Bakıda qadın sürücü qəza törətdi: ölən var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Almaz Əliyeva idarə etdiyi "Toyota RAV 4" markalı avtomobillə 1963-cü il təvəlllüdlü Lazım Talıbovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Almaniyada qadın bıçaqla 5 nəfəri yaralayıb

Almaniyanın qərbindəki Zigen şəhərində (Şimali Reyn-Vestfaliya federal ərazisi) qadının avtobusda bıçaqla hücumu nəticəsində azı 5 nəfər yaralanıb. Bu barədə "Bild" qəzeti yazıb. Nəşrin məlumatına görə, hadisə avqustun 30-da saat 19:40 (Bakı vaxtı ilə saat 21:40) radələrində baş verib. Xəsarət alanlardan üçünün vəziyyəti ağırdır. Yaralılar xəstəxanalara çatdırılıb. Polisin məlumatına görə, avtobus festival üçün Zigenə gedirmiş. Hadisə zamanı avtobusda azı 40 sərnişin olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları bunun terror aktı olduğuna inanmırlar. Hadisə yerinə polis əməkdaşları gəlib və qadın saxlanılıb. Qadının 32 yaşı var, milliyyətcə almandır, ruhi xəstə və narkotikin təsiri altında ola bilər. Şahidlər dindirilib, avtobusun digər sərnişinlərinə psixoloji yardım göstərilib.

Kiyevə uçan bütün dronlar vuruldu!- Rusiya daha 1360 əsgər və 8 tank itirdi...-RƏSMİ

Avqustun 31-də gecədən səhərə kimi Kiyevi təhdid edən bütün Rusiya zərbə dronları hava hücumundan müdafiə qüvvələri və vasitələri ilə məhv edilib. Sozcu.az  "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu haqda Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb. Təfərrüatlar:  Rəsmilərə görə, bu,  həftə ərzində Kiyevə edilən dördüncü hava hücumudur. Gecə boyu döyüş sursatları - dalğalarla və müxtəlif istiqamətlərdən gəldi. Paytaxtda hava hücumu xəbərdarlığı dörd dəfə elan edilib və ümumilikdə 4 saata yaxın davam edib. İlkin məlumata görə şəhərdə dağıntı və tələfat olmayıb.  “Gördüyünüz kimi, Kiyev bu müharibədə rus təcavüzkarının prioritet hədəfi olub və olacaq. Ona görə də mən təkidlə Kiyev sakinlərini və şəhərin qonaqlarını şüurlu və intizamlı olmalarını xahiş edirəm. Həmişə hava hücumu qaydalarına əməl edin - sığınacaqlara yollanın!" Kiyev ŞHA-nın rəhbəri Sergey Popko öz müraciətində belə deyib. Onu da əlavə edək ki, Ukrayna ordusu Baş Qərargahından bu səhər verilən məlumata görə, son 24 saat ərzində Ukraynaya qarşı müharibədə Rusiya ordusu daha 1360 əsgər, 8 tank və 42 artilleriya sistemi itirib.

İstanbulda xəstəxanaya silahlı basqın edildi

İstanbulda xəstəxananın təcili yardım şöbəsinə silahlı basqın olub. Sozcu.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Şəxsiyyəti hələlik bilinməyən şəxs (şəxslər) şöbəyə atış açıb, beş nəfər yaralanıb. Polis araşdırma aparır.

Göygöldə ağır qəza: 1 ölü, 4 yaralı

Göygöl rayonunda 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki, hadisə Hacıməlik qəsəbəsində qeydə alınıb. "Hunday" və VAZ markalı avtomobillərin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü R.Muradov aldığı xəsarətdən dünyasını dəyişib. Qəza zamanı daha 4 nəfər - 1986-cı il təvəllüdlü T.Babayev, 1989-cu il təvəllüdlü N.Həsənova, 1995-ci il təvəllüdlü Ə.Aslanov və 1992-ci il təvəllüdlü E.Həsənzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Ukrayna Kurskda daha 30-40 km irəliləyə bilər

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın cənub-qərb istiqamətində Kursk əməliyyatının sərhədlərini genişləndirmək potensialı var. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musienko bildirib. “Uğurlu Kursk əməliyyatı ilə Ukrayna nümayiş etdirdi ki, müharibənin gedişatını dəyişməyə qadirdir", - o deyib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri əməliyyatı Qluşkovski rayonuna qədər genişləndirə bilər: "Orada düşməni sıxışdırmaq və ya daha yaxşısı, Rusiyada əsirlikdə olan hərbçilərimizin daha çox hissəsini dəyişdirmək üçün bütün perspektivlər var. Bundan əlavə, bu, Ukrayna qoşunlarının nəzarətində olan zonanı qərbə doğru 30-40 km genişləndirməyə imkan verəcək".

İsa Qəmbər Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü

Avqustun 30-da Müsavat Partiyasının başqanı İsa Qəmbər Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld ilə görüşüb. Müsavat Partiyasının qərargahında baş tutan görüşdə sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri, siyasi məhbuslar, Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər və digər məsələlər müzakirə olunub. Görüşdə Müsavat başqanının müavinləri və deputatlığa namizədlər Nüşabə Sadıxlı, Gülağa Aslanlı, Razim Əmiraslanlı və Mustafa Hacıbəyli iştirak ediblər.

Azərbaycanda qoturların sayı 5 dəfə artıb – Daha çox bu bölgələrdə...

Ötən il Azərbaycanda 2 561 qoturluq xəstəliyi qeydə alınıb. Sozcu.az açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə qoturluq xəstəliyinə yoluxma halları 67% artıb. Belə ki, 2022-ci ildə Azərbaycanda 1 535 qoturluq xəstəliyi qeydə alınıb. Məlumat üçün onu da bildirək ki, son 14 il ərzində qoturluq xəstəliyinə yoluxma halı 5 dəfə artıb. 14 il əvvəl – 2010-cu ildə ölkədə 511 qoturluq xəstəliyi qeydə alınıb. Qoturluğa ən çox yoluxma halı Siyəzən və Xızı rayonlarında, həmçinin Mingəçevir şəhərində qeydə alınıb. Siyəzəndə hər 100 000 nəfərə düşən qoturluq xətəliyi 439, Xızıda 192,2, Mingəçeviridə isə 112 olub. Ən az yoluxma halı isə Laçın rayonunda (hər 100 000 nəfərə 1,3) Samux rayonunda (1,7),  Şərur rayonunda (1,8) və Kəngərli rayonunda (2,1) qeydə alınıb. Qeyd edək ki, qoturluq xəstəliyi qoturluq gənəsi (Sarcoptes scabiei) tərəfindən törədilən xəstəlikdir. Qoturluq dəri xəstəlikləri içərisində ən geniş yayılmış xəstəliklərdəndir. Xəstəlik yoluxucu xarakter daşıyır. Təmas, paltar, yataq vasitəsilə asanlıqla yoluxa bilir. Qoturluq xəstəliyinin əsas əlaməti qaşınma və dəridə olan səpgilərdir. Səpgilər xırda nöqtə şəklində və cüt-cüt yanaşı durur və qaşıdıqda qanayır. Bu nöqtələr gənənin dəriyə giriş və çıxış yollarıdır. Qaşınma bəzən elə güclü olur ki, xəstənin sinir sisteminə təsir edir. Çox vaxt qaşınmadan dəridə dırnaq yerlərinin izi qalır. Hətta qaşınma yerlərindən dəriyə infeksiya düşüb iltihablaşma da baş verə bilir. Qoturluğun müalicəsi üçün kükürd məlhəmindən istifadə edilir. Bu məlhəmi 4-6 gün ərzində gündə 1-2 dəfə bədənə sürtürlər. Bütün müalicə günləri alt paltar və yataq camaşırı dəyişilmir və yuyunmaya icazə verilmir. Göstərilən müddət keçdikdən sonra xəstə isti su və sabunla yuyunur və onun alt paltarı, yataq camaşırı dəyişilir.

Razi Nurullayev vətəndaşı təhqir etdi: "Nankor adamsan, yaxşı tərbiyə almamısan”

81 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev vətəndaşı təhqir edib. Sozcu.az xəbər verir ki, deputatlığa namizəd feysbuk hesabında paylaşdığı videonun şərh bölümünə yazılmış rəyə təhqiramiz formada cavab verib. Belə ki, bir istifadəçi “sizin 5 il ərzində İmişli camaatına xeyriniz dəyməyib, işiniz ancaq hökuməti tərifləmək olub” rəyi Razi Nurullayevi özündən çıxarıb: “Çünki sən korsan. Uğursuz və başqalarının etdiyinə həsəd aparan nankor adamsan. Qəribətdir ki, ASAN Xidmətdə işləyə bilirsən. Bu da ölkəmizin qəribəliyidir. Bu yaşında içində nifrət var. Bir az böyü, niftər dağarcığı. Yaxşı tərbiyə almamısan”. Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.konkret)

İrəvanla Bakı bu məsələdə razılaşdı - Təcili

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb. Sozcu.az xəbər verir ki, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.

Ermənistan Natiq Qasımovun qalıqlarının dəqiq yerini bildirməlidir! - Hikmət Hacıyev

“Çoxsaylı şahid ifadələri və işğaldan azad edilmiş ərazilərimizdə aşkar edilmiş kütləvi məzarlıqlar əsir və girov götürülmüş azərbaycanlıların Ermənistan tərəfindən vəhşicəsinə işgəncələrə məruz qalaraq kütləvi şəkildə qətlə yetirildiyini sübut etmişdir. Bu insanlığa qarşı cinayətlərdə günahkar olanlar Ermənistanda nəinki cəzalandırılmır, hətta qəhrəmanlaşdırılır.Lakin haqq, ədalət öz yerini tapdı!Bu gün həmin cinayətkarların əksəriyyəti Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verir”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" platformasındakı paylaşımında qeyd edib. H.Hacıyev bildirib ki, bu gün həmin cinayətkarların əksəriyyəti Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verir. “Erməni lobbisinin pulu müqabilində həmin müharibə canilərini azad etməyə çağıran bir sıra qərb siyasətçiləri və qərb media orqanları utanmalıdırlar. Ermənistan öz vəhşi əməllərinə görə Azərbaycandan üzr istəməli, digər günahkarları özü məsuliyyətə cəlb etməli və kütləvi məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının dəqiq yerini bildirməlidir”. Xatırldaq ki, Natiq Qasımov 1991-ci ildə yaradılan “Qaradağ şahinləri” taborunun könüllü əsgəri olub. O, Xocalı rayonu, Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 hərbçi yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına savaşı davam etdirmişdi. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüşdü. Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilmişdi. Natiq Qasımovun qəhrəmanlığı və şücaətini həzm edə biulməyən erməni səhra komandiri Vitali Balasanyan ona şəxsən müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır işgəncələr vermiş və qətlə yetirmişdir. Prezident İlham Əliyevin 25 may 2024-cü ildə imzaladığı sərəncamla Natiq Qasımova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Bakıda dəhşət: İki yaşlı uşaq eyvandan yıxılaraq öldü

Bakıda 2 yaşlı uşaq eyvandan yıxılaraq ölüb.  Hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.  09.04.2022-ci il təvəllüdlü Süleymanov Rövşən Həzi oğlu yaşadıqları mənzilin 3-cü mərtəbəsindən yıxılıb.  vakansiya Onu 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırsalar da, xəstəxanada dünyasını dəyişib./Bakupost.az/ 

​​​​​İtmiş və korlanmış sənədləri yenidən almaq olarmı? - Rəsmi CAVAB

Keçmiş SSR-i dövründə və müstəqilliyin ilk illərində verilən bəzi sənədlərdən istifadə mümkün olmur. Buna müəyyən səbəblər maneə yaradır - sənədin itməsi, yazılırın oxunmaması, müəyyən hissələrin doldurulmaması və s. Bura doğum haqqında şəhadətnamə, nikahla bağlı sənədlər, notoriata aid alqı-satqı, əsasən də əlilliyin müəyyən edilməsi ilə bağlı sənədlər aid edilə bilər.  Adı çəkilən sənədlərin verilməsi üzərindən uzun illər keçibsə və müasir dövrdə müxtəlif qurumlar tərəfindən həmin sənədlər qəbul olunmursa, bu hal ilə qarşılaşan insanlar nə etməlidir?  Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Orxan Cəlilov qeyd edib ki, doğum haqqında şəhadətnamə, nikaha kağızı, notoriata aid alqı-satqı və bu kimi sənədlərin bərpası mümkündür.  turbo az mercedes “İtirilmiş və ya korlanmış sənədin kötüyü, yəni arxivdə saxlanılan akt qeydi mövcuddursa, sənədin təkrarını almaq mümkün olacaq. Bu problemlə qarşılaşan şəxslər şəxsiyyət vəsiqəsi ilə istənilən qeydiyyat şöbəsinə müraciət edə bilərlər”. Əlliliyin qiymətləndirilməsi ilə bağlı sənədlərin bərpası haqqında danışan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tural Qurbanov bildirib ki, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır.  “Vətəndaş qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən tərtib edilən forma 88 (göndəriş) elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində Əlillik altsisteminə ötürülür. Əlilliyin qiymətləndirilməsi prosesi elektron qaydada həyata keçirildiyi üçün əlillik təyin edilmiş şəxsin məlumatları da birbaşa elektron reyestrə daxil edilir. Bu səbəbdən əlilliyi olan şəxslərin kağız daşıyıcıya və ya hər hansı təsdiqedici sənədə ehtiyacları yoxdur”.  “Birinci Qarabağ müharibəsində, yəni 30 il əvvəl əlliliyi təyin edilən şəxslərin məlumatları da birbaşa reyestrə daxil edilib və əlliliyin dərəcəsi kimi məlumatlar sistemdə göstərilir” - deyə DTSERA-nın rəsmisi bildirib. 

Azərbaycanlı gənc Rusiyada öldürüldü - FOTO

Azərbaycanlı gənc Rusiyanın Surqut şəhərində qətlə yetirilib. Sozcu.az qafqazinfo-ya istinadla bildirir ki, Masallının Şatıroba kənd sakini Allahqulu Əlihüseyn oğlu Səfərov naməlum şəraitdə bıçaqlanaraq öldürülüb. Hadisə ötən gün qeydə alınıb. Qətlin hansı zəmində törədilməsi hələlik məlum deyil. Mərhumun yaxınlarının verdiyi məlumata əsasən, Allahqulu Səfərov doğulub-böyüdüyü Şatıroba kəndində dəfn ediləcək. Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.

Bakıda tozlu hava: neçə gün davam edəcək?

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.  Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.  O qeyd edib ki, havada tozun miqdarı normadan 1.3 dəfə artıqdır.  aptek depo Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən Azərbaycana daxil olan toz dumanıdır:  "Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir". 

Rus ordusu Ukraynada "cəhənnəmə" düşüb - Kovalenko

İndi rus işğalçıların əsas məqsədi Pokrovsk istiqamətində cənub cinahı yaratmaqdır. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi şərhçi Aleksandr Kovalenko deyib. "Biz müdafiə tipli strategiya mərhələsindəyik, məqsəd düşməni tükəndirməkdir. Düşməni necə yormaq olar? Ərazimizin hər metrini onlar üçün cəhənnəmə çevirməklə düşməni tükəndirə bilərik ki, onlar bizdən qat-qat çox resurs itirsinlər, hər qəsəbə, hər kənd onlar üçün cəhənnəmə çevrilsin və əslində, bu qismən belədir; Çasov Yar, Rabotinski cəhənnəmə çevrildi, Severski istiqaməti onlar üçün cəhənnəmdir. Yenə Serebryanski meşəsi, Liman-Kupyansk... - düşmənin heç bir uğur qazana bilməyəcəyi bir çox yerlər var", - Kovalenko bildirib.

Qubada ağır qəza: 1 ölü, 12 yaralı

09:07 Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Sozcu.az-a verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Quba rayonunun Hacıhüseynli kəndi ərazisində “Mersedes” markalı sərnişin mikroavtobusu ilə “Şevrolet” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir. *** Qubada baş verən qəza zamanı bir nəfər ölüb, 12 nəfər xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Quba regional qrupundan məlumat verilib. *** Avqustun 29-da saat 08:00 radələrində Quba-Xaçmaz yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbilə 12 nəfər (7-si qadın cinsli, 5-i kişi cinsli olmaqla) müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, hazırda müalicələri tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti ağır, digər 6 nəfərin vəziyyəti isə qənaətbəxş olaraq qiymətləndirilir. Qeyd edilib ki, qəza nəticəsində 1957-ci il təvəllüdlü şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

Elman Rüstəmova qarşı ittiham- 5 milyonluq dələduzluq sistemi – Mərkəzi Bankdan milyonlar belə çıxarılıb?

Azərbaycan vətəndaşı olan sahibkar Nizami Kərimov Azərbaycan Mərkəzi Bankının sabiq sədri Elman Rüstəmovun adının hallandığı dələduzluq hadisəsi ilə üz-üzə qalıb. Bu məsələ həm də Azərbaycan Mərkəzi Bankından banklara verilən kreditlərlə bağlı maxinasiyaları ortaya çıxarıb. Sahibkar Nizami Kərimovun başına açılan müsibətin kökü 2011-ci ilə gedib çıxır. Həmin il Nizami Kərimov, Elman Rüstəmovun qeyri-rəsmi sahibi olduğu “Aqana Servis” MTK-nın inşa etdiyi binadan qeyri-yaşayış sahəsi alıb. 2013-cü ildə aldığı sahənin təmirinə başlayıb. Uzun müddət təmir işləri aparılandan sonra, 2017-ci ildə həmin qeyri-yaşayış sahəsində restoran fəaliyyətə başlayıb. 1 il sonra, 2018-ci ildə Nizami Kərimovun restoranında “Premium bank”ın nümayəndəsi peyda olub. Bank nümayəndəsi Nizami Kərimova deyib ki, restoranın yerləşdiyi qeyri-yaşayış sahəsi 2013-cü ildə banka girov qoyulub, 2 milyon 500 min manat kredit götürülüb! Nizami Kərimov burada bir anlaşılmazlığın olduğunu düşünərək 2011-ci ildə qeyri-yaşayış sahəsini alarkən bağladığı alqı-satqı müqaviləsini bank nümayəndəsinə göstərib. Bank nümayəndəsi isə deyib ki, alqı-satqı müqaviləsi onları maraqlandırmır, qeyri-yaşayış sahəsi bankda girovdadır! Bundan sonra Nazami Kərimov vəkil tutur, məsələ məhkəmə müstəvisinə daşınır. Məhkəmələrin gedişində iddia olunub ki, Nizami Kərimova qarşı baş verən bu hadisə Elman Rüstəmov Mərkəzi Bankın sədri olduğu dönəmdə, onun xeyir-duası ilə gerşəkləşib! Üzə çıxıb ki, Nizami Kərimova məxsus qeyri-yaşayış sahəsi saxta sənədlərlə, Elman Rüstəmov baş bankir olduğu günlərdə girov qoyulmaqla 2 banka – “Premium bank” və “Deka bank”a ümumilikdə 5 milyon manat kredit verilib! Bu  “sxem”lə bankların hər birinə 2 milyon 500 min manat olmaqla Mərkəzi Bankdan kredit verilib. Nizami Kərimovun vəkili Əkrəm Həsənov Musavat.com-a açıqlamasında iddia edib ki, Elman Rüstəmov onun müvəkkilinə məxsus qeyri-yaşayış sahəsini girov qoymaqla “Premium Bank” və “Deka-Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 5 milyon manat məbləğində pul çıxarıb: “Heç bir gəliri olmayan 2 şəxsin adına, ən başlıcası isə  Nizami Kərimovdan xəbərsiz, onun sənədli-sübutlu əmlakını qanunsuz olaraq girov qoymaqla Mərkəzi Bankdan 5 milyon manat məbləğində pul çıxarıb. Yəni Mərkəzi Bank bir əmlakı girov götürməklə 2 bankın hərəsinə 2 milyon 500 min manat kredit verib, onlar da öz növbəsində 2 fiziki şəxsə həmin məbləğləri “istehlak” krediti kimi veriblər. Elman Rüstəmov Mərkəzi Bank rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra başda Mərkəzi Bank olmaqla 3 bank Nizami Kərimovun əmlakına göz dikiblər”. Vəkil deyir ki, hazırda Yasamal Rayon Məhkəməsində iş üzrə məhkəmə çəkişməsi davam edir. Məhkəmədə “Premium Bank” və “Deka-Bank”dan kredit dosyeləri  tələb olunsa da, banklar həmin dosyeni ortaya çıxarmırlar. Bu isə həqiqətin üzə çıxmasını əngəlləyir. Əkrəm Həsənov bildirib ki, məhkəmədə “Premium Bank” və “Deka-Bank”dan kredit dosyelərinin təqdim edilməsi üçün vəsatətlə çıxış edib: “Hakimə vəsatət verirəm ki, dosyeni bankdan tələb etsin, təmin etmir. İndi əmlakı ondan xəbərsiz girov qoyulmuş və mənimsənilməsi təhlükəsi olan vətəndaş haqqını necə tələb etsin...” Bu qalmaqallı məsələ bu ilin fevralında qalxanda Mərkəzi Bankın indiki rəhbərinin mövqeyi belə olmuşdu ki, “Premium Bank”ın gəliri az olan vətəndaşa 2 milyon 500 min manat məbləğində istehlak krediti verməsində problem görmür. Əkrəm Həsənov isə bu çıxışla bağlı demişdi ki, əslində, orada bir yox, bir neçə böyük problem var: “Sadəcə məsələ Elman Rüstəmovun (iddia var ki, həmin pulu elə o mənimsəyib) dövrünə təsadüf etdiyi üçün yəqin ki, Taleh Kazımovda məsələ ilə bağlı tam məlumat yoxdur (məsələn, deyir ki, həmin kredit 2018-ci ildə verib, halbuki 2013-cü ildə verilib və s.). Odur ki, məsələ ilə bağlı mənə hələlik məlum olanı bəyan edirəm. Deməli, 2010-cu ildə Nizami Kərimov tikilən binada “Aqana Servis” şirkətindən qeyri-yaşayış sahəsi alıb. Şirkətin sahibi Azad Nağıyev həmin sahəni qanunsuz olaraq qohumunun adına rəsmiləşdirib girov qoyaraq 2013-cü ildə “Premum Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 2 milyon 500 min manat məbləğində kredit götürüb. Əslində, iddia edir ki, krediti o yox, tikintidə şəriki olan Elman Rüstəmov (o cümlədən Rəşad adlı xalası oğlu) götürüb, yəni mənimsəyib. Hər bir halda ortada olan odur ki, “Premum Bank” Mərkəzi Bankdan 5,25%-lə 2 milyon 500 min manat kredit götürüb və dərhal da onu 6,25%-lə normal rəsmi gəliri olmayan Azad Nağıyevə verib (Kərimova məxsus restoranı qanunsuz girov qoymaqla). Kreditin təyinatı kimi “maliyyə ehtiyaclarının qarışılanması” göstərilib. Yəni əslində, kreditin heç bir təyinatı olmayıb, çünki göstərilən “təyinat” amorfdur. Kredit müddəti ərzində də Azad Nağıyev yalnız faizləri ödəməli, əsas borcu isə sonda verməli imiş. Bir müddət faizlər ödənilib, sonra dayandırılıb və kreditin qaytarılmasını tələb etmək əvəzinə Mərkəzi Bank faiz dərəcəsini 3,7%-ə, “Premum Bank” isə 4,7%-ə endirərək  müddəti uzadıblar. Lakin sonradan restoranın mülkiyyətçisi Kərimov məsələdən hali olub və məhkəməyə müraciət edərək əmlakı qanunsuz mənimsəmiş şəxsin adından çıxartdırıb. Bununla belə, “Premum Bank”-ın və Mərkəzi Bankın həmin əmlaka girov (ipoteka) hüququ hələ də ləğv olunmayıb. Onlar deyir ki, guya vicdanlıdırlar və əmlakın Kərimova məxsus olmasını bilmirdilər. Hazırda bununla bağlı Yasamal rayon məhkəməsində proses gedir: “Premum Bank” və Mərkəzi Bank qanunsuz verdikləri kreditin müqabilində Kərimovun əmlakını əlindən almaq istəyirlər. Yeri gəlmişkən, Elman Rüstəmov da Mərkəzi Bankın sədri olduğu son dövrdə şəriki Nağıyevin azadlıqdan məhrum olunmasına nail olub. İndi də hər şeyi Nağıyevin üstünə atırlar. Nağıyev isə məhkəmədə iştirak imkanından belə məhrumdur”. Əkrəm Həsənov deyir ki, ortada qanunsuz olaraq kredit verilməsi cinayəti var: “Kredit veriləndə Mərkəzi Bankın təsdiqlədiyi “Banklarda kreditlərin verilməsi Qaydaları” qüvvədə idi. Həmin Qaydaların 3-cü bəndinə əsasən “Premum Bank” kreditin məqsədi və ödənişlərin mənbəyini müəyyən etməli, 4.1.8-ci bəndə görə Nağıyev gəlirlərini təsdiqləyən sənəd təqdim etməli, bank da müştərini daim monitorinq etməli idi. Bütün bunlar üzrə sənədlər də bankın tərtib etməli olduğu kredit dosyesində saxlanılmalı idi. Məhkəmə prosesi əsnasında bank qəti olaraq kredit dosyesini təqdim etməkdən imtina edir. Qaydaların 4.1.7-ci bəndində deyilir: “Təminatın dəyəri bankı kredit əməliyyatı üzrə dəyən zərərdən qorumaq üçün kifayət etməli, eyni zamanda kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalıdır. Kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmalıdır”, –deyə vəkil bildirib. Beləliklə, qısa formada qeyd etsək, Elman Rüstəmov Mərkəzi Banka rəhbərlik etdiyi günlərdə “Premium Bank” və “Deka bank”a qanunsuz, qeyri-sağlam kredit verib. Bu kredit vətəndaş Nizami Kərimova məxsus əmlaka aid sənədlər saxtalaşdırılmaqla, həmin əmlak girov qoyulmaqla verilib. Banklar girov qoyulan əmlakın başqa şəxsə - yəni Nazami Kərimova mənsub olduğunu biliblər. Bununla belə krediti ayırmaq üçün əmlakı girov götürüb Elman Rüstəmovdan aldıqları milyonları kredit veriblər! Azərbaycanın Yasamal Məhkəməsi isə Elman Rüstəmovun fırıldaq sxem üzrə Mərkəzi Bankdan 5 milyon manat çıxarmasını təsbit etməkdən yayınır. Ortada sahibkar Nizami Kərimovun əmlakı “yanır”. Məhkəmənin tutduğu mövqe vətəndaş Nizami Kərimovun timsalında bu gün Azərbaycanda ev, əmlak alan, mülk sahibi olan hər kəs üçün bir “SOS” siqnalıdır. Məsələ ilə bağlı təhlil aparan ekspertlər də bildirirlər ki, Elman Rüstəmov bu məhkəmə çəkişməsindən qalib tərəf kimi ayrılsa, Bakıda istənilən əmlakı bu şəkildə sahibindən alıb payi-mal etmək üçün ciddi presedent yaranacaq. "Yeni Müsavat"

Azərbaycanda psixi xəstəliklər artacaq, boşanmalar uçuruma aparır – Sosioloq

Azərbaycanda yeni ailə quranlar və boşanma statistikasında ciddi fərq ildən – ilə artır. Sosial şəbəkələr və informasiya vasitələri hər gün bir ailə dramı, faciəsi xəbərini yayımlayır. Baş verənləri təhlil etdikdə artıq ciddi tədbirlərin görülməsinə ehtiyac var. “Cəmiyyətdə münaqişələr, aqressivlik, qarşıdurmalar, psixoloji gərginlik, stres, depressiya halları kəskin artıb. Artıq bu, kənar şəxslərdən doğmalar arasına keçib. Bunun iki əsas səbəbi var. Birincisi, mənəvi-psixoloji, digəri isə sosial-iqtisadi. Milli dəyərlərin itirilməsi, yad dəyərlərin təbliği artıb. Psixi xəstəliklərin artımı çox yüksəkdir, süni və zərərli qidalar insanlarda güclü aqressiya yaradır” Bunu Bakupost.az -a açıqlamasında sosioloq Elçin Bayramlı ailə münaqişələri haqda danışarkən deyib. Sosioloqun sözlərinə görə, işsizlik, kasıbçılıq kimi məsələlər də insanlarda ciddi stres, qıcıq yaradır: “Bütövlükdə götürəndə insan psixologiyasına, fiziologiyasına qarşı ağır bir terror gedir. Belə bir gərgin, stresli həyat tərzi sürmək neqativ hallara səbəb olur. Bu sahədə cəmiyyət tamamilə müdafiəsiz buraxılıb. İnsanların ailə qurarkən fiziki, maddi dəyərlər üzərindən baxması, mənəvi dəyərlərə konkret olaraq tüpürməsi ailə münaqişlərinə çıxarır”. E.Bayramlı deyib ki, bunun qarşısı alınmazsa, nəticələr heç də ürəkaçan olmayacaq: “Cəmiyyətdə stress, aqressivlik artacaq. Biz uçuruma doğru gedirik və qarşısını almaq üçün tədbir də görmürük. Bütün müsbət xüsusiyyətlər lağa qoyulur, mənfi xüsusiyyətlər isə normal sayılır. Əgər biz sağlam gələcək yaratmaq istəyiriksə, dövlət və cəmiyyət olaraq bu məsələlərin üstünə düşməliyik”.

Ukrayna Kursku əlində saxlayacaq - ABŞ kəşfiyyatı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koen Ukraynanın Rusiyanın Kursk bölgəsində həyata keçirdiyi əməliyyatla bağlı mühüm açıqlama verib. Sozcu.az-ın məlumatına görə, bu barədə Merilend ştatında keçirilən Milli Təhlükəsizlik və Kəşfiyyat Sammitində çıxış edib. Onun sözlərinə görə, Ukrayna ordusu ələ keçirdiyi Rusiya ərazisini müəyyən müddət əlində saxlamaq niyyətindədir. "Ukrayna qoşunları Kursk vilayətində müdafiə strukturları tikir. Kiyev bu ərazini ilhaq etməyi planlaşdırmır, lakin Rusiya üçün onu geri qaytarmaq asan olmayacaq", - Koen deyib. O əlavə edib ki, Kursk əməliyyatınım əhəmiyyəti gələcəkdə aydın olacaq. Koen qeyd edib ki, Vladimir Putin cəmiyyətdə bu hadisələrin rezonansı ilə məşğul olmalıdır Koen Rusiyanın Pokrovsk üzərində davam edən hücumunun strateji mənada oyundəyişdirən olmadığını vurğulayıb.

“700 bal yığan gənc olimpiya çempionundan daha üstündür”

Son illər yeniyetmələr arasında aqressiyanın, anormal hərəkətlərin, məsuliyyətsiz, destruktiv davranışların artdığını və zərərli trendlərin yayıldığını müşahidə edirik.  Bu, yeniyetmələrdə davranış pozuntusu faktlarının çoxalması barədə şübhələr yaradıb.  Bəs görəsən, yeniyetmələrdə davranış pozuntusu ilə bağlı statistika nə yerdədir? Bu sindromun qarşısını almaq və fəsadlarını azaltmaq üçün nə etmək olar?  Sayt yaratmaq Sozcu.az xəbər verir ki, həkim-nevroloq Qalib Əsədov mövzu ilə bağlı Oxu.Az-a danışıb.  O bildirib ki, uşaqların tərbiyə prosesində edilən yanlışlar bu məsələdə buraxılan ən böyük boşluqdur: "Günümüzdə uşaqlar heç bir əziyyət görmürlər. Ata-anaları onların hər istədiklərini yerinə yetirirlər. Hətta bu məsələ o həddə çatıb ki, uşaq gecəyarısı ayağını yerə döyüb nəsə istəsə, valideynləri dərhal gedib onun arzusunu yerinə yetirirlər. Nəticədə uşaqda belə bir fikir formalaşır ki, problemini həll etmək və istədiyinə nail olmaq üçün qışqırmaq, haray-həşir salmaq lazımdır. Məhz onların ərköyün böyüdülməsi, hər istədiklərinin yerinə yetirilməsi gələcəkdə ciddi problemlərə yol açır.  İkinci olaraq, məktəblərdə təlim-tərbiyə işlərinin düzgün təşkil olunmamasını qeyd edə bilərik. Bütün məktəblərdə psixoloq var. Bəs onlar vəzifələrini düzgün yerinə yetirirlərmi? Müxtəlif konfranslar, tədbirlər, tematik işlərin keçirilməsi, çətin tərbiyə olunan uşaqlarla, onların valideynləri ilə fərdi söhbətlər nə dərəcədə aparılır? Keçmişdə pionerlər, komsomol təşkilatları var idi. Uşaqlarla iş aparılırdı. Amma indi bu iş aparılmır və hər kəs öz eqosuna xidmət edir.  İndiki gənc nəsildə "Rembo"lar, "Rokki Balboa"lar, "Bryus Li"lər, "Polad Alemdar"lar və "Memati"lər yetişir. Onların idealları məhz bu personajlardır. Yeniyetmələr nəticə etibarilə problemi ancaq öldürməklə, döyməklə və müxtəlif aqressiv üsullarla həll edirlər. Doğrudur, keçmişdə də döyüş filmləri var idi. Amma o filmlərdə düşüncə, məntiq, intellekt ön plana keçirdi. Artıq yeniyetmələr özlərini kriminal aləmin avtoritetlərinə bənzədir və bununla fəxr edirlər".  Ekspert əlavə edib ki, bu gün idmanın döyüş növləri daha çox reklam olunur, nəinki elmlə bağlı olan intellektual verilişlər:  "Ölkəmizdə 700 bal yığan və ya Oksford, Kembric, Harvard kimi universitetlərdə təhsil alan tələbələr var. İdmançılardan fərqli olaraq, bu savadlı gənclər heç kimə məlum deyil. Amma mən deyərdim ki, həmin gənclər hansısa olimpiya çempionundan daha üstündürlər. Savadlı adam heç vaxt aqressiv ola bilməz.  Aqressiyanı yaradan səbəblərdən biri də dinin radikal qoludur. Hansı din olmasından asılı olmayaraq, radikalizm aqressiya ilə əks qardaşdır.  Psixi travmalar, çətinliklər insanı müdrikləşdirir. İnsan həyatda nə qədər çətinlik görsə, bir o qədər də müdrikləşir. Aqressiv gənclər, adətən, tam təmin olmuş ailələrdən çıxırlar. Uşaq evlərində böyüyənlər bir çox hallarda sakit olurlar və güzəştə getməyi bacarırlar".  Q.Əsədov problemin çıxış yolu ilə bağlı bu fikirləri səsləndirib:  "İlk növbədə insanlar maarifləndirilməlidirlər. Elm insanları təbliğ olunmalıdırlar. Azərbaycan telekanallarında ancaq ailə-məişət verilişləri göstərilir. Sosial verilişlər lazımdır, amma elmi unutmamaq şərti ilə. Gəncləri oxumağa, təhsilə həvəsləndirmək lazımdır. Valideynlər uşaqlara qarşı daha diqqətli davranmalıdırlar. Onlar heç bir halda uşağa nəzarəti itirməməlidirlər. Aqressiv fikirlər aşılayan verilişlərdən imtina olunmalıdır".  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, davranış pozğunluğu ilə bağlı statistika gözləniləndən fərqli olaraq azalıb:  "Əvvəlcə bunu qeyd edək ki, açıqlanan statistika bütün ölkə üzrə tibb müəssisələrinin statistik rəqəmləri deyil. Yalnız TƏBİB tabeli tibb müəssisələrində yanvar-iyul ayları ərzində uşaq və yeniyetmə yaşında başlayan digər emosional pozuntular və davranış pozuntusu xəstəliyi ilə bağlı 2023-cü ildə 3 785, 2024-cü ildə isə 3 311 müraciət qeydə alınıb. Ümumilikdə 12.5% azalma müşahidə olunub". 

Supermarketlər əhalini belə aldadır - 500 milyonluq FIRILDAQ

Bakıdakı supermarketlərdə bir çox hallarda məhsulların rəf qiyməti ilə kassa qiyməti üst-üstə düşmür. Məhsulun kassa qiyməti daha baha olur. Kassir isə səbəb kimi rəf qiymətinin köhnə olmasını bildirir. Bəs bu cür halların aradan qaldırılması üçün hansı işlər görülməlidir?  Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a bildirib ki, belə halların qarşısını almaq üçün dövlət orqanları heç bir tədbirlər görmür: “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yaxşı işləmir, bildirir ki, gərək istehlakçı malı alandan sonra kassa çekini götürüb rəfdəki qiymətlə müqayisə etsin. "Əgər onu aldadıblarsa, bizə çeki və rəfdəki qiyməti göndərsin. Biz bununla bağlı tədbir görək".   Klinikalar Belə bir effektsiz rabitə əlbəttə ki, heç kəsə uyğun deyil. Bu sahədə böyük problem yaşanır. Hətta elə olur ki, vətəndaşlar heç almadıqları malı, kart ödənişində çekə yazırlar. Azad İstehlakçılar Birliyinə gələn şikayətləri birləşdirsək, görərik ki, 1 ildə Azərbaycan vətəndaşları almadıqları malllar üçün 500 milyon manat pul ödəyirlər. Məsələn, Nizami küçəsində yerləşən “Qrand” marketdən Eyyub Hüseynov qabıqlı qoz alır, qoz ləpəsi yazırlar. Almadığı mal üçün 8 manat əvəzinə 68 manat yazırlar. Vətəndaş pomidor alır, götürüb kivinin qiymətini yazırlar. Belə kassa çekləri məndə var. Bu cür üsullarla əhalini aldadırlar. Adını çəkdiyim dövlət qurumu Prezidentə tabe olandan sonra gözləyirik ki, bu problemlərin həlli yolundan müsbət addım atılacaq. Ümumiyyətlə, həmin qurumda çalışanların çox hissəsi istefa verməlidir. Çünki onlar istehlakçı hüquqlarını qorumaqdan başqa digər işlərlə məşğul olurlar. Dövlət orqanları biznes qurmağın ərköyün obrazını yaradıb. Azad İstehlakçılar Birliyi bu haldan çox narahatdır”.  

Kəlbəcərdə dağ keçilərinin vurulması ilə bağlı görüntülər ARAŞDIRILIR

Kəlbəcərdə ölmüş heyvanların görüntüləri ilə bağlı araşdırma başlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, sözügedön görüntü ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində müvafiq araşdırma başlanılıb: " İlkin baxış zamanı ərazidə hər hansı bir ov izi aşkarlanmayıb. Müvafiq ekspertiza təyin olunub, ekpertizanın rəyindən sonra heyvanların hansı səbədən tələf olması məlum olacaqdır."

Nəsiman Yaqublunun ölümü ilə bağlı istintaq aparılır - DİN-dən AÇIQLAMA

Tarixçi alim, Bakı Dövlət Universitetinin professoru, Müsavat Partiyasının 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizədi Nəsiman Yaqublu avqustun 25-də seçicilərlə görüşdən Bakıya qayıdarkən yol qəzasına düşərək həyatını itirib. Nəsiman Yaqublunun düşdüyü yol qəzası ilə bağlı ekspertiza və müvafiq araşdırmalar gedirmi? Hansı ilkin versiyalar mövcuddur? Modern.az saytı bu sualla Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edilib: "Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə başlanmış cinayət işi üzrə istintaq hərəkətləri aparılır. Müvafiq ekspertizalar təyin edilib". Məlum qəzada həyatını itirən Nəsiman Yaqublu Zabrat qəbiristanlığında dəfn edilib.