"Qarabağ"ın "Şelburn"la oyunlarının vaxtı açıqlandı

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəyi matçların vaxtı açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.  İlk görüş iyulun 23-də İrlandiyada oynanılacaq və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Qeyd edək ki, "Şelburn" ötən gecə ÇL-in 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Linfild"lə heç-heçə edib (1:1, ilk görüş - 1:0) və 2 oyunun cəmində mərhələ adlayaraq "Qarabağ"a rəqib olub.

Suraxanıda ikimərtəbəli ev yandı

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub. Sozcu.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və dam örtüyü 120 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İraqda 50 nəfər yanaraq öldü - Matəm elan edildi

İraq Bağdadın cənubunda Kut şəhərində ticarət mərkəzində baş verən güclü yanğında həlak olan təxminən 50 nəfərin xatirəsinə üçgünlük matəm elan edib. Sozcu.az xəbər verir ki, bu barədə Vasit vilayətinin qubernatoru Məhəmməd Cəmil əl-Mayya bildirib. "Biz yanğın nəticəsində təxminən 50 nəfəri itirdik. Səlahiyyətli orqanlar yanğının səbəblərini araşdırmağa davam edir, ilkin nəticələr tam şəffaflıq təmin edilməklə 48 saat ərzində ictimaiyyətə açıqlanacaq", - o vurğulayıb. Vasit polis komandanlığı hipermarketdəki yanğını söndürmək üçün əyalətin mülki müdafiə qüvvələrinin tam səfərbərliyini elan edib.

Avro bahalaşdı, rubl ucuzlaşdı

Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnəsinə görə, dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Sozcu.az xəbər verir ki, lirənin manat qarşısında dəyəri 0.23% artaraq 0.0423 manatda sabit qalıb. Avronun məzənnəsi 0.04% artaraq 1 avro 1.9762, rublun məzənnəsi isə 0.03% ucuzlaşaraq 100 rubl 2.1788 manat olub.

Laçındakı yanğına görə 3 nəfər məsuliyyətə cəlb olundu

Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsız davranış nəticəsində törədildiyi müəyyən olunub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb. Qeyd edilib ki, Laçın rayon Sus kənd sakini olan 3 nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb. Faktla bağlı başlanmış cinayət işi üzrə yanğın hadisəsini törətməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən ərazidə yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlərin icrası davam edir.

Rubio: "ABŞ İsrailin Suriyaya endirdiyi zərbələrdən narahatdır"

ABŞ İsrailin Suriya ərazisinə endirdiyi zərbələrdən dərin narahatlığını ifadə edib. Sozcu.az xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio bildirib. “Biz bütün maraqlı tərəflərlə əlaqə saxlayırıq və hərbi əməliyyatların dayandırılması üçün səylər göstəririk”, - Rubio qeyd edib.

Ağdaşda 17 yaşlı gənc kanalda boğuldu

Ağdaşda 17 yaşlı gənc - Süleymanlı Dəniz Nəsib oğlu Yuxarı Şirvan kanalında boğulub. Sozcu.az xəbər verir ki, hadisə həmin şəxs kanalda çimərkən baş verib. Hazırda onun sudan çıxarılması istiqamətində işlər görülür.

Tanınmış vəkil “zon”a köçürüləcək

Təhqir və böhtan ittihamları ilə həbs edilmiş tanınmış vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədovun apellyasiya şikayətinə baxılıb. Sozcu.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda qərar açıqlanıb. Məhkəmə Adəm Məmmədov və qardaşına verilmiş cəzanı qanuni hesab edərək hökmün qüvvədə saxlanılmasına qərar verib. Bununla hökm qanunu qüvvəyə minmiş hesab olunur. Adəm Məmmədov yaxın günlərdə cəzasının qalan hissəni çəkmək üçün cəzaçəkmə müəsisəsinə köçürülməlidir. Qeyd edək ki, Adəm Məmmədov və Xəyyam Məmmədov birgə rəhbərlik etdikləri saytda tanınmış vəkil Ceyhun Yusifovu ağır cinayətdə ittiham etmişdilər.C. Yusifovun xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasında Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşı Xəyyam Məmmədova isə 1 il müddətinə islah işləri cəzası verilib. Məlum qalmaqaldan sonra Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin qərarı ilə A.Məmmədovun vəkillik fəaliyyəti də dayandırılmışdı.

TƏCİLİ: Voronejdə azərbaycanlılar SAXLANILDI

Rusiyanın Voronej şəhərində azərbaycanlılara qarşı daha bir təhqiramiz davranış qeydə alınıb. Sozcu.az Haqqın.az-a istinadən xəbər verir ki, Rusiya təhlükəsizlik qüvvələri yenidən Voronejdə bazarda azərbaycanlıları saxlayıb. Hadisə yerində olan şahidlərin sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları bazarda reyd keçirib və saxlanılan şəxsləri bir-birinin çiynindən tutaraq yeriməyə məcbur ediblər. Məlumata görə, saxlanılanlar arasında azərbaycanlılarla yanaşı, tacik və özbək əsilli şəxslər də var.

Paşinyandan separatçılara: İmkan verməyəcəyik!

Ermənistan ərazisində ikinci dövlətin mövcudluğuna imkan verməyəcəyik. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvandakı Qarabağ separatçılarının “nümayəndəliyi”nin binasının ləğv edilməsi təşəbbüsü fonunda deyib. “Birbaşa dedim ki, Ermənistanda ikinci dövlətin olmasına icazə verə bilmərəm. Bu barədə əvvəllər də danışmışam və mesajın başa düşüləcəyinə ümid edirdim. Bir, iki, üç... Dövlət tədbir görməlidir”, - o bildirib. Paşinyan əlavə edib ki, bu mülk Ermənistana məxsus olmalıdır. Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu İnzibati Məhkəmədə Kadastr Komitəsinə qarşı iddia qaldıraraq qondarma “Qarabağ nümayəndəliyi”nin yerləşdiyi binaya mülkiyyət hüququnun etibarsız hesab edilməsini tələb edib.

İsrail ordusu Dəməşqi vurdu: 5 ölü, 18 yaralı

14:10 İsrail ordusu Suriya Baş Qərargahının Dəməşqdəki kompleksinə zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Suriya mediası isə şəhərə endirilən zərbələr nəticəsində iki nəfərin yaralandığını vurğulayıb. *** İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 5 nəfər ölüb. Bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Hücum nəticəsində 18 nəfərin də yaralandığı bildirilib.

Trampın istədiyi olmadı – Bitkoin sürətlə ucuzlaşmağa başlayıb

Dünən ABŞ Nümayəndələr Palatasında kriptovalyuta ilə bağlı qanun layihələrinin prosedur səsverməsinin uğursuzluqla nəticələnməsi Bitkoinin qiymətinə mənfi təsir göstərib. Sozcu.az “Forbes”ə istinadla xəbər verir ki, səhər saatlarında gündəlik maksimum dəyəri 120 min 482 dollar olan Bitkoin günortaya doğru 117 min dollara qədər enib. Bitkoində baş verən 2,8%-lik azalma ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi kriptovalyuta qanunlarının bloklanması fonunda qeydə alınıb. Nümayəndələr Palatasında keçirilən prosedur səsvermədə 196 nəfər lehinə, 223 nəfər isə əleyhinə səs verib. Əleyhinə səs verənlər arasında 13 respublikaçı da olub. Bloklanan qanun layihələri arasında stabilkoinlərin tənzimlənməsi, kripto aktivlərin qiymətli kağız və ya əmtəə kimi təsnifləşdirilməsi, həmçinin Federal Ehtiyat Sisteminin rəqəmsal valyuta buraxmasına məhdudiyyətlər qoyulması ilə bağlı təkliflər yer alırdı. Tramp eyni gün “Truth Social” platformasında paylaşım edərək respublikaçıları bu qanunlara dəstək verməyə çağırmışdı: “Nümayəndələr Palatası Amerikanı rəqəmsal aktivlərin lideri edəcək nəhəng qanun layihəsinə səs verməlidir”. Qanun layihələrinin bloklanması təkcə Bitkoinə deyil, həm də kriptovalyuta ilə əlaqəli səhmlərə mənfi təsir göstərib. Mədən şirkətləri olan “Riot Platforms” və “Mara Holdings”in səhmləri müvafiq olaraq 3,3% və 2,3% ucuzlaşıb. “Coinbase” birjasının səhmləri isə 1,5% dəyər itirib. Ekspertlər qeyd edirlər ki, son günlərdə Bitkoinin qiymətindəki artım, birja fondlarının (ETF) kriptovalyuta alışı və qanunvericilikdə irəliləyişlərə dair gözləntilərlə əlaqədar idi. Lakin qanun layihələrinin bloklanması investor optimizmini zəiflədib.

Goranboyda kütləvi dava: xəsarət alanlar var

Goranboy rayonunda kütləvi dava olub. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Veyisli kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakinləri E.Abuzərov, T.Zeynalov və E.Mustafayev mübahisə zəminində bir-birilərinə müxtəlif alətlərlə xəsarət yetiriblər. Hər üçü xəstəxanaya yerləşdirilib. Mübahisənin səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

İtkin düşən şəhidin qalıqları tapıldı: dəfn olunacaq - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən daha bir şəxsin qalıqları dəfn olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumata görə, itkin düşmüş hərbçi Kərimov Məzahir Xalıq oğlunun qalıqları iyulun 18-də Xaçmaz rayonu Usta Cəlilli kənd qəbiristanlığında dəfn olunacaq.

Hazırda Bakıda 39, Naxçıvanda 40 dərəcə isti var - FAKTİKİ HAVA

İyulun 16-sı saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb. Düşən yağıntının miqdarı Düşən yağıntının miqdarı Ağstafada 9, Şahdağda 6, Tovuzda 3, Qubada 2, Ceyrançöl, Gədəbəy, Daşkəsəndə 1 mm-dir. Küləyin sürəti İyulun 15-i axşam saatlarında bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Ağstafada 25, Şəmkir və Tovuzda 20 m/s dək güclənib. Havanın temperaturu Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Naxçıvan MR-da eyni zamanda Aran rayonlarında 40, dağlıq rayonlarda 32 dərəcəyədək isti qeydə alınıb.

Erməni keşiş: Paşinyanın başı kəsilsin

Erməni Apostol Kilsəsi İŞİD-in qoluna çevrilib, baş kəsilir, baş isə Ermənistanın seçilmiş baş nazirinindir. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin ofisinin rəhbəri Araik Arutyunyan Feysbuk səhifəsində din xadiminin çıxış videosundan bir parça paylaşaraq yazıb. “O deyir ki, Paşinyanın başını kəsmək lazımdır. İndi fikirləşin ki, Vazgen Qalstanyan (“Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan nəzərdə tutulur – red.) onunla müqayisədə “ağbənizdir”, - o bildirib.

Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRIR

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) növbəti tədris ili üçün illik təhsil haqqı artırılıb. Modern.az-ın məlumatına görə, artım həm bakalavriat və magistratura səviyyələrində müşahidə edilib. "Burada bakalavriat və magistratura səviyyələrində bütün ixtisaslar üzrə təhsil haqqı 2300 manatdan 2400 manata, MBA proqramlarında isə 2500 manatdan 2700 manata qalxıb", - universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumatda deyilir. Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Texniki Universitetində (AzTU) isə artım olmayacağı bildirilib.

Türkiyənin iki vilayətində meşə yanğınları başladı

Türkiyənin Çanaqqala vilayətinin Ayvacık və Təkirdağ vilayətinin Şarköy ilçələrində meşə yanğınları başlayıb. Sozcu.az Türkiyə mediasına xəbər verir ki, hər iki bölgədə yanğının söndürülməsi üçün intensiv tədbirlər davam etdirilir. Şarköydə təhlükəsizliyin qorunması məqsədilər bir məhəllənin sakinləri təxliyə edilib.

Cəlilabadda meşədə yanğın: bir nəfər tüstüdən zəhərləndi

14:10 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Sozcu.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Hava şəraitinin küləkli olması yanğınsöndürmə işlərində çətinliklər yaradır. *** Cəlilabadda meşədəki yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib. Məlumata görə, o, 1976-ci il təvəllüdlü, meşə təsərrüfatının əməkdaşı Qəni Nəzirovdur. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Hazırda yanğın davam edir.

Bu ərazilərə yağış yağır

Azərbaycanda iyulun 15-i saat 16:00-a olan məlumata əsasən hazırda bəzi dağlıq ərazilərdə - Daşkəsən, Gədəbəy, Qusarda qısamüddətli yağış yağır. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 39, Naxçıvan MR-da eyni zamanda Aran rayonlarında 40, dağlıq rayonlarda isə 30 dərəcəyədək isti qeydə alınıb.

Ukraynanın baş naziri istefa verdi

Ukraynanın Baş naziri Denis Şmıqal vəzifəsindən istefa verib. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Zelenskidən Ottava Konvensiyası ilə bağlı qərar...

Prezident Vladimir Zelenski Ukrayna üçün piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasının qüvvəsini dayandıran qanunu imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə dövlət başçısı Teleqram kanalında yazıb. "Mən dərhal Ukrayna üçün piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasının dayandırılması ilə bağlı Ali Radadan verilən sənədi imzaladım", - deyə bildirilib.

"Barselona" onun üçün "Bavariya" ilə danışıqlara başlayır

"Barselona" "Bavariya"nın və İspaniya millisinin hücumçusu Brayan Saraqosanı yay transfer pəncərəsində əsas hədəflərindən biri kimi görür. Sozcu.az xəbər verir ki, bu barədə İspaniyanın "El Chiringuito" nəşri məlumat yayıb. Kataloniya klubunun rəhbərliyi 23 yaşlı futbolçunun La Liqada oynamağa tam hazır olduğunu və hazırda maliyyə baxımından ən sərfəli variantlardan biri olduğunu düşünür. Qeyd olunur ki, Saraqosa "Barselona"nın ona olan marağı ilə bağlı xəbərlərə sosial şəbəkələrdə bəyənərək reaksiya verib. Klubun yaxın günlərdə futbolçunun transferi üçün rəsmi təklif göndərəcəyi də bildirilir. Qeyd ki, Brayan Saraqosa ötən mövsümü icarə əsasında "Osasuna"da keçirib və 28 oyunda 1 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniyalı vingerin "Bavariya" ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. 

Bu tarixdə havanın temperaturu aşağı düşəcək

İyulun 17-dək ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin davam edəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, yaxın iki gündə Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturu 35-38, bəzi yerlərdə isə 40°C-yə qədər yüksələcək. Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında da istilik 36°C-yə çatacaq. Dağlıq ərazilərdə isə temperatur 28-33°C arasında dəyişəcək. Qeyd edək ki, 17 və 18 iyulda hava temperaturunun 2 dərəcə aşağı düşəcəyi gözlənilir. 19 iyulda isə temperaturun yenidən qalxacağı proqnozlaşdırılır.