Mehdiyevə görə həbs edilən AMEA işçisi, görün, kimdir?

Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın sabiq prezidenti, hazırda dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirmək ittihamı barəsində ev həbsi seçilən Ramiz Mehdiyevin AMEA-da köməkçisi olan Eldar Qurban oğlu Əmirovun həbs edildiyi barədə media məlumat yayıb. Sozcu.az xəbər verir ki, bu, E.Əmirovun həbsi haqda ilk məlumat deyil. Hələ 14 fevral 2022-ci ildə - Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən çıxarılan gün onun saxlanıldığı xəbəri yayılmışdı. Bildirilirdi ki, AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirov hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulub. Bəs, bu Eldar Əmirov kimdir ki, vaxtaşırı gündəmə gəlir? Məlumata görə, 40 yaşlı Eldar Əmirov Ramiz Mehdiyevin baldızı oğludur. E.Əmirov Ramiz Mehdiyevin AMEA-dakı “sağ əli” olduğu iddia edilir, faktiki olaraq AMEA-da Mehdiyevin iradəsinin ifadəçisi rolunu oynayıb.

Mehdiyevə görə həbs edilən AMEA işçisi, görün, kimdir?

Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın sabiq prezidenti, hazırda dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirmək ittihamı barəsində ev həbsi seçilən Ramiz Mehdiyevin AMEA-da köməkçisi olan Eldar Qurban oğlu Əmirovun həbs edildiyi barədə media məlumat yayıb. Sozcu.az xəbər verir ki, bu, E.Əmirovun həbsi haqda ilk məlumat deyil. Hələ 14 fevral 2022-ci ildə - Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən çıxarılan gün onun saxlanıldığı xəbəri yayılmışdı. Bildirilirdi ki, AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirov hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulub. Bəs, bu Eldar Əmirov kimdir ki, vaxtaşırı gündəmə gəlir? Məlumata görə, 40 yaşlı Eldar Əmirov Ramiz Mehdiyevin baldızı oğludur. E.Əmirov Ramiz Mehdiyevin AMEA-dakı “sağ əli” olduğu iddia edilir, faktiki olaraq AMEA-da Mehdiyevin iradəsinin ifadəçisi rolunu oynayıb.

"Çelsi"nin Bakıda nə açıq məşqi, nə də mətbuat konfransı olacaq

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü  turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Çelsi" (İngiltərə) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub. Sozcu.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin yaydığı məlumatda bildirilib. Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı noyabrın 4-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. Məlumatda o da qeyd edilib ki, qonaq komandanın mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi isə İngiltərədə keçiriləcək. Xatırladaq ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.

İranda iki hökumət məmuru öldürüldü

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr və Xaş bölgələrində SEPAH və ona bağlı “Bəsic” üzvlərinə silahlı hücum olub. Sozcu.az xəbər verir ki, bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Məlumata görə, hücum nəticəsində Məhəmməd Siyahanı və İsmayıl Şahuzehi həlak olub, bir “Bəsic” üzvü isə yaralanıb. Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Rəsmi dövlət mediası silahlı hücumun “düşmən və müxalif qruplar” tərəfindən edildiyini yazıb.

Ərdoğan Azərbaycana gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Sozcu.az APA-ya istinadən xəbər verir ki, səfər Zəfər Günü münasibətilə həyata keçiriləcək.

14 yaşlı qızın ölümü: iki həkimə hökm oxundu

Yevlaxda 14 yaşlı qızın cərrahi əməliyyat zamanı ölməsi faktı üzrə başlanmış cinayət işində təqsirləndirilən “Yevlax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin həkim-travmatoloq-ortopedi Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloqu Könül Sadıqovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Yevlax rayon Məhkəməsində hakim Qalib Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Bəxtiyar Mustafayevə və Könül Sadıqovaya 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Qeyd edək ki, Yevlax rayon prokurorluğunun yaydığı məlumata görə, ötən il avqustun 13-də Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın “Yevlax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi başlanıb İstintaqla həmin dövrdə qeyd edilən tibb müəssisəsində həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən Könül Sadıqovanın öz xidməti vəzifəsini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan Nərminə Kazımovanın ölümünə səbəb olan səhlənkarlıq etmələrinə, eləcə də K.Sadıqovanın rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında B.Mustafayevə Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq), K.Sadıqovaya isə həmin Məcəllənin 313 (vəzifə saxtakarlığı) və 314.2-ci maddələrilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Ramiz Mehdiyev kimi 2000 AZN rütbə maaşı alan akademiklərin SİYAHISI

Prezident Administrasiyasının cinayət məsuliyyətinə cəlb edilən keçmiş rəhbəri, 87 yaşlı akademik Ramiz Mehdiyev 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvüdür. Ölkə başçısnın sərəncamına əsasən, 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat təşkil edir. Yəni Ramiz Mehdiyev hazırda təkcə akademik rütbəsinə görə ayda 2000 manat alır. Bəs AMEA-nın digər həqiqi üzvləri kimlərdi? Modern.az saytı AMEA-nın həqiqi üzvləri olan digər akademiklərin adlarını təqdim edir: Abbasov Əli Məmməd oğlu Abbasov Vaqif Məhərrəm oğlu Abdinov Cavad Şahvələd oğlu Abdullayev Kamal Mehdi oğlu Axundova Nərgiz Çingiz qızı Babayev Məhərrəm Pirverdi oğlu Babazadə Vasif Məmməd Ağa oğlu Baxşəliyeva Gövhər Baxşəli qızı Cəfərov Nizami Qulu oğlu Cəfərov Təyyar Cümşüd oğlu Eldarov Ömər Həsən oğlu Ələkbərov Urxan Kazım oğlu Əliquliyev Rasim Məhəmməd oğlu Əliyev Ağadadaş Mahmud oğlu Əliyev Cəmil Əziz oğlu Əliyev Fikrət Əhmədəli oğlu Əliyev Fuad Yusif oğlu Əliyev Seyfəddin Vəli oğlu Əliyev Telman Abbas oğlu Əlizadə Akif Ağa Mehdi oğlu Əlizadə Validə Mövsüm qızı Əmiraslanov Əhliman Tapdıq oğlu Feyzullayev Əkpər Əkbər oğlu Fərzəliyev Vaqif Məcid oğlu Hacıyev Asəf Hacı oğlu Hacıyev İsmayıl Muxtar oğlu Həbibbəyli İsa Əkbər oğlu Həşimov Arif Məmməd oğlu Hüseynov Rafael Baba oğlu Hüseynova İradə Məmməd qızı İmanov Muxtar Kazım oğlu Kərimli Teymur Həşim oğlu Mahmudov Yaqub Mikayıl oğlu Mehdiyev Məhəmməd Fərman oğlu Mehdiyev Ramiz Ənvər oğlu Məcidov Əjdər Əkbər oğlu Məhərrəmov Abel Məmmədəli oğlu Məmmədov Nazim Timur oğlu Məmmədov Pərviz Ziya oğlu Məmmədov Qərib Şamil oğlu Məmmədov Yusif Əbülfət oğlu Mustafayev Şahin Məcid oğlu Nağısoylu Möhsün Zellabdin oğlu Nağıyev Tofiq Murtuza oğlu Paşayev Arif Mir-Cəlal oğlu Paşayeva Nərgiz Arif qızı Qədirov Fəxrəddin Əbülfət oğlu Qəribov Adil Abdulxalıq oğlu Quliyev İbrahim Said oğlu Rizayev Ramiz Həsən Qulu oğlu Salmanov Məmməd Əhəd oğlu Səfərova Zemfira Yusif qızı Səmədzadə Ziyad Əliabbas oğlu Tağıyev Dilqəm Bəbir oğlu Talıbov Tariyel Hüseynəli oğlu Vəlixanlı Nailə Məmmədəli qızı

Azərbaycanda icra başçılarına qadağa qoyuldu

Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayevin oktyabrın 30-da DTX tərəfindən saxlanılmasından sonra rayon rəhbərlərinin başının üstünü alan "qara buludlar" bir qədər də sıxlaşıb. İcra başçıları ilə bağlı əməliyyatların davam edəcəyi və yeni həbslərin olacağına dair iddiaların ardı-arası kəsilmir. Qaradağ rayon icra hakimiyyəti başçısının müavini Nadir Muradovun və daha bir neçə vəzifəli şəxsin noyabrın 1-də saxlanılmasından sonra bu ehtimallar bir qədər də qüvvətlənib. Metbuat.az-ın əldə etdiyi məlumata görə, dünəndən etibarən kənd rayonlarına rəhbərlik edən məmurlara bir sıra məhdudiyyətlər tətbiq edilib. Onların çalışdıqları rayonları icazəsiz tərk etməsi qadağan olunub. Xatırladaq ki, kənd rayonlarına rəhbərlik edən icra başçılarının əksəriyyəti Bakıda yaşayır. Onlar həftənin cümə günü paytaxta gəlir və birinci gün işlərinin başına dönürlər. Dünəndən etibarən onlara ciddi zərurət olmadığı halda işlədikləri rayonları tərk etməmək tapşırılıb. Bu isə o deməkdir ki, hüquq-mühafizə orqanları fəaliyyətində ciddi qanunsuzluqlara yol verən, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, rüşvət və korrupsiya ilə məşğul olan məmurların qapısını həftənin bütün günləri döyə bilər.

AQTA-da təşviş başladı: Təhməzli geri addım atdı

Azərbaycanda fərdi şəxslərə məxsus ət satışı və heyvan kəsimi məntəqələrində aparılan yoxlamalar müvəqqəti dayandırılıb. Sozcu.az xəbər verir ki, Globalinfo.az bu barədə ət satışı və heyvan kəsimi məntəqələrinin sahiblərindən məlumat əldə edib. Onlar bildiriblər ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli tərəfindən bununla bağlı tapşırıq verilib. Müvafiq tapşırığın verilməsinə səbəb həyata keçirilən yoxlamaların ciddi ictimai narazılıq yaratması, AQTA-nın rüşvətdə ittiham olunması və digər bu kimi amillərdir. Qeyd edək ki, dabaq xəstəliyinin geniş yayılması ilə bağlı AQTA tərəfindən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarları ilə yanaşı, fərdi şəxslərə məxsus ət satışı və heyvan kəsimi yerlərində də plandankənar yoxlamalar keçirilirdi. Belə yoxlamalar zamanı ötən həftə qurumun əməkdaşları ilə qəssablar arasında ciddi qarşıdurma yaranıb və sosial şəbəkələrdə bu hal geniş müzakirə edilib. Məsələ ilə bağlı AQTA-ya sorğu ünvanlanıb.

İH-də əməliyyat: İttiham elan edildi - Rəsmi

Qaradağ Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Rüşvət müqabilində torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs edilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov və digər vəzifəli şəxslərin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət işi başlanıb. İstintaq və əməliyyat-axtarış tədbirləri ilə Nadir Muradovun qeyd edilən vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib. Təqsdirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib. Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ramiz Mehdiyevin köməkçisi həbs olundu

AMEA katibliyinin keçmiş rəisi, Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışan Eldar Əmirov həbs olunub. Sozcu.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı məhkəmə qərar verib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumata görə, yerli vaxtla saat 18.46-da qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub. Zəlzələnin ocağı 72 kilometr dərinlikdə yerləşib.

Tramp: Çin Tayvana hücum etsə...

ABŞ Prezidenti Donald Tramp Tayvanla Çin arasında silahlı münaqişə baş verəcəyi təqdirdə Tayvanı müdafiə etmək üçün Amerika hərbi qüvvələrindən istifadənin mümkünlüyü ilə bağlı suala cavab verməyəcəyini bildirib. Sozcu.az xəbər verir ki, o, bu barədə "CBS Nyus"a müsahibəsində deyib. Trampa Çinin sədri Szinpinlə görüşündə bu məsələnin müzakirə olunub-olunmaması və Tayvan boğazında münaqişə baş verəcəyi təqdirdə ABŞ hərbçilərinə Tayvanı müdafiə etməyi əmr edib-etməyəcəyi ilə bağlı sual verilib. "Əgər baş verərsə, biləcəksiniz. Və bu sualın cavabını Szinpin də anlayır", - deyə Ağ Ev rəhbəri bildirib. Tramp qeyd edib ki, Çin lideri ilə danışıqları zamanı Tayvan məsələsi gündəmə gətirilməyib: "Gündəmə gətirmədi. İnsanlar buna bir az təəccübləndilər. Bunu başa düşdüyü üçün heç vaxt gündəmə gətirməyib".

ABŞ-da nüvə sınağı açıqlaması: Nüvə partlayışı deyil...

ABŞ nüvə silahı sınaqlarının bir hissəsi olaraq nüvə zəncirvari reaksiya yaratmayan subkritik partlayışlar həyata keçirmək niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Kris Rayt deyib. "Bəhs etdiyimiz sınaqlar sistem sınaqlarıdır. Bunlar nüvə partlayışları deyil, əksinə, nüvə silahının bütün digər hissələrinin düzgün həndəsə yaratdıqlarından və nüvə partlayışına səbəb ola biləcəyindən əmin olmaq üçün sınaqdan keçirildiyi subkritik partlayışlar adlanır", - deyə o, “Foks Nyus”a verdiyi müsahibədə bildirib. Qeyd edək ki, oktyabrın 29-da ABŞ Prezidenti Donald Tramp Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etməyi tapşırdığını açıqlamışdı.

Fransada qızıl emal zavoduna silahlı hücum edildi

Fransanın Lion şəhərində yerləşən “Pourquery Laboratory” şirkətinə məxsus qızıl emalı zavoduna silahlı hücum edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Quardian” məlumat yayıb. “Qarətçilər zavoda partlayıcı maddələr və silahlardan istifadə edərək girib. Həmin vaxt hadisə yerində 28 işçi olub, onlardan beşi yaralanıb. Oğurlanan qızılların dəyəri 12 milyon avrodur”, - məlumatda bildirilir. Məlumata görə, soyğunçuların hamısı saxlanılıb.

Belçikada hərbi baza üzərində dron aşkarlandı

Belçika polisi ölkənin şimal-şərqində yerləşən Kleine Brogel hərbi hava bazasının üzərində dron müşahidə edilməsi ilə bağlı istintaqa başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə müdafiə naziri Teo Franken məlumat yayıb. “Bu, son həftələrdə Belçika hərbi obyektləri üzərində qeydə alınan bir neçə oxşar hadisədən biridir. Bu, sadəcə təsadüfi uçuş deyildi, Kleine Brogel bazasına yönəlmiş məqsədli əməliyyat idi”, - nazir bildirib. Qeyd edək ki, qanunvericiliyə əsasən, Belçikada hərbi obyektlər üzərində dron uçurmaq qadağandır.

SOCAR Türkiyədə rus neftindən imtina edir

ABŞ, Avropa Birliyi və Böyük Britaniyanın Rusiyanın enerji sektorunu hədəf alan son sanksiyalarından sonra Türkiyənin ən böyük neft emalı zavodları daha çox qeyri-rus nefti almağa başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Agentliyin məlumatına görə, SOCAR-ın Türkiyədəki STAR neft emalı zavodu bu yaxınlarda İraq, Qazaxıstan və digər istehsalçılardan dörd partiya xam neft alıb. “Söhbət gündə 77 min – 129 min barrel arasında qeyri-rus neftindən gedir. Bu o deməkdir ki, SOCAR öz əməliyyatlarında Rusiya neftinin payını azaldacaq, halbuki sentyabr və oktyabr aylarında şirkət demək olar ki, tamamilə Rusiyanın “Urals” markalı xam neftindən - təxminən gündə 210.000 barreldən asılı idi”, - məlumatda qeyd olunub. Bildirilib ki, yeni alınan yüklərdən biri də “Urals” neftinə oxşayan, amma sanksiyalara məruz qalmayan Qazaxıstanın KEVSO neftidir. Əvvəllər SOCAR bu markadan ildə yalnız bir partiya idxal edirdi. Türkiyənin digər böyük neft emalı zavodu olan “Tupras” da İraq xam neftinin alışını artırıb. Şirkət AB-yə yanacaq ixrac etmək qabiliyyətini qorumaq üçün neft emalı zavodlarından birində Rusiya xam neftinin idxalını tamamilə dayandırmağı düşünür: “Bu il “Tupras” artıq tədarük coğrafiyasını genişləndirib, ilk neft partiyasını Braziliyadan alıb və daha bir neft partiyasını Anqoladan almağı planlaşdırır”. “Kpler “analitik şirkətinin məlumatlarına görə, Türkiyə noyabr ayında gündə təxminən 141 min barrel İraq nefti almağı planlaşdırır ki, bu da oktyabr ayı ilə müqayisədə (99 min barrel) çoxdur.

Türkiyədə bir gündə ikinci zəlzələ oldu

12:41 Türkiyənin Kütahya bölgəsində zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Zəlzələ 3 bal gücündə qeydə alınıb. *** Türkiyədə 4,3 maqnitudada zəlzələ baş verib. Bu barədə AFAD məlumat yayıb. Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 15:41-də (Bakı vaxtı ilə 16:41) Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 14,13 kilometr dərinlikdə yerləşib.

Bu ölkə Trampın çağırışına cavab verdi: Görüş olacaq

Nigeriya və ABŞ prezidentləri Bola Tinubu və Donald Tramp gələn həftə görüşərək xristianları terror hücumlarından qorumaq məsələsini müzakirə edəcəklər. Sozcu.az xəbər verir ki, bu barədə Nigeriya prezidentinin köməkçisi Daniel Bvala məlumat yayıb. "Hər iki prezident üsyan və hər növ terrorizmlə mübarizədə maraqlıdır. Prezident Tramp ölkəmizə silah satışına icazə verməklə Nigeriyaya böyük kömək edib və Prezident Tinubu bu fürsətdən lazımınca istifadə edib", - o qeyd edib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp orduya xristianları qorumaq üçün Nigeriyada terrorçulara qarşı potensial güc tədbirləri hazırlamağı tapşırmışdı.

Müsavat Gənclər Təşkilatında yeni təkliflər və planlar müzakirə olundu

Müsavat Gənclər Təşkilatının Şura iclası keçirilib.  Sozcu.az xəbər verir ki, noyabrın 2-də Müsavat Gənclər Təşkilatının növbəti Şura iclası keçirilib. İclasda Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı da iştirak edib. O, gənclərlə səmimi müzakirə apararaq öz siyasi və təşkilati təcrübəsinə əsaslanan tövsiyələrini bölüşüb. Toplantıda təşkilati məsələlər müzakirə olunub, son bir həftə ərzində görülən işlər və gənclərin fəallığı qiymətləndirilib. Həmçinin partiya ilə bağlı bir sıra təkliflər səsləndirilib və bu istiqamətdə gələcək fəaliyyət planları müəyyənləşdirilib. İclas zamanı ölkədə və dünyada baş verən siyasi proseslər geniş şəkildə təhlil olunub, gənclərin bu proseslərə baxış bucağı müzakirə edilib. Sonda cari məsələlərə dair fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1348-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 143 670 hərbçi, 11 316 ədəd tank, 23 525 ədəd zirehli döyüş maşını, 34 162 ədəd artilleriya sistemi, 1 534 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 235 hava hücumundan müdafiə sistemi, 428 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 66 290 ədəd avtomobil texnikası, 77 052 ədəd PUA, 3 917 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 987 xüsusi avadanlıq itirib.

Britaniyada kütləvi bıçaqlanma: Starmer açıqlama verdi

Britaniyanın Kembric şəhəri yaxınlığında qatarda kütləvi bıçaqlanma hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, naməlum şəxslər Donkaster-London reysi ilə hərəkət edən qatarda sərnişinlərə hücum edib. Baş verən bıçaqlanma hadisəsində 10 nəfər yaralanıb. Yaralılardan 9-nun vəziyyəti ağırdır. Baş nazir Keyr Starmer hadisəni dəhşətli insident adlandırıb. Hadisə nəticəsində 2 şübhəli şəxs saxlanılıb, istintaq davam edir.

Ukrayna Rusiyada neft qovşağını vurdu

Rusiyanın Krasnodar diyarının Tuapse şəhərinə kütləvi PUA hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, zərbə əsas neft daşınma qovşağı olan mərkəzi estakadaya dəyib. Nəticədə tanker və neft terminalı ciddi zədələnib.

İsmayıllıda ağır qəza: ölən var

İsmayıllıda ağır yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Buynuz kəndi ərazisində qeydə alınıb. Məlumata görə, Vüsal Rubilzadənin idarə etdiyi "Kia" və Zeynəddin Əliyevin idarə etdiyi VAZ-2106 markalı avtomobillər toqquşub. Nəticədə VAZ-da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.