da qeyd edildiyi kimi, hal-hazırda sözügedən qanunsuz fəaliyyət ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb və istintaq tədbirləri davam etdirilir. Bununla əlaqədar, Rusiya tərəfinin narazılığının heç bir əsası olmadığı diqqətə çatdırılıb və Rusiya tərəfi Azərbaycanın daxili işlərinə qarışmamağa çağırılıb. Rusiya hüquq-mühafizə orqanlarından fərqli olaraq, Azərbaycan tərəfinin tədbirlərinin və onların həyata keçirilmə tərzinin tam qanuni olduğu bildirilib", - Ayxan Hacızadə qeyd edib. Ümumilikdə, Rusiya tərəfindən həyata keçirilən qeyd edilən fəaliyyət və hərəkətlərin iki ölkə arasında ikitərəfli münasibətlərə zidd olduğu xatırlanıb.

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə iyulun 2-4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Kimya müəllimlərindən prezidentə müraciət - Bizə kömək edin + Video

Azərbaycan Respublikasının Prezident Administrasiyası  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  Surəti : 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevaya  Surəti: Elm və Təhsil naziri cənab Emin Əmrullayevə Azərbaycan Respublikasının kimya müəllimləri tərəfindən  ƏRİZƏ Biz - verilmiş siyahıda adları qeyd olunan kimya müəllimləri 24.06.25 tarixində kimya fənnindən keçirilmiş sertifikasiya imtahanında aşağıda qeyd olunan uyğunsuzluqların araşdırılması üçün sizə müraciət edirik. 1. Qeyd etmək istəyirik ki, kimya fənnindən imtahan suallarının məzmunu qiymətləndirmə çərçivəsindəki meyarlara uyğun olmamışdır. Ekspertlərin imtahandan öncə təşkil olunmuş vebinardakı çıxışında bildirdikləri “sualların sayının 1/4 –i qədəri hesablama, məsələ tipli olmalıdı qaydası, həmçinin süni şəkildə çətinləşdirilmiş bir neçə mərhələli sualların olması doğru deyil” fikri gözlənilməmişdir. Sualların həlli mərhələli idi və riyazi hesablamalar tələb edən sualların qeyd edilən faizin çox üzərində olması həm meyarlara, həm də imtahan üçün verilən vaxta düz mütənasib olmamışdır. Həmçinin müxtəlif məzmun xətləri üzrə sualların say balansı gözlənilməmişdir. Bu səbəbdən akademik göstəriciləri yüksək olan əksər kimya müəllimləri sualların həllinə vaxt çatdıra bilmədiyi üçün gözlədiyi nəticəni əldə edə bilməmişdir. 2.İmtahandan bir gün əvvəl 23.06.25 tarixində serttifikasiya imtahanı üçün müəllim hazırlığı ilə məşğul olan bəzi müəllimlər tərəfindən imtahan sualları ilə eyni, sadəcə rəqəm dəyişikliyi ilə fərqlənən bəzi sualları öz müdavimləri ilə paylaşması imtahanın şəffaflığını şübhə altına qoymuşdur. Yuxarıda qeyd etdiyimiz bu uyğunsuzluqların araşdırılmasını və biz kimya müəllimlərinin haqqının və nüfuzunun bərpa edilməsi üçün sertifikasiya imtahanının yenidən meyarlara uyğun və sualların konfidensiallığının qorunaraq şəffaf keçirilməsini xahiş edirik.  Ərizəni təsdiq edir: 1. Rəsulova Aysel AZE17604659 2. Fərzəliyeva Esmira AA00608 3. Talıbova Fatimə AZE 16395563 4. Əliyeva Mehriban AZE17778695 5. Abdullayeva Elnarə AA6397258 6. Həsənova Aynurə AZE09773256 7. Aşaxanım Əhədova AA3501290 8. Nurəliyeva Yaqut AA6355184 9. Mamedov Vahid AA0752238 10. Həsənli Səadət AA0855665 11. Əhmədova Gültən AZE18494259 12. Hüseynova Tünzalə AA0600314 13. Talıbov Ruslan AA1026329 14. Heydərova Solmaz AA3099565 15. Qafarova Könül AA2007062 16. Zodorova Gülbəniz AA1182753 17. Əhmədova Hüsniyyə AZE13202404 18. Danişkar Adilə AA2966189 19.Bağırova Sevinc AA7152488 20. Həsənova Pərvanə AA2886001 21. Məmmədova Zülfiyyə AA1571222 22.Hüseynova Fərqanə AA1187212 23.Atakişiyeva Naibə AA5853581 24.Vəkilov Pərviz AZE16562678 25. Soltanova Aynur AA0230882 26. Çələbiyev Eldost AA4820583 27.Hacıbalayeva Vüsalə AZE14795982 28.Hacıyeva Pərvanə AA4164109 29.Abbaslı Vəfa AA3469659 30. Cəlilova Zülfiyyə AA2777707 31.Əmənova Əfsanə16423854 32.Nuriyeva Kəmalə AA2551278 33. Məhərrəmli RüfanəAA2122766 34.Adıgözəlova Samirə AA4109692 35.Hüseynova Günel AA1099679 36.Həbibullayeva Mirvari 16028463 37. Əsədova Sevinc AA1036319 38. Şərifxanova Şəhanə AA6151286 39.Bağırova Sevda AA7123614 40.Yaqubova Yeganə AZE16520102 41.Babayeva Samirə AA1074023 42. İbrahimova Həqiqət AA0204285 43. Bayramova Nüşabə AA4507942 44.İbrahimova Gülüstan AA1427074 45. Yusifova Xanım AZE17460027 46. Qədirova Samirə AA2215286 47. Qənbərova Gülnarə AA1795500 48. Hümbətova Könül AZE17250517 49. Əliyeva Reyhanə AA5901537 50.Quliyeva Nərgiz AA1696218 51. Həsənzadə Yeganə AZE16320432 52. Quliyeva Alagöz AA6420348 53. Məmmədova Patimat AZE16212527 54. Əkbərova Səidə AA0208525 55. Əliyeva Elvira AA6052350 56. Nəsirova Sara AZE17651866 57. Səbizova İlahə AA6536060 58. Abbasova Nazilə AA2909091 59.Əliyeva Lətafət AZE18586585 60. Əliyeva Kifayət AA1645444 61. Baxşiyeva Xəyalə AA0078066 62. Quliyeva Fərqanə AA0604093 63. İsrafilova Milana 30MM267 64. Nuri Şahnisə AA5687794 65. Orucova Mahizər AA7242837 66.Niftaliyeva Gülüstan AA4673429 67. İbrahimov İsib AA6576185 68. Səfiyeva Aynur AZE04406118 69. Allahyarlı Səma AA1363781 70.Mustafayeva Reyhanə AA0378341 71. Əsədova Xəyalə AZE16696354 72. Dadaşova Ayşən AA6748368 73.Rüstəmova MinəAZE16637301 74.Hüseynova Kəmalə AZE17164547 75.Cücüyeva Mehbarə AA4765205 76. Murğuzova Kamilə AA1255241 77.Şükürova Meryam AA1951194 78. Kazımova Lamiyə AA3693976 79. Baxsaliyeva Aytən AA4386450 80. Əliyeva Aynur 17588534 81.Sultanova Gülnar AA7219228 82.Kərimli Aygün AA7147648 83.Allahverdiyeva Gülnar AZE16105623 84. Səfərova Esmira AZE13629401 85. Eyubova Natəvan AA4916297 86.Məmmədova Ülviyyə AA2698178 87.Şeydayeva Səbinə AA6258246 88. Nağızadə Zərinə AA3767660 89. Rüstəmov İslam AA2264738 90. Məhəmmədova Salihə AA6537747 91. Göygözova Afət AZE13124256 92. Quliyeva Məlahət AZE13317746 93.Zeynalzadə Mehriban AA0545108 94.Quliyeva Könül 17124202 95. Şeydayeva Səbinə AA6258246 96.Abdullazadə Aynurə AA4310371 97.Əhmədzadə Zülfiyyə AA0530869 98. Zeynalzadə Mehriban AA0545108 99. Hacıyeva Aygün AZE15067152 100. Bəkirova Səidə AA4820623 101.Əsədullayeva Xanım AA3073049 102. Məmişova Zülfiyyə AA5396315 103. Tahirova Şəbnəm AA3752572 104. Bayramov Samir AA3376326 105.Ramazanova Şahnaz AA4069767 106.Musayeva Arzu AA3222003 107. Əhmədova Ülviyyə AA6001465 108. Həsənova Günel AA1572236 109.Ömərova Zərövşən AA2748581 110. Səttarova Günel AA0025424 111. Salmanlı Ayimə AA1831380 112. Orucova Afət AA2031801 113. Əbdülov Mircəlil AA0935210 114.Qasımova Turan AA1608861 115. Hüseynova Əfşan AZE17274288 116. Babayeva Günəş AA2279743 117.Cavadova Yeganə AZE00085508 118.Ələkbərova Vüsalə AZE17134513 119. Kərimova İradə AA1665646 120.Allahverdiyeva Lətifə AA0517231 121.Əliyev Ramin AZE 16419059 122.Musayeva Ülfət AZE 15783383 123. Hüseynova Tünzalə AA3342518 124. Kazımova Svetlana AZE 15400461 125. Əliyev Vüqar AZE 14055595 126. Abbasov Əflatun AA0330902 127. Məmmədova Türkan AA2352772 128. Nuriyeva Leyla AA6648462 129. Əliyeva Pərvanə AZE15649738 130. Həsənova Lalə AA2816517 131. Qasımov Səbuhi AZE 17102899 132.Məmmədova Lalə AA 2674433 133. Sairbəyzadə Ruhəngiz AZE 15967045 134.Məhərrəmova Könül AA2020061 135. Sadıqova Lətafət AA2788632 136. Şahmuradova İradə AA4600752 137. İmanov Nizami AA7344992 138. Hüseynli Vüsalə AA2964026 139.Şikarqızı Səkinə AA1848503 140. Zeynalova Pərvinə AZE 17636735 141. Mahmudova Röya AA3952630 142.Əliyeva Ülviyyə AA1851729 143.Məmmədov Bəşir AA2150467 144. Rəsulzadə Lalə AZE 17089712 145.Surətzadə Aygün AA1291870 146. Səmədova Nuranə AA0244057 147. Məmmədova Leyla 13157239 148. Cəbrayılova Sərvinaz AA1805727 149. Xəlilova Nigar AA7143052 150.Quliyeva Azadə AA2747117 151.İmanova Aynurə AZE 16757663 152.Cəfərova Məhluqə AA0568186 153.Siraclı Ramilə AA7295226 154. Quliyeva Günay AA1521914 155.Nağıyeva Mehparə AA3285739 156. Salahova Mətanət AZE 14321630 157.Eyvazova Çinarə AA3885480 158. Rüstəmova Lamiyə AA7148954 159.İsmayılova Səfayə AA5398388 160.Umudova Rəna AA5646069 161.Əfəndiyeva Mehriban AA4860386 162.Abdullayeva Başxanım AA5828236 163. Mikayılova Gözəl AZE 19185485 164. Həsənova Mirvari AZE 17648204 165.Əmrahova Ruhiyyə AZE 14936442 166. Quliyeva Xavər AA3079125 167. Abuzərova Gülər AA2264544 168. Məlikova Aytən AA6229144 169. İsmayılova Xəyalə AA3846482 170. Əliyeva Yeganə AA2367070 171. Mahmudova Nisə AA5340239 172.Şirinova Ramilə AA32772903 173.Əkbərova Elnurə AA3972584 174.İsayeva Nigar AA3703168 175.Quliyeva Nərgiz AA1696218 176.Hüseynov Sabir AZE 18018209 177.Ağasiyeva Tünzalə AZE 13073829 178.Məmmədova Aygün AA2316729 179.Kərimli Aygün AA7147648 180.Mirzəyeva Ülkər AZE18555610 181.Quliyeva Xeyransa AZE16556862 182. Allahverdiyeva Günay AZE16601218 183.İsayeva Çinarə AA4730618 184.Məhərrəmli Lamiə AA0031761 185.Cəbrayılova Ülviyyə AZE 16190202 186.Bağırova Ülviyyə AA1232675 187.Babayeva Almaz AA1740871 188.Nəsibova Akifə AA0735357 189.Nağıyeva Lumu AA3039359 190.Haqverdiyeva Nuranə AZE 02280536 191. Həmidova Günay AA5697317 192.Məmmədova Zarina AA1043722 193.Vəkilova Gülnarə AA1111911 194. Bəkirova Ofelya AA1893772 195. İmanverdiyeva Vəfa AA5644348 196. Həsənova Aliyə AZE 15044125 197.Hacıyeva Şəhla AA4664097 198.Hüseynova Fərqanə AA1187212 199. Novruzov Vüsal AA4783811 200. Mustafayeva Günel AZE 00181776 201.Həsənova Svetlana AA1893323 202. Qurbanov Elmar AA3713898 203.Həsənov Zaur AZE 15628238 204. Xəlilova Ülviyyə AA2157618 205.Həsənova Fəridə AA1360254 206.Pucaxova Arifə AA0587388 207. Həsənova Fəridə AA1335222 208.Gündüzzadə Mətanət AA4345272 209.İmanova Şəbnəm AA2915161 210. Haqverdiyeva Kəmalə AA 3178167 211. Rəhimova Günel AA 1121054 212. Daşdəmirva Sahibə AA1515814 213. Paşayeva Sevil AA3193070 214. Novruzova Aytəkin AA0557304 215. İbrahimova Eyzəngül AA2133789 216. Orucova Gülnarə AZE 17828494 217.Eyvazova Xədicə AA1844512 218.Abbasova Elnara AA3320364 219. Kazımova Arzu AZE 17276705 220.Rüstəmova Günay AA0642919 221. Mədinova Reyhan AA0556609 222. Xəlilova Umuksu AA1621063 223.Nağıyeva Elvira AA1085318 224. Rzayeva Aygün AZE 17118278 225.Xasiyeva İradə AA3724319 226.Babayeva Esmira AA5509133 227. Əhmədova Bəhriyyə AA0738584 228. Zeynalova Urfət AA2560238 229.Səfərova Samirə AZE 16489540 230. Əhmədova Möminət AA2324252 231.Rzayeva Gülü AA2802143 232. Yunusova Gülnarə AA1374375 233. Məmmədova Ülviyyə AA2698178 234.Qulamova Çinarə AA2486132 235.Əliyeva Xəyalə AA2810520 236.Allahverdiyeva Jalə AZE 14618705 237. Abdurahmanova Sara AA2061035 238. Səfərova Pərvanə AZE 16571726 239. İbrahimova Ülkər AA0576189 240. Əliyeva Reyhanə AA5901537 241.Qurbanzadə Leyla AZE 14622563 242. Yaqublu Arzu AA6790553 243. Səfərli Kəmalə AA0074775 244. Cəfərova Mehriban AA1718094 245.Eminbəyli Nigar AA1593843 246.Axundova Günel AZE17687834 247. Məmmədova Afət AA4477793 248. Mösümova Reyhan AZE 16109031 249.Əzimli Vəfa AA6079846 250. Məmmədova Leyla AZE 16466995 251. Rəhimova Şəbnəm AA2054926 252. Nuriyeva Sabirə AZE 14776724 253. Ağamalıyeva Kəmalə AA3609517 254. Dəmirova Gulnarə AA2845353 255. İmanova Aynurə AZE 16757663 256.Alıyeva Naibə AA0701059 257. Əzizova Yaqut AA1057561 258. Zeynalova Kəmalə AA0718187 259. Qəniyeva Kəmalə AZE08329289 260.Abdullayev İsbəndiyar AA6012857 261. Mahmudova Nigar AA1572337 262. Cəbrayılova Afaq AA1111815 263. Tağıyeva Rəhimə AA4835459 264. Bağırova Könül AA0409124 265. Qarayeva Aynurə AA0403743 266.Süleymanova Gülnarə AA5766458 267.Cəfərova Nüşabə AA0872485 268.Rzazadə Xuraman AA1749058 269.Quliyeva Minayə AZE 18030693 270.Məmmədova Nərmin AA1689601 271.Osmanova Sadagat DYİ 0039108 272.Yusibova Şərafət AA1145662 273. Babayeva Mətanət AA6000985 274. İmanov Nizami AA7344992 275.Xəlilova Sürəyya AZE 18590015 276.Mirzəyeva Günay AZE 15671287 277.Mustafayeva Zərəngül AZE 14754657 278. Ələsgərova Nuray AA6707887 279.Kərimli Lalə AA2287288 280.Muradova Kubra AA1296039 281. Rüstəmli Səadət AZE 09846414 282. Adilova Şəfəq AA1090543 283.Əzimova Xanimnaz AA2404108 284. Nuraliyeva Günel AA2783704 285. Mehrəliyeva Leyla AA3230435 286. Savalanova Minarə AA3890990 287.Savalanova Gülnarə AZE 15312347 288.Məmmədova Günel AA1997831 289.Əliyeva Zenfira AA1423591 290. Zeynalova Mətanət AA6460891 291. İsmayılova Şəfəq AA0366648 292.Təhməzova İradə AA4359002 293. Qasımova Hicran AZE 17584094 294.Əliyeva Aytən AA1186849 295.Quliyeva Sevinc AA2333293 296.Məmmədova Fəridə AA5988798 297. Səfərov Qürbət AA1098758 298. Mirzəyev Pənah AA1265415 299. Məhəmmədova Nüşabə AA1409320 300. Abdullayeva Təranə AA3161940  Tarix: 01.07.2025

Slovakiya kəlbəcərlini Azərbaycana səfir göndərdi

Slovakiya Azərbaycana yeni səfir təyin edib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu vəzifəyə Elçin Qasımov təyin olunub. Slovakiya Prezidenti Peter Pelleqrini Bratislavadakı Prezident sarayında Avropa, Afrika və Asiya üzrə 8 diplomatik missiyanın rəhbərinə etimadnamələrini təqdim edib. Qeyd edək ki, E.Qasımovun əslən Azərbaycanın Kəlbəcər rayonundan olduğu bildirilir.

Sərhədimizi pozan 13 nəfər saxlanıldı

Ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 13 nəfər saxlanılıb. Bu barədə Sozcu.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, onların 8-i Azərbaycan, 2-si Pakistan, 1-i Türkiyə, 1-i İran, 1-i Qana vətəndaşı olub. Saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər, sərhəd rеjim qaydalarını pоzduqlarına görə isə 905 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Bununla yanaşı cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 289 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilmiş 428 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 35 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan biri - Bakir Səfərovun məhkəmə prosesi başlayıb. Sozcu.az xəbər verir ki, Bakir Səfərovu barəsində iyunun 29-da seçilən 3 sutkalıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılır. Bu gün saxlanılan digər azərbaycanlı Əhliman Gənciyevin də məhkəməsi olacaq. Onun barəsində də ilk prosesdə seçilmiş 72 saatlıq həbs-qətimkan tədbirinin uzadılıb-uzadılmaması məsələsinə baxılacaq. Məlum işlə bağlı saxlanılan Şahid Lalayevin məhkəməsi isə sabaha təyin olunub.

“Mən təqaüdçüyəm, yaşamaq istəyirəm, normal yaşamaq istəyirəm!”

“İndi təqaüdə çıxanların yığdığı kapitala baxın. Sən hansı işçidən soruşsan ki, təqaüd yaşın azalsın? Deyəcək ki, azaltmayın, məni təqaüdə çıxartmayın. İnsanlar təqaüdə həvəssiz gedirlər. Çünki maaşları azdır və pensiya kapitalı lazımi qədər deyil”. Bu sözləri "Yeni Sabah"a hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib. O vurğulayıb ki, təqaüdə çıxan şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq lazımdır: Dördpendirli pizza “Qərb ölkələrində insanlar pensiyaya çıxandan sonra rahat yaşayırlar. Mən hansı ölkəyə gedirəmsə, oradakı sosial problemlərlə maraqlanıram. Həmişə görürəm ki, məsələn, Avropada insanlar məmnuniyyətlə pensiyaya çıxırlar. Azərbaycan qanunvericiliyinə əsasən, büdcədən maliyyələşən işçilər təqaüd yaşına çatan kimi işdən azad olunur. Amma onların pensiyası nə qədərdir? Mən şəxsən 2006-cı ildən pensiyaya çıxmışam və bun qədər həmişə yüksək vəzifələrdə çalışmışam. Lakin pensiyaya çıxanda mənə 250 manat pul verdilər. İlk öncə elə bir şərait yaradılmalıdır ki, qadın, yaxud kişi fərq etmir, yığdığı kapital normal olsun. Hamı pensiya yaşından danışır. Tutaq ki, qadınların pensiya yaşını 55 etdilər. Həmin qadın təqaüdlə necə yaşasın? Qızına, oğluna möhtac olsun?! Hüquq müdafiəşisi olarq cəhd edirik ki, təqaüdçülərlə bağı bu istiqamətdə qanun qəbul edilsin. Məsələyə mütləq sosial rifah yönündən baxılmalıdır. Dövlət qurumlarının bir çoxunda təqaüdə bir neçə il qalmış əməkdaşı işdən çıxarırlar. Yaxud ağır işlərdə çalışanlar nə qədər əməkhaqqı alır ki?! Onun yığdığı kapitaldan nə çıxacaq? Yenə dilənçi vəziyyətində yaşayacaqlar. Hörmətli deputatlar heç bunu fikirləşmir. Azərbaycanad yaş davası yox, təqaüdə çıxanların sosial vəziyyətini yaxşılaşdırmaq lazımdır. Təqaüdçülərə müxtəlif imtiyazlar verilməlidir. Mən təqaüdçüyəm, yaşamaq istəyirəm. Normal yaşamaq istəyirəm”. Keçmiş deputat Vahid Əhmədov isə vurğulayıb ki, son illər bir çox insan ümumiyyətlə pensiya yaşına çatmadan vəfat edir: “Bu Milli Məclisdə illərlə müzakirə olunan məsələlərdən biridir. Pensiya yaşı mövzusu hər zaman parlamentdə müzakirə edilib. İstər hökumətin hesabatı olanda, istərsə də DSMF-nin hesabatı olanda bu məsələyə toxunulub. Hökumət bunu belə əlaqələndirir ki, Azərbaycanda yaşama müddəti uzun olduğu üçün pensiya yaşı da yüksək olmalıdır. Onlar faktiki olaraq pensiyadan sonrakı həyat müddətini 12 il qəbul edirlər. Amma son vaxtlar orta ömür həddi kifayət qədər aşağıdır. Bir çox insan heç pensiya almamış dünyasını dəyişir. Mən dəfələrlə yaş həddinə baxılması ilə bağlı təkliflər olub. Digər millət vəkilləri tərəfindən bu kimi təkliflər indi də səsləndirilir. Yaş həddi qadınlar üçün də, kişilər üçün də yüksəkdir. O vaxt təklif etmişdik ki, kişilər üçün 63, qadınlar üçün isə 60 yaş saxlanılsın. Amma təəssüf ki, bu baş tutmadı. Bir çox ölkələrdə qadınlar üçün pensiya yaşı hətta 60-dan da aşağıdır. Bu problem üzərində mütəmadi işləməyə ehtiyac var. Məncə, dünyada gedən proseslər və yüksək qiymət artımları Azərbaycana təsir edir. Bu baxımdan, pensiya ilə bağlı yaş həddi məsələsini gündəmdə saxlamağa ehtiyac var”. Hazırkı qanunvericiliyə görə, qadınların pensiya yaşı 2027-ci ilin iyul ayınadək hər il 6 ay artırılmaqla 65 yaşa çatdırılacaq və bu yaş həddi son hədd kimi müəyyən ediləcək.

Səfərovun ekspertiza nəticələri Rusiyadakı ilə üst-üstə düşməyib

Səfərov Ziyəddin Mehdi oğlunun ölüm haqqında şəhadətnaməsində onun ürəktutmadan, kəskin ürək çatışmazlığından öldüyü qeyd edilib. Biz meyitin xarici müayinəsi zamanı onun sağ gözündə qançırlar, döş qəfəsində assimetrik deformasiya, sağrı, bud, baldır və topuq nahiyyələrinin sıyrıq və qançırlar, xayalıq nahiyəsində göyümtül qançırlar aşkarladıq. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov brifinqdə deyib. Onun sözlərinə görə, dünən meyitlər axşam 10-11 radələrində şöbəyə qəbul edilib, müayinələr gecəyarısı başa çatıb. "Səfərov Ziyəddin Mehdi oğlunun daxili müayinsində aşkarlanan dəyişiklər birinci qardaşda olduğu kimidir. Belə ki, başın yumşaq və sərt qişalarına qansızmalar, döş qəfəsinin sıxılması, sınıqlar, qabırğaların ikitərəfli yerdəyişmiş sınıqları, paranefral sahədə qanyığılma, hematomalar, döş qəfəsinin 7-8-ci fəqərələri nahiyyəsində qansızmalar aşkarlandı. Ölüm səbəbi qeyd edilən travmalarla bağlı ağır postravmatik şok olduğunu aşkarladıq və bizim nəticə Rusiyadakı ekspertiza nəticəsi ilə ziddiyyət təşkil edir", - Ə.Həsənov qeyd edib.

Azərbaycan və Ukrayna arasında məsləhətləşmələr aparıldı

Bakıda Azərbaycanın və Ukraynanın xarici işlər nazirlikləri arasında sayca yeddinci konsulluq məsləhətləşmələri keçirilib. Bu barədə Sozcu.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, konsulluq məsləhətləşmələrində Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Ukrayna nümayəndə heyətinə isə Ukrayna Xarici İşlər Nazirliyinin Konsulluq xidməti departamentinin rəisi Vladislav Kanevski rəhbərlik edib. Məsləhətləşmələrdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidmətinin rəsmiləri, o cümlədən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları da iştirak edib. Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib. Azərbaycan Respublikasının və Ukraynanın vətəndaşlarının hüquq və qanuni mənafelərinin qorunması istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub, konsulluq sahəsində rəqəmsal xidmətlərin və proseslərin tətbiqinə dair qabaqcıl təcrübə üzrə, həmçinin hər iki ölkənin viza-miqrasiya siyasəti barəsində fikir mübadiləsi aparılıb. Tədbirin yekununda məsləhətləşmələr çərçivəsində keçirilmiş müzakirələrin nəticələrinə dair protokol imzalanıb.

İndiki Rusiya bir anoxronizmdir

Bu dövlət “Rusiyanın sərhədləri heç yerdə bitmir”; “Rus əsgərinin ayağı hara dəyirsə, ora bizimdir”; “Rusiya bütün istiqamətlər üzrə genişlənəcək - ta ki Allahın istədiyi yerə qədər...” kimi qorxunc xurafatçı zehniyyətlə idarə olunan, ərazi işğallarını davam etdirərək ayağının dəydiyi yerləri xarabalığa çevirən, insanlığın faydasına hər hansı dəyər ortaya qoymayan arxaik bir kolonialist gücdür.  Rusiyanı nəhəng cüssəsi, balaca başı olan dinozavra bənzətmək olar: dinozavrların yerə böyük asteroid düşdükdən sonra kəskin iqlim dəyişikliyi nəticəsində yox olduğu güman edilir. Əslində hazırkı qəsbkar Rusiya da, dinozavarlar kimi, müasir dünya şərtlərində mövcud olmamalıydı, lakin o, dünyanın “iqlim”ini özü üçün yaşanabiləcək hala gətirməyə çalışmaqla mövcudiyyətini davam etdirməyə can atır. Rusiyanın dünya “iqlim”ini dəyişdirib öz xəstə təxəyyülünə uyğunlaşdırma cəhdləri fəlakətlər, dağıntlar, qan və gözyaşı ilə müşayiət olunur...  Azərbaycan-Rusiya münasibətlərindəki problemlər tərəflərin bu münasibətlərin xarakteri və hansı prinsiplərə əsaslanacağı ilə bağlı fərqli baxışlarından irəli gəlir. Azərbaycanın ötən müddətdə Rusiya ilə münasibətləri müttəfiqlik səviyyəsinə qədər yüksəltməsi, hətta regional geosiyasətdə Moskvanın maraqları ilə üst-üstə düşən mövqe sərgiləməsi belə Putin rejimini qane etmədi. (Qərbin Ermənistanda güclənməsinə qarşı çıxaraq Aİ missiyasını təhdid elan etmək; Gürcüstanda ehtimal olunan siyasi dəyişikliyə qarşı çıxaraq mövcud hökumətə açıq dəstək vermək və s.) Bakı Moskva ilə qarşılıqlı münasibətlərin suveren bərabərlik prinsipinə əsaslanmasını istəyirdi. Lakin bir daha əyan oldu ki, Rusiya keçmiş koloniyaları ilə müttəfiqliyi və tərəfdaşlığı bərabərhüquqluluq əsasında deyil, süzeren-vassal münasibətləri kimi görür. Bu, Azərbaycan rəhbərliyini məmnun etmədi və onlar bizə məlum olan və olmayan bir sıra hadisələrdən sonra Moskvadan ciddi təhlükələrin qaynaqlandığının yenidən fərqinə vardılar. Problemlərin təməlində yatan səbəblər bunlardır. Bir daha hali olduğumuz başqa bir həqiqət də budur ki, bu gün Ukrayna dövləti və xalqı ağır bədəllər ödəyərək postsovet coğrafiyasının dövlətləri və xalqları başda olmaqla, bütün insanlıq naminə mübarizə aparır. Bu tarixi əhəmiyyətli müqavimətdə haqlının və məzlumun tərəfində durmaq ən əvvəl bir mənəvi borcdur. Şahin Cəfərli, politoloq

"O iyrənc adam yox olmalıdır" - "Deutsche Welle"

"Alman sosial-demokratları arasında Rusiya ilə münasibətdə fikir ayrılığı yaşanır..." Almaniyanın iqtidarda olan Sosial Demokrat Partiyası (ASDP) Berlin qurultayında Rusiya siyasətinə dair kəskin daxili mübahisələrlə gündəmə gəlib. Sozcu.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb. Partiya daxilindəki sol qanad artan hərbi xərcləri və ABŞ raketlərinin Almaniyada yerləşdirilməsini tənqid edir, Rusiya ilə dialoq çağırışları edir. Sağ mərkəz və rəhbərlik isə mövcud siyasətin dəyişilməyəcəyini bildirir. "Manifest" mübahisəsi: sol qanadın diplomatiya çağırışı Qurultaydan öncə ASDP-nin bir qrup keçmiş yüksək vəzifəli üzvü "Manifest" adlı sənədlə çıxış edərək silahlanmanın artmasını tənqid edib və Rusiya ilə münasibətlərin yumşaldılmasını təklif edib. Manifestdə, Ukraynaya dəstək əleyhinə açıq mövqe olmasa da, dialoqun vacibliyi vurğulanıb. Bu mövqeyin əsas müdafiəçilərindən biri, deputat Ralf Şteqner çıxışında Putini hərbi cinayətkar adlandırsa da, Almaniyanın müdafiə siyasətini "təhlükəli silahlanma yarışı" kimi dəyərləndirib. O, deyib: "Əgər diplomatiyanı yalnız dostlarımızla aparacayıqsa, onda bu dünya nəyin uğrunda dayanır?" "ASDP Ukraynanın yanındadır" Partiya rəhbəri Lars Klinqbayl sol qanadı cavabsız qoymayıb: "Putin Qorbaçov deyil". O, partiyanın Ukraynaya dəstəyinin dəyişməyəcəyini bəyan edib: "Biz azadlıq uğrunda mübarizə aparan ukraynalıların yanındayıq". Onun sözlərinə görə, ASDP artıq "Rusiya ilə birlikdə sülh" xəttindən "Rusiyaya qarşı sülhün müdafiəsi" xəttinə keçib. "Putin güc dilindən başqa heç nə anlamır" Almaniya müdafiə naziri Boris Pistorius isə daha sərt danışıb: "Kreml imperialisti sülh istəmir və danışıqlara açıq deyil". O, Putinin təkcə Ukraynaya qarşı deyil, Gürcüstana qarşı da hərbi təcavüzünü və Krımın ilhaqını xatırladaraq, Rusiyanın hərbi potensialının 2026-cı ilə qədər ikiqat artacağını bildirib. Pistorius deyib: "Sülh istəyimiz təbiidir, lakin bu gün bu, təhlükəlidir. Biz həm Ukraynanı, həm də özümüzü qorumalıyıq". O, Putinin yalnız güc dilini başa düşdüyünü və NATO-nun bunu nəzərə almalı olduğunu vurğulayıb. "O iyrənc adam yox olmalıdır" Partiyanın sabiq sədri Martin Şults isə emosional çıxışı ilə yadda qalıb: "Mən ümid edirəm ki, o iyrənc adam -  Vladimir Putin bir gün yox olacaq. Və Rusiya yenidən danışmağa dəyər bir ölkəyə çevriləcək". Şultsun fikrincə, bu gün Kremlin rəhbərliyi ilə danışıqlar "mümkün deyil". Zəif nəticə, daxili böhran və yeni kurs axtarışı ASDP-nin fevralda keçirilmiş növbədənkənar parlament seçkilərində aldığı 16,4 faiz səslə tarixinin ən zəif nəticəsini göstərməsi fonunda qurultay həm də daxili böhranın aynasına çevrilib. Partiya sədri Klinqbayl yenidən seçilsə də, cəmi 65 faiz səs qazanıb, bu da partiya üçün nadir hallarda rast gəlinən zəif dəstək göstəricisidir. İndi ASDP 2027-ci ilə qədər yeni əsas proqram hazırlamağa başlayır. Rusiya ilə gələcək münasibətlərin necə qurulacağı bu proqramda öz əksini tapacaq, bu isə Ukraynadakı müharibənin gedişindən birbaşa asılı olacaq.

Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəisi kimdir: polkovnik...

Xəbər verildiyi kimi, Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib. Artıq onun yerinə təyinat da olub. Belə ki, indiyədək Prezidentin Təhlükəsizlik Xidməti rəisinin müavini postunu tutan Fərid Əsgərov yeni vəzifədə Bəylər Eyyubovu əvəzləyəcək. Sozcu.az xəbər verir ki, Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəisi Fəriz Əsgərovun polkovnik rütbəsində olduğu bildirilir. Fərid Əsgərov 2007-2023-cü illərdə Azərbaycan Milli Karate Federasiyasının I vitse-prezidenti postunu tutub. O, daha əvvəl "Paşa Holdinq"də işləyib.

"Sputnik"də əməliyyat zamanı saxlanılanlar - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Daxili İşlər Nazirliyi “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) ofisində əməliyyat keçirib. Sozcu.az-ın məlumatına görə, əməliyyat zamanı saxlanılanlar var. Bunlar İqor Kartavıx və Yevgeniya Belousovadır. Həmin şəxslərin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan əməkdaşları olduğu bildirilir. Xatırladaq ki, Rusiyanın “Sputnik Azərbaycan” agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub. Məlumatda bildirilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib. Lakin “Sputnik Azərbaycan” redaksiyası bu qərara əməl etməyib. Ötən müddət ərzində ofis və kollektiv fəaliyyətini dayandırmayıb.

"Sputnik Azərbaycan"dakı əməliyyatla bağlı rəsmi açıqlama

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var: "Əməliyyatla bağlı əlavə məlumat veriləcək". Qeyd edək ki, bu gün "Sputnik Azərbaycan"ın ofisində əməliyyat keçirilib.

AB səfirindən Yekaterinburqdakı zorakılığa reaksiya

Rusiya təhlükəsizlik qüvvələri tərəfindən etnik azərbaycanlılara qarşı törədilən zorakılıq, işgəncə və qeyri-insani rəftar, hətta ölümlə nəticələnən xəbərlərdən dərin narahatam. Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko özünün X hesabında yazıb. "Mənim fikirlərim qurbanlar və onların ailələri ilədir", - Mixalko paylaşımında bildirib. Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın FTX-nin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb. Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib. Bundan sonra Azərbaycanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırılıb.

“Soydaşlarımız başqa ölkədə ikinci “sort” insan kimi yaşamaqla...”

“İranı çıxmaqla azərbaynalıların ən çox yaşadığı 2 xarici ölkə var: Türkiyə və Rusiya. Deyilənə görə, hər birində təxmini 3 mln soydaşımız yaşayır. Niyə? Yalnız ona görə ki, Türkiyə qardaş ölkədir? Yalnız ona görə ki, kişilərimiz rus xanımlarıma meyllidir (Rusiyada kişilərimizin sayı qadınlarımızdan xeyli çoxdur)? Xeyr! Əsas səbəb bu iki ölkədə bizimlə müqayisədə qanunçuluq səviyyəsinin daha yüksək olmasıdır. Xüsusilə, iqtisadi sahədə”. Bu sözləri hüquqşünas Əkrəm Həsənov öz “Facebook” səhifəsində yazıb. O, ölkədəki iqtsadi inhisarlaşmanı tənqid edib: Sezar pizza “Xalqımız çox işzgüzardır, puz qazanmağı sevir. Sahibkarlığın isə üç əsas təməli var: mülkiyyətin müdafiəsi, öhdəliklərin icrası və sağlam rəqabət. Azərbaycanda nəinki sahibkarın mülkünü, adi vətəndaşın da evini bir günə əlindən ala bilərlər. Sahibkarın bağladığı heç bir müqavilənin icra olunmasına təminat yoxdur. Sağlam rəqabətdən isə danışmağa dəyməz: ölkədə iqtisadiyyat tədricən daha da inhisarlaşır. Məhz buna görə də soydaşlarımız başqa ölkədə ikinci “sort” insan kimi yaşamaqla, hətta bəzən xoşagəlməz münasibətlə barışır”.

Sabahdan əmi, dayı, bibi, xala uşaqlarının evliliyi qadağandır

Sabahdan Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir. Sozcu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılıb: - qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; - bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu nikaha daxil ola bilməz.

Tommi Abraham "Beşiktaş"da

"Roma"nın futbolçusu Tommi Abraham karyerasını Türkiyə "Beşiktaş"ında davam etdirəcək. Sozcu.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. İstanbul təmsilçisi 27 yaşlı hücumçunun transferi ilə bağlı "Roma" ilə razılığa gəlib. "Beşiktaş" Tommi üçün 20 milyon avro ödəyəcək. Bildirilir ki, Abraham artıq Türkiyəyə uçmağa hazırlaşır. Tommi ötən mövsümü icarə əsasında "Milan" da keçirib. O, A seriyasında 29 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Azad edilmiş ərazilərdə daha 103 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (23.06-2025-29.06.2025) məlumat açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Qeyd olunub ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 85 piyada əleyhinə mina, 18 tank əleyhinə mina, 524 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 1 350,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Azərbaycanda 14 nəfər qarpızdan ZƏHƏRLƏNİB

Mövsüm başlayandan 14 nəfər qarpızdan zəhərlənib. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Klinik Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib. O qeyd edib ki, may-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 14 nəfər müraciət edib.  Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Ölüm halı qeydə alınmayıb. Qeyd edək ki, yay mövsümündə tez-tez rast gəlinən qida zəhərlənmələri arasında qarpızdan zəhərlənmə halları xüsusi yer tutur. İstiliyin artması, məhsulun düzgün saxlanılmaması, erkən yetişdirilmə məqsədilə istifadə olunan kimyəvi maddələr və gigiyenik qaydalara riayət olunmaması bu cür halların başlıca səbəbləri sayılır.

Elman Məmmədov: “Ruslar bizə bazar, vağzal adamları kimi baxırlar"

“Rusiya Prezidenti Vladimir Putin verdiyi bəyanatında belə bir ifadə işlətmişdi: “Rus əsgərinin ayağının dəydiyi bütün torpaqlar Rusiya ərazisidir”. Bu, Putin dövründən də, SSRİ dövründən də əvvəl çar imperiyasının uzun illər yeritdiyi işğalçılıq, müstəmləkəçilik siyasətinin bir daha təsdiqidir. İndi də Rusiya siyasi dairələri Rusiyaya qonşu olan dövlətlərin, keçmiş müttəfiq respublikaların hamısını öz ərazisi hesab edir. Cənab Putin bu yaxınlarda yenə ifadə etdi ki, bütün Ukrayna ərazisi bizimdir, yəni Rusiyanın. Bütün bu fikirlər rusların işğalçılıq siyasətindən xəbər verir. Həmişə olduğu kimi şovinist siyasətləri bu gün də davam edir. Bunlar özlərini ali irq hesab edirlər. Yerdə qalanlara, xüsusən də, müsəlmanlara — bizə və digər millətlərə isə yuxarıdan aşağı baxırlar. Ancaq bir şeyi unutmasınlar ki, bu siyasət yaxın gələcəkdə Rusiya Federasiyasının dağılmasına səbəb ola bilər”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib. Deputat vurğulayıb ki, Rusiya Federasiyasının daxilində çoxsaylı muxtariyyətlər var, hətta muxtariyyəti olmayan türk kökənli millətlər həddindən artıq çoxdur: “Bunlarla hesablaşmaq lazımdır. Digər tərəfdən, Rusiyada bu gün yaşayan soydaşlarımız, özbəklər, qazaxlar, türkmənlər, taciklər, qırğızlar və digərləri Rusiya iqtisadiyyatını dirçəldən, rus elminə, mədəniyyətinə töhfə verən insanlardır. Onlar isə bizə ancaq bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər. Rusiya siyasətini belə davam etdirsə, yəqin ki, bu çanaq öz başında çatlayacaq və yaxın gələcəkdə acı barlarını yeyəcək. Yekaterinburqda və digər yerlərdə azərbaycanlılara qarşı təzyiqlər başlayıb. İstəməzdik ki, Rusiya ilə münasibətlərimiz korlansın. Qonşu dövlət kimi münasibətlərimizin yaxşı olmasını, mehriban əməkdaşlıq şəraitində yaşamağı istəyirik. Bu, hər iki dövlət üçün xeyirdir, lakin səmimi münasibətimizə Rusiya tərəfindən həmişə xoşagəlməz münasibətlər görürük. Bunun axırı Rusiya üçün yaxşı olmayacaq”.