Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir!

5 yaşlı Orucov Nihat Kənan oğlu autizm xəstəsidir. Nihatın anası Samirə Orucova bildirir ki, övladının müalicəsi üçün maddi imkanları çox məhduddur. Kütləvi informasiya vasitələrinə müraciət edən ana vətəndaşlarımız, xeyirxah insanların yardım əli uzadacağına inanır.  Lent.az-a müraciətində ana deyib ki, 5 yaşlı övladını özü tək böyüdür:  - Nihat doğulduqdan sonra ilk vaxtlar uşaqda qeyri-adilik hiss etmirdik. Düşünürdük ki, o da gec dil açan, gec danışan uşaqlar kimidir. Amma getdikcə davranışlarında qəribəliklər üzə çıxdı. Uşaqda nitq pozuntusu, qorxu, bəzən hədsiz aktivlik, bəzən də qavrama çətinliyi olduğu göründü. Həkimə apardım. Müayinələr zamanı məlum oldu ki, övladım autizm xəstəsidir. Həm də bu xəstəliyin ağır növü olan Kanner autizmi.   S.Orucova bildirib ki, tənha anadır, işləyir, amma aldığı əməkhaqqı ilə balalarının maddi ehtiyaclarını qarşılaya bilmir. Bir tərəfdən də Nihatın müalicə xərcləri vəziyyəti daha da ağırlaşdırır:  - Oğlum əziyyət çəkir, uzunmüddətli müalicə almalıdı, bir kurs müalicə isə 300 manatdır. Nihat yaşıdlarından geri qalır, heç nəyə reaksiya vermir. Nihatın əlilliyi bu günlərdə təsdiqlənib. İlkin olaraq 205 manat müavinət təyin edilib. Sonra bəlkə məbləğ artacaq. Ancaq müavinətlə  və mənim kiçik əməkhaqqımla uşağın müalicəsini davamlı təmin etmək mümkün deyil. Ona görə də xalqımıza, mərhəmətli insanlara üz tutub kömək istəyirəm. Kimin imkanı nəyə çatır, kömək etsin. S.Orucova bank kartı və əlaqə nömrəsini də yazıb:  Kapital Bank 5239.1517.3928.6964 kart anaya aiddir.  Orucova Samirə adınadır. Əlaqə nömrəsi: 070-525-62-03. 

Gümrüdə ermənilər ayağa qalxdı: “Rusiya hərbi bazası Ermənistandan çıxarılsın”

Gümrüdəki Rusiya hərbi bazası yaxınlığında “Respublika Naminə” partiyasının təşkil etdiyi etiraz aksiyası başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Aksiya iştirakçıları Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılmasını tələb edirlər.

700 bal toplayan abituriyentlər hansı universiteti seçdilər?

Bu il iki abituriyent - Orxan Abdulsəmədli və Sona Nurməmmədli qəbul imtahanında 700 bal toplayıblar. Sozcu.az xəbər verir ki, AzEdu.az ixtisas seçiminin nəticələri ilə bağlı hər iki tələbə ilə əlaqə saxlayıb, təəssüratlarını öyrənib. Orxan Abdulsəmədli Azərbaycan Tibb Universitetinin Müalicə işi (tədris ingilis dili üzrə) ixtisasına qəbul olub:  "Maksimum nəticə göstərdiyim üçün ali məktəbə qəbul olacağımı bilirdim. Yəni ixtisas seçiminin nəticələri mənə sürpriz olmadı. Ailə üzvlərimlə sevincimi bölüşdüm. Tələbə adını qazanmaq çox gözəl hissdir. Çox sevindim. Təhsilimi davam etdirib, peşəkar həkim olmaq istəyirəm". 700 bal toplayan digər tələbə Sona Nurməmmədli Azərbaycan Tibb Universitetinin (ATU) Tibb ixtisasına qəbul olduğunu bildirib: "Əslində, 9-cu sinifdən sonra valideynlərimin və müəllimlərimin dəstəyi ilə ixtisasımı müəyyənləşdirmişdim. Tibb ixtisası üzrə təhsil almaq qərarına gəldim. Həmçinin bu sahəyə özümün də böyük marağım var. 700 bal topladığımı öyrəndiyim an keçirdiyim sevinc hislərini dünən bir daha yaşadım. Həddən artıq çox sevindim. Ailə üzvlərim də təbii ki, çox sevindilər. İlk növbədə ali təhsilimi mükəmməl şəkildə almaq istəyirəm. Daha sonra rezidentura təhsilini isə xaricdə davam etdirməyi düşünürəm. Lakin bu barədə tam dəqiq qərar verməmişəm. Vətənimə layiqli, savadlı kadr olmaq istəyirəm. Abituriyentlərə tövsiyə edirəm ki, çətinliklərə baxmayaraq, heç vaxt məqsədlərindən dönməsinlər. Təbii ki, bu yol onlara çətin görünə bilər. Amma əsas odur ki, qarşılarında məqsədləri olsun. Mütləq sistemli şəkildə çalışsınlar. Həmçinin istirahətlərinə də vaxt ayırsınlar".

İranda edam dalğası: Son 1 ayda...

İranda son bir ayda azı 160 məhbus edam olunub. "Azad İran" "Telegram" kanalı bu barədə İran İnsan Haqları Müdafiəçiləri Qrupunun (HRANA) aylıq hesabatına istinadla xəbər verib. Bildirilib ki, edam olunanlardan üçünün hökmü ictimaiyyətin gözü qarşısında icra olunub.  Hesabatda bildirilib ki, bu müddətdə daha 16 nəfər ölümə məhkum edilib, İran Ali Məhkəməsi isə dörd məhbusun hökmünü qüvvədə saxlayıb. Qeyd olunub ki, ilin əvvəlindən bu günə qədər edam edilənlərin kimliyi bəlli olanların sayı 818 nəfərə çatıb, onlardan 21-i qadındır.

Zelenski MÜHÜM XƏBƏRİ elan etdi - Yaxın günlərdə...

Ukrayna Prezidenti Volodimir Zelenski Niderland hökumətinin rəhbəri vəzifəsini icra edən Dik Shoof ilə telefon əlaqəsi saxlayıb. Sozcu.az xəbər verir ki, Ukrayna dövlət başçısı bu barədə rəsmi məlumatı “X” sosial şəbəkəsində paylaşıb. Zelenskinin sözlərinə görə, söhbət zamanı əsas müzakirə mövzusu Rusiya ilə bağlı vəziyyət olub. O bildirib ki, Moskva sülhə maraq göstərmir və mövcud durumu dəyişmək üçün beynəlxalq səviyyədə daha güclü təzyiqə ehtiyac var. Prezident həmçinin ən yüksək səviyyəli görüşlərin vacibliyini vurğulayıb.  Danışıqda Ukraynanın təhlükəsizlik təminatları məsələsi də gündəmə gətirilib. Zelenski qeyd edib ki, hazırda Kiyev ABŞ və Avropa tərəfdaşları ilə birlikdə bu istiqamətdə konkret mexanizmlər hazırlayır və yaxın günlərdə onların yekunlaşdırılması gözlənilir. “Biz Niderlandın bu prosesdə necə daha fəal iştirak edə biləcəyini və ölkəmizin müdafiəsinə əlavə dəstək verə biləcəyini müzakirə etdik”, – deyə Zelenski açıqlamasında bildirib. Prezident əlavə edib ki, tərəflər Ukraynanın müdafiə sənayesinə sərmayələr, birgə layihələrin reallaşdırılması və yaxın vaxtlarda baş tutacaq yeni görüşlər barədə də fikir mübadiləsi aparıblar./Musavat.com

Tələbə adını qazananlara vacib - MƏSLƏHƏTLƏR

Xəbər verdiyimiz kimi, ali məktəblərə ixtisas seçimlərinin nəticələri avqustun 22-də elan olunub. Sozcu.az xəbər verir ki, tarixçi alim Zaur Əliyev sosial şəbəkə hesabında tələbə adını qazananlar üçün bir neçə qızıl məsləhətlərini qeyd edib. "İllərin ali məktəb müəllimi kimi bundan sonrakı dövr üçün iki yol göstərim: 1) Təki ali məktəbi bitirim, diplom alım və ondan sonrası asandır; 2) Ali məktəbi bitirim, tələbə illərində əldə etdiyim şanslarla irəli, ancaq irəli gedim və 11+4 ildə mənə ailəmin qoyduğu kapitalı yüz qat, min qat əvəzini çıxım və xəyalımda olan işə və uğura nail olum... Birinci yol çox asandır. Dərsə gələcəksən, düşəcəksən əhatəyə, mən gəncəm öz həyatımı yaşayım, kafe, mollar, geyim keçim, gəzmək və sairələrə başın qarışacaq, dərslərdə zəif iştirak edəcəksən, müəllimlərin gözündən düşəcəksən, bir təhər imtahan və kollekium zamanı köçürmə edəcəksən, beynində heç nə qalmayacaq, amma yenə də bitirib ali məktəbi iş axtarmağa başlayacaqsan. Məcbur olub öz sahən üzrə deyil, ağır, yorucu və sizə uğur gətirə bilməyən işlərdə ömürünüzü başa vuracaqsınız.. İkinci yol isə daha asandır, sadəcə bunun üçün müəyyən şərtlər var ki, onlara əməl etmək lazımdır: 1) Yuxu rejimi çox önəmlidir. Buna diqqət etmək; 2) Müəllimlər verən mühazirələri oxumaq, onlarla bağlı qeydlər edib, qaranlıq qalan məsələni soruşmaq; 3) Dərs mövzusu ilə bağlı əlavə bədii və elmi kitablar oxumaq. Əlavə bilgi səni bir pillə yuxarıda saxlayacaq; 4) Universitetin ictimai həyatında iştirak etmək, bilik qruplarında və tələbə gənclər təşkilatında fəallıq göstərmək; 5) Debat klubların üzvü olmaq və yeni-yeni biliklər qazanmaq ; 6) Kitabxanalara qeydiyyatdan keçmək. Xüsusilə Axundov və Elmlər Akademiyası kitabxanaları; 7) Yemək rejimini qaydaya salmaq. Səhər ac durub dərsə gəlib, quru yeməklər ilə günü yola vermək olmaz. Normal qida rejimi önəmlidir. Belə olanda dərs zamanı fiziki gücün yerində olacaq; 8) Enerji və qazlı içkilərdən, o cümlədən zərərli vərdişlər olan spirtli içkilər və siqaretdən uzaq durmaq - Bu, sizi fiziki olaraq o qədər əldən salacaq ki, ikinci yol yox, birinci yola gedəcəksiniz; 9) Qrup olmağı öyrənin - "ay, bu belədir, o elədir" söhbəti etməyin. Qrup olun. Bir-birinizdən möhkəm yapışın, birgə qərarlar verin. Dekanlıq, müəllimlər üçün xəbər yox, birlik aparın. Bir-birinizin qədrini bilin. Siz bir olsanız, istədiyiniz hər şeyə nail olacaqsınız; 10) Xarici dil (dilləri) məsələsinə ciddi yanaşın. Xarici dil öyrənin - bu, çox önəmlidir. Kitablar oxuyun, filmlərə baxın, kurslara gedin...4 il qısa müddətdir, karyera isə uzun və ağır yoldur; 11) Valideyin və qohumlara çox arxayın olmayın. Elə müəllimlər var ki, prinsipləri o qədər böyükdür ki, dünya dağıla, heç kimə qulaq asmırlar. Onlar üçün bilik daha çox vacibdir. Ona görə daima hazırlıqlı olun; 12) Azərbaycanı çox, çox, çox sevin! Şəhidlər, qazilər, tarix və ədəbiyyat barədə bilikli olun. Ən azı öz rayon və şəhərinizin qəhrəmanlarını tanıyın. Bu bilik sizi bir anda uğurlu bir yola salacaq və müəllimlər və rəhbərlik sizə böyük hörmət edəcək; 13) Könüllük proqramlarına qoşulun; 14) Sevin və sevilin. Sevgi dünyanı xilas edəcək; 15) Ata-ananızın qədrini bilin, ailənizə bağlı olun, mütəmadi onlarla danışın, onlardan heç nə gizlətmək olmaz. Bizlər Sizləri gözləyirik. Hər zaman da yanınızdayıq. Müəllimlər yeni bir tələbə yox övladlar gözləyirlər. Çəkinmədən müəllimlərə valideyn gözü ilə baxın.. Sizləri çox sevirik və ona görə iki yoldan birini seçməli olsanız belə sizin yanınızda olacayıq",- o, əlavə edib.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1277-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 075 160 hərbçi, 11 129 ədəd tank, 23 164 ədəd zirehli döyüş maşını, 31 858 ədəd artilleriya sistemi, 1 472 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 210 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 59 512 ədəd avtomobil texnikası, 52 935 ədəd PUA, 3 598 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 944 xüsusi avadanlıq itirib.

Yasamalda 45 yaşlı qadın qətlə yetirildi

Bu gün səhər saat 9 radələrində Bakının Yasamal rayonu ərazisində 1980-ci il təvəllüdlü İradə Muradova münaqişə zəminində qətlə yetirilib. Sozcu.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Emil Ağacanov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Simonyan Bakı ilə razılaşmadan danışdı: İndi daha çox dərk edirik

Son hadisələr Ermənistan üçün yeni tarixi imkanlar yaradıb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. “Son hadisələr (Azərbaycanla sülh sazişinin paraflanması və nəqliyyat dəhlizlərinin açılmasına dair razılaşma – red.) dövlətimiz üçün yeni tarixi imkanlar yaradıb, Ermənistanın müstəqilliyi və suverenliyini daha da möhkəmləndirib. Bu gün biz müstəqilliyimizin, suverenliyimizin dəyərini hər zamankindən daha çox dərk edirik. Müstəqilliyimizi möhkəmləndirən, ölkəmizi inkişaf etdirmək, vətəndaşlarımızın layiqli həyatını təmin etmək imkanı verən sülhdür”, - spiker bildirib.

Kiyevdə partlayış səsləri eşidilir

Ukrayna paytaxtı Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib, partlayış səsləri eşidilir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. Məlumatda paytaxt sakinlərinə PUA təhlükəsi barədə xəbərdarlıq edilib. Həmçinin şəhərin meri Vitali Kliçko hava hücumundan müdafiə sistemlərinin işlədiyini bildirib. “Paytaxtda hava hücumundan müdafiə qüvvələri işləyir. Sığınacaqlarda qalın!”, - Kliçko Teleqramda yazıb.

Sergey Markov Rusiyada xarici agent ELAN EDİLDİ

Rusiya Ədliyyə Nazirliyi politoloq Sergey Markovu xarici agentlər siyahısına daxil edib. Sozcu.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. O, xarici agent materiallarının yaradılması və yayılmasında iştirak, arzuolunmaz təşkilatların materiallarının yayılması, xarici agent platformalarında respondent kimi iştirak və Rusiya hakimiyyətinin hərəkətləri haqqında yalan məlumatların yayılmasında ittiham edilir.

İranda hərbçilərə hücum edildi: ölənlər var

Bu gün İranın Sistan və Bəluçistan əyalətinin İranşəhr rayonunun Damən bölgəsində naməlum silahlı şəxslər hərbçilərin olduğu avtomobilə hücum ediblər. Sozcu.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. Məlumata görə, hücum nəticəsində 5 hərbçi öldürülüb. Bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi, hadisə yerinin mühasirəyə alındığı bildirilir.

Ermənistan-Azərbaycan sərhədində zəlzələ oldu

Ermənistan-Azərbaycan sərhədində 3,2 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb. Məlumata görə, zəlzələ saat 15:03-də Noyemberyan şəhərindən 19 kilometr cənubda, yerin 10 km dərinliyin qeydə alınıb.

Ukrayna Krımdakı PUA bazasını vurdu

Ukrayna Hərbi Dəniz Qüvvələri işğal altındakı Sevastopoldakı “Xersones” aerodromunda Rusiyanın “Forpost” və “Mohajer-6” PUA-ları üçün bazasını məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrindən məlumat verilib. Məlumata görə, zərbələr nəticəsində 3 ədəd “Mühacir-6” və 2 ədəd “Forpost” PUA-ları məhv edilib. Bildirilib ki, bu PUA-lar Qara dəniz üzərində kəşfiyyat aparmaq üçün nəzərdə tutulurdu.

Ukrayna ordusu Donetskdə 3 kəndi azad etdi

Ukrayna ordusu Donetsk vilayətinin Zelyonıy Qay yaşayış məntəqəsini azad edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Ukrayna Baş Kəşfiyyat İdarəsinin və “Bratstva” batalyonunun döyüşçüləri Donetsk vilayətindəki İskra və Tolstoy kəndlərini də azad edib.

Müəllimlər üçün yeni vakansiya - İş axtaranların nəzərinə!

Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və milli dəyərlərinin Qırğızıstan Respublikasında tanıdılması və azərbaycançılıq ruhunun aşılanması məqsədilə Bişkek şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına 103 nömrəli məktəbdə Azərbaycan dili fənnini tədris edəcək müəllimin işə qəbulu üzrə müsabiqə elan olunub. Sozcu.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. Namizəd üçün tələb olunan meyarlar: • müvafiq ixtisas üzrə ali pedaqoji təhsil; • MİQ-də iştirak və ya minimum 3 (üç) il pedaqoji staj; • multikultural mühitdə işləmək, təşəbbüskarlıq və ünsiyyət bacarıqları; • xarici dil bilikləri (rus və ya qırğız dili). Tələb olunan sənədlər: • şəxsiyyət vəsiqəsinin surəti; • ali təhsil haqqında diplomun surəti; • tərcümeyi-hal (CV); • əmək kitabçasının surəti (əgər varsa); • tövsiyə məktubu (əgər varsa); • motivasiya məktubu (müsabiqədə iştirak məqsədini izah edən). Müsabiqə üzrə mərhələlər: - I mərhələ - müraciətlərin qəbulu və sənədlərin yoxlanılması; - II mərhələ - pedaqoji fəaliyyətin qiymətləndirilməsi (müsahibə və ya dərs təqdimatı); - ⁠III mərhələ - Müsabiqə komissiyası tərəfindən yekun qərarın verilməsi. Əmək müqaviləsinin müddəti: • 1 (bir) tədris ili. Müəllimin əməkhaqqı Qırğız Respublikası tərəfindən, digər xərclər isə Azərbaycan Respublikası tərəfindən qarşılanacaqdır. Son qeydiyyat tarixi: 28 avqust 2025-ci il, 21:00 Müraciət ünvanı: [email protected]

Abşeronda boya zavodu YANIR

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində boya istehsalı zavodunda yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Sabah 37 dərəcə isti! - HAVA PROQNOZU

Azərbaycanda avqustun 23-də 37 dərəcə isti gözlənilir. Sozcu.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.  Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Trampın Ukraynada sülh ümidləri puça çıxdı - KİV

Trampın Ukraynadakı sülh səyləri dörd gündə dalana dirənib. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” yazıb. “Trampın sülh razılaşması əldə etmək üçün Vladimir Putin və Vladimir Zelenski ilə görüşmək ümidləri puça çıxdı. Onun Putin və Zelenskini müharibəni bitirməyi müzakirə etmək üçün görüşməyə çağıran ehtiyat planı da baş tutmayıb”, - məlumatda qeyd olunub. Nəşr yazır ki, ABŞ və Avropa rəsmiləri hələ də sülhməramlı qüvvələrin tərkibi ilə bağlı danışıqlar aparır, lakin bu ideya Kreml tərəfindən tez bir zamanda rədd edildi və Trampın ABŞ-ın hərbi iştirakının həcmini müəyyən etmək istəyi ilə bağlı suallar doğurdu: “Planlarının əksəriyyəti hələ də yerinə yetirilmədiyi bir vaxtda Tramp son 7 ayda onu narahat edən qeyri-müəyyənliklə üzləşir – o, Putinə nə qədər təzyiq göstərməyə və Zelenskini dəstəkləməkdə nə qədər irəli getməyə hazırdır?”

Volqoqrad hava limanı bağlandı

Volqoqrad hava limanında PUA hücumları fonunda müvəqqəti uçuş məhdudiyyətləri qüvvəyə minib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako məlumat verib. O bildirib ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Azərbaycanlılar Zəngəzur dəhlizindən necə gedəcəklər? - Paşinyan AÇIQLADI

“Vaşinqton Bəyannaməsində (Azərbaycan, Ermənistan, ABŞ prezidentlərinin imzaladığı birgə sənəd-red.) beş prinsip - ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq aydın şəkildə ifadə olunub. Vaşinqton sazişi onların əsasında fəaliyyət göstərəcək”. Sozcu.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizi ilə Naxçıvana gedərkən Ermənistan sərhədçiləri ilə qarşılaşıb-qarşılaşmayacağ haqda sualı cavablandırarkən deyib. Baş nazir qeyd edib ki, dünyanın bir çox ölkələrində biometrik pasportlar və rəqəmsal texnologiyalar vasitəsilə gömrük və sərhəd prosedurları təkmilləşdirilir. Onun sözlərinə görə, tezliklə Ermənistandakı keçid məntəqələrində də sadələşdirilmiş prosedurlar qüvvəyə minəcək ki, bu da biznes üçün tranzit və ixracı asanlaşdıracaq: "Dünyanın bir çox inkişaf etmiş ölkələri artıq son onilliklərdə adət etdiyimiz gömrük və sərhəd nəzarəti formalarını tətbiq etmirlər. Xüsusilə, biometrik pasportlardan istifadə zamanı tamamilə yeni prosedurlar tətbiq olunur. Rəqəmsal texnologiyaların inkişafı başqa yanaşmaları da diktə edir. Belə demək mümkünsə, "insana toxunmağı" tələb edən üsullar keçmişdə qalacaq. Bu nəzarət formaları yalnız illər ərzində yox olacaq - Ermənistan və Azərbaycan sərhədində, həm də bütün keçid məntəqələrimizdə”. Paşinyanın sözlərinə görə, hökumət biznes mühitinin, tranzitin və ixracın inkişafına kömək etmək üçün bütün sərhədlərdə sadələşdirmələrə çalışacaq: "Əminliklə deyə bilərəm: biz yuxarıda göstərilən beş prinsip çərçivəsində uyğun gələn istənilən sadələşdirməyə hazırıq". Avqustun 8-də Ağ Evdə imzalanan Birgə Bəyannaməyə əsasən, Zəngəzur dəhlizi ABŞ şirkəti tərəfindən idarə olunacaq. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılan dəhliz 99 illiyə ABŞ şirkətinə icarəyə verilib. Bu dəhliz vasitəsilə Azərbaycan həm Naxçıvana birbaşa gediş-gəliş əldə edəcək, həm də beynəlxalq yüklər daha qısa məsafə ilə daşınacaq.

Ağdərədə yanğın zamanı 5 dəfə mina partladı

Ağdərədə baş verən yanğınlar zamanı 5 dəfə mina partlayıb. Sozcu.az-ın Teleqraf-a istinadən xəbərinə görə, Ağdərə şəhər ərazində meşə massivində baş verən yanğınlar partlayışla müşahidə edilir. Meşə massivində davam edən yanğın zamanı 5 dəfə mina partlayıb. Hazırda yanğınsöndürmə əməliyyatları qurudan FHN-nin Tərtər və Ağdərə rayonlarının yanğınsöndürən əməkdaşları havadan Aviasiya dəstəsinin 2 helikopteri yanğınsöndürmə əməliyyatlarını davam etdirir. Yanğın hazırda davam edir.

Kəlbəcərdə bu kompleksə 807 ailə köçürüləcək

Bu gün təməlqoyma mərasimi keçirilən Kəlbəcər şəhərindəki 4-cü yaşayış kompleksinə 807 ailənin köçürülməsi nəzərdə tutulur. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev kompleksdə yaradılacaq şərait barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verərkən bildirib. Bildirilib ki, bu yaşayış kompleksinin ərazisi 10 hektara yaxın olacaq. Yaşayış kompleksində 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı, 82 dördotaqlı inşa ediləcək. Burada 4 mərtəbəli 26 binanın inşası planlaşdırılır. Binaların 1-ci mərtəbəsində məişət və ticarət obyektləri yaradılacaq.

Azərbaycana kütləvi kiberhücum... - Rəsmi

Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub. Sozcu.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Məlumata görə, ölkəyə internet trafiki təqdim edən əsas "backbone" operatorlardan biri olan "Delta Telekom"a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib. Ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ "backbone" operatorlarının şəbəkəsinə yönləndirilib. Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub. Atılan addımlar nəticəsində "Delta Telekom"a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınıb. "Delta Telekom"un xidmətləri bərpa olunub.