Bakının qalmaqallı Baş planı: Tıxacdan xilas varmı?

Baş plan layihəsi 2040-ci ilə qədər olan dövrü əhatə edir.  Ümumiyyətlə, Baş plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. O cümlədən, güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarix-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastrukturlar, kommunal sistemlər, ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması tədbirləri habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.  "Bakının Baş Planı 2040-cı ilə qədər nəzərdə tutulsa da, bir neçə ildən bir real dəyişikliklər nəzərə alınmaqla ona yenidən baxıla və sənəd dəqiqləşdirilə bilər". Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib. O, həmçinin qeyd edib ki, Baş plana uyğun olaraq bu ilin əvvəlindən paytaxtda transformasiya layihələri icra edilir: "İctimai nəqliyyatın hərəkəti, piyadalar üçün daha rahat mühitin yaradılması və digər məsələlər Baş Plana uyğun olaraq hər il təşkil ediləcək".  Qeyd edək ki, Bakının Baş planı artıq təsdiq edilib, lakin mövcud şəraitə uyğun olaraq sənəddə müəyyən dəyişikliklər həyata keçirmək mümkün olacaqmı?  Memar Cahid Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, mövcud təsdiq olunmuş Baş planda infrastruktur nəzərə alınıb:  "Ancaq Baş planda bütün detallar öz əksini tapmır. Yəni, planda ümumi şəhərin ərazisində hansı massivlərin salınması, yaşayış binalarının tikilməsi, yolların salınması öz əksini tapır.  Lakin, məsələn, bir iş adamı gəlib dənizin sahilində otellər kompleksi üçün yer götürürsə, orada yolun çəkilməsi üçün plana əlavələr, yeni baxışlar ola bilər. Yəni, qanun layihələri yazılır və tələb artdıqca qanunlarda müəyyən dəyişikliklər olursa, o kontekstdə də memarlıq və şəhərsalmada, şəhərin Baş planında əlavələr ola bilir”. Həmsöhbətimiz bildirib ki, Baş plan növbəti 30 il üçün nəzərdə tutulub: “O ki qaldı paytaxtda transformasiya layihələrinin icrasına, məsələn, Baş planda şose yol salınması var. O yolun eni, növbəti dövr üçün əhali artımı nəzərdə tutulub. Artıq o şose yol 4 sıradırsa, onun 1 sırasının ictimai nəqliyyata verilməsi Baş plana dəlalət eləmir. Yəni, əlaqədar təşkilatlar təklif verirlər ki, 4 sıra şosedə sıxlıq var, tədricən də sıxlıq olacaq. Ona görə də onun 1 sırasını ictimai nəqliyyata verirlər. Belə qaydalar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi və digər qurumlarla razılaşdıqdan sonra icra olunur”.  Ekspertin sözlərinə görə, Baş planın hazırlanmasında xarici mütəxəssislər də iştirak etmişdi:  “Memarlar tərəfindən irad yox, təkliflər irəli sürülüb.  Müzakirələr çox gedib. İctimai müzakirəyə də təqdim olunur.  Bunlar ancaq texniki işlərdir. Məsələn, bu gün elə bir əraziyə şose nəzərdə tutular ki, orada 5 ildən sonra şəhərcik salınacaq. Onu sıravi adam bilmir ki, ona da irad bildirsin. Ümumilikdə Baş plandan yaxşı nəticələr gözləyirik. Bakının sıxlığına təsir edəcək. Hələ görüləsi çox işlər var. Yeni metro xətlərinin, stansiyaların çəkilməsi nəzərdə tutulur. Yeraltı nəqliyyatın inkişaf etdirilməsi yerüstü nəqliyyatda sıxlığın azalmasına gətirib çıxaracaq. Baş Planda bunlar hamısı nəzərə alınıb".

Zelenski Trampı öz tərəfinə çəkə bilər: "kozır"ı var

Ukraynanın Rusiya ilə müharibəyə son qoymaq üçün danışıqlarda Donald Trampı öz tərəfinə çəkmək üçün "kozır"ı var. Sozcu.az xəbər verir ki, bu barədə "Velt" nəşri yazıb. Bildirilir ki, bu "kozır" Vladimir Zelenskinin əvvəllər müttəfiqlərə təqdim etdiyi Qələbə planında mövcud idi. Bu məqam ictimaiyyətdən gizli saxlanılıb. Nəşr qeyd edir ki, Kiyevdə insanlar Trampın müharibəni bitirmək üçün hələ də elan olunmamış strategiyasının qeyri-müəyyən perspektivləri ilə bağlı çox əsəbidirlər. Prezident Vladimir Zelenski indi bütün gücü ilə mövqeyini yaxşılaşdırmağa çalışır ki, onların Kiyevə sırımağa çalışacaqları hər şeylə razılaşmasın. Kiyev indi Trampla mümkün qədər tez “randevu almaq” istəyir: "Zelenski ilə Trampın hələ sentyabr ayında Nyu Yorkda keçirilən görüşdə Qələbə planının əvvəllər məlum olmayan hissəsini müzakirə etdiyi iddia edilir. Bu bənd nəzərdə tutur ki, gələcəkdə kimin Ukraynaya "yatırım edəcəyinə" Tramp qərar verə bilər. "Hər kəs ola bilər - yalnız Çin istisnadır", - ideya belədir. Bunun arxasında dayanan məntiq Pekini qiymətli resurslara çıxış əldə etməməsi üçün Ukrayna ilə bağlı planlar qurmaqdan çəkindirməkdir", - nəşr bildirib.

Birinci xanım Maskı təhqir etdi: Rədd ol!

Braziliyanın birinci xanımı Rozangela da Silva amerikalı milyarder İlon Maskı təhqir edib. Sozcu.az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb. Portalın məlumatına görə, birinci xanım Rio-de-Janeyroda G20 sammiti ərəfəsində keçirilən tədbirdə sosial şəbəkələrin tənzimlənməsinin zəruriliyini müdafiə edən çıxış edərkən kənardan gəmi fitinə oxşayan səsə təəccüblənib: “Fikrimcə bu, Maskdır. Mən hətta səndən qorxmuram. Rədd ol İlon Mask”. Mask isə özünün X səhifəsində birinci xanımın çıxışına LOL smayliki ilə cavab verib.

Ömər aşırımına güclü qar yağdı

Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsinin “Ömər aşırımı” adlanan ərazisi ağ örpəyə bürünüb. Sozcu.az xəbər verir ki, dünəndən Qərb bölgəsində müşahidə edilən küləkli və yağıntılı hava şəraiti temperaturun aşağı düşməsinə səbəb olub. Gecədən başlayaraq Ömər aşırımına qar yağıb. Yağan qarın hündürlüyü 15-20 santimetrə çatır. Qeyd edək ki, Ömər aşırımı Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycanın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçididir. Aşırım dəniz səviyyəsindən 3260 metr hündürlükdədir.

İlham Əliyev ABŞ nümayəndə heyəti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Sabahın hava proqnozu açıqlandı

Noyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Sabah Tiflisdə etiraz aksiyası olacaq

Gürcüstan müxalifəti noyabrın 17-də, bazar günü axşam saatlarında Tiflisdə parlament binası yaxınlığında etiraz aksiyası keçirməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, müvafiq bəyanatla “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili çıxış edib. Bu gün səhər saatlarında isə müxalifət və tərəfdarları Tsereteli prospektinə yürüş ediblər. Gürcüstan Daxili İşlər Nazirliyi 3 vətəndaşın saxlandığını bildirir.

Əhalinin NƏZƏRİNƏ: Bu məhsullar bahalaşdı

2024-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin oktyabr ayına nisbətən 103,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 102,6 faiz, qeyri-qida məhsulları üzrə 102,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,8 faiz təşkil edib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, 2024-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,7 faiz təşkil edib. 2024-cü ilin oktyabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,6 faiz olub. Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, xamanın, qatığın, pendirin, kərə yağının, yumurtanın, üzümün, ağ kələmin, pomidorun, şirin bibərin, badımcanın, yerkökünün, sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, marqarinin, qarğıdalı yağının, limonun, naringinin, almanın, heyvanın, narın, kivinin, xiyarın, göy lobyanın, balqabağın, şəkər tozunun qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2024-cü ilin oktyabr ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,5 faiz təşkil edib. Oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma xalçaların, inşaat materiallarının, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2024-cü ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 103,6 faiz təşkil edib. Oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mənzillərin kirayə haqlarının, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Beynəlxalq Banka 272 min manat maliyyə sanksiyası tətbiq edildi

Bank sistemində izafi likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məcburi ehtiyat normaları alətindən istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunla (Qanun) yanaşı, Mərkəzi Bankın “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması” Qaydası (Qayda) ilə tənzimlənir.  “Yeni Sabah”ın məlumatına görə Mərkəzi Bankın bu haqda açıqlamasında bildirilir ki, bundan irəli gələrək, banklar tələb olunan məcburi ehtiyatların Qaydaya müvafiq surətdə Mərkəzi Bankda olan müxbir hesablarında saxlanmasını təmin etməlidirlər. 15.10.2024 - 14.11.2024-cü il tarixlərini əhatə edən saxlama dövründə “Azərbaycan Beynəlxalq Bankı” ASC manatla məcburi ehtiyatları tələb olunan normadan az saxlamaqla Qaydanın tələblərinə riayət etməyib. Bundan irəli gələrək, Qanunun 32-ci maddəsinə müvafiq olaraq Mərkəzi Bank tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı 272 343.69 manat (iki yüz yetmiş iki min üç yüz qırx üç manat altmış doqquz qəpik) məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Qubadlıda şirkət əməkdaşı faciəvi şəkildə öldü

Qubadlı rayonunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az "Report"a istinadən xəbər verir ki, Qubadlıda təmir-tikinti şirkətlərindən birində çalışan 48 yaşlı Sabir Kərimov hündürlükdən yıxılaraq dünyasını dəyişib. Onun meyiti sakini olduğu Biləsuvar rayonuna gətirilib.

İranda əsgər polkovniki güllələdi

İranın Kirman əyalətinin Rəfsəncan şəhərində SEPAH polkovniki Məhəmmədrza Bəyazipur həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Rəsmi məlumatlarda polkovnikin atış poliqonunda hadisə nəticəsində öldüyü bildirilib. Qeyri-rəsmi məlumatlarda isə Bəyazipurun sıravi əsgər tərəfindən güllələndiyi qeyd olunub.

Yaponiya XİN başçısı Ukraynaya səfər edir

Yaponiyanın xarici işlər naziri Takeşi İvaya bu gün Ukraynaya səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. İvayanın ukraynalı həmkarı Andrey Sibiqa ilə geniş spektrli məsələləri müzakirə etməsi planlaşdırılır. “Xarici işlər naziri Ukraynaya səfəri zamanı şəxsən Yaponiyanın Ukraynanı dəstəkləməkdə və Rusiyaya qarşı sərt sanksiyaları təşviq etməkdə qətiyyətini çatdıracaq”, - nazirliyin bəyanatında deyilir.

Bu rayonda elektrik enerjisi fasilə ilə veriləcək

Şərur şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Sozcu.az xəbər verir ki, bu gün Şərur Rayon Elektrik Şəbəkəsi tərəfindən 110/35/10 kilovoltluq "Şərur" yarımstansiyasından qidalanan 10 kilovoltluq Şərur 2 nömrəli hava elektrik verilişi xətti Şəhidlər Memorial Abidə Kompleksinin tikintisi ilə əlaqədar xəttin köçürülməsi məqsədilə sifarişə əsasən açılacaq. Bununla əlaqədar Şərur şəhərinin bir hissəsində saat 11:30-dan 13:00-a qədər elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Kürdəmirdə 20 yaşlı qadın doğuş zamanı öldü

Kürdəmir Rayon Mərkəzi xəstəxanasında ölüm hadisəsi olub. Sozcu.az xəbər verir ki, dünən saat 18 radələrində rayonun Quşlar kənd sakini 2004-cü il təvəllüdlü Nailə Rəşad qızı Cəfərova xəstəxanada doğuş zamanı ölüb. Hadisə ilə bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Azərbaycanda bu torpaqlar satışa çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dekabrın 19-da növbəti dəfə torpaq hərracları keçirəcək. Sozcu.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Məlumata görə, hərraclar ƏMDX-nın Gəncə, Ucar, Bərdə, Xaçmaz, Cəlilabad və Şəkidə yerləşən ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 21 torpaq sahəsi çıxarılacaq. Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Səfərbərliyin bu idarələrində yoxlama: 3 nəfər işdən çıxarıldı

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqların icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Sozcu.az xəbər verir ki, cari ilin noyabr ayında Xidmətin Nəsimi rayon idarəsində və Goranboy rayon şöbəsində aparılmış xidməti yoxlamalar nəticəsində fəaliyyətlərində nöqsan və çatışmazlıqlar aşkar olunan 9 əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən xidməti fəaliyyətlərini şəxsi maraqları üzərində qurub vətəndaşlara qarşı qanunsuz tələblər irəli sürməklə qanunla qorunan hüquqlarını pozan 3 əməkdaş xidmətdən xaric olunaraq əməllərinə hüquqi qiymət verilməsi üçün barələrində toplanmış material Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

Abxaziyada "hökumət" binaları nəzarətdə - Bjaniyaya vaxt verildi

"Spiker" Laşa Aşuba və "parlament" üzvləri Abxaziyanın "lideri" Aslan Bjaniya ilə danışıqlar aparır. Sozcu.az xəbər verir ki, bu barədə "Sputnik-Abxaziya" bildirib. Qeyd olunur ki, etirazçılar hökumət binaları kompleksini nəzarətə götüürüb. Onlar Bjaniyanın istefasını və növbədənkənar "prezident" seçkilərinin keçirilməsini tələb edirlər. Qeyd edək ki, bu gün səhər saatlarında müxalifətin çağırışı ilə insanlar "parlament"in yaxınlığında toplaşmağa başlayıb. "Ali qanunverici orqan" Rusiya ilə investisiyalar haqqında hökumətlərarası sazişin ratifikasiyası məsələsinə baxmalı idi. Lakin deputatların qərarı ilə iclas ləğv edilib.

Tramp müharibəni daha tez bitirəcək - Zelenski

Donald Tramp administrasiyası ilə Ukrayna müharibəsi daha tez bitəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Şübhəsiz ki, indi Ağ Evə rəhbərlik edəcək bu komandanın siyasəti ilə müharibə daha tez bitəcək. Bu, onların yanaşması, cəmiyyətlərinə verdiyi vədlərdir və onlar üçün bu da çox vacibdir", - o bildirib.

Xırdalanda zəncirvari qəza: sürücü öldü

Abşeron rayonunda dörd avtomobil toqquşub. Sozcu.az Report-a istinadən məlumat verir ki, hadisə Bakı-Quba yolunun Xırdalan şəhərindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı avtomobillərdən birinin sürücüsü Elxan Əliyev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Türkiyədə gün ərzində 3-cü zəlzələ oldu

14:42 Türkiyənin Malatya vilayətinin Doğanşəhər rayonunda 4,9 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. 7 kilometr dərinlikdə meydana gələn zəlzələ Qəhrəmanmaraş, Adıyaman, Qaziantep və Kilis şəhərlərində də hiss edilib. Daha sonra isə Rizə vilayətinin Çamlıhemşin rayonunda 4,7 bal gücündə zəlzələ olub. Tələfat və dağıntının qeydə alınmadığı bildirilib. *** Türkiyənin Malatya vilayətinin Doğanşəhər ilçəsində növbəti - 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Təkanlar yerin 7,08 km dərinliyində qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat verilmir.

Zelenskidən kanslerə: Putinə zəng etmə, ona fasilə lazımdır!

Ukrayna Prezidenti Vladimir Zelenski Almaniya kansleri Olaf Şoltsdan Rusiya lideri Vladimir Putinə zəng etməməyi xahiş edib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters”ə Ukrayna prezident ofisindəki mənbə məlumat verib. Bildirilib ki, Şolts Zelenskiyə Putinlə danışmaq planları barədə əvvəlcədən məlumat verib. "Kansler bizim prezidentə Putinlə danışacağını bildirib. Prezident deyib ki, bu, Putinə təcridini azaltmağa kömək edəcək. Putin real sülh istəmir, fasilə istəyir", - mənbə bildirib. Qeyd edək ki, kanslerlə Putin arasında telefon danışığı baş tutub.

Türkiyə ordusu daha 9 terrorçunu məhv etdi

Türkiyə ordusu İraqın şimalındakı Qara və Hakurk bölgələrində 9 terrorçunu zərərsizləşdirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin III kurs 422A-2a qrup tələbəsi Hüseynova Nərmin Kamal qızı vəfat edib. Bu barədə ATU-nun Mətbuat xidmətindən bildirilib. Nərmin Hüseynova 2022-ci ildə Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 N-li məktəb-liseyi fərqlənmə ilə bitirib. 2022-ci ildə 597.3 balla Azərbaycan Tibb Universitetinin Stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olunub. ATU rəhbərliyi, professor-müəllim heyəti və tələbələri adından mərhumun ailəsinə başsağlığı verilib. Allah rəhmət eləsin!

Psixi problem olan şəxs anasını amansızlıqla qətlə yetirdi

Paytaxtda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Qaradağ rayon sakini Kamran Şükürzadənin cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynov sədrliyi ilə keçirilən prosesdə ittiham olunan şəxsin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən barədə seçilmiş həbs qətimkan tədbirinin qüvvədə saxlanılaraq cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar çıxarılıb. İlk məhkəmə baxış iclası noyabrın 27-nə təyin edilib. İstintaq müddətində araşdırmalarla müəyyən edilib ki, anasını öldürməkdə təqsirləndirilən Kamran Şükürzadə epilepsiya xəstəliyindən əziyyət çəkir. Onun himayəsində iki azyaşlı övladı var. Qeyd edək ki, hadisə 2024-cü il iyulun 20-də saat 7 radələrində Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində baş verib. 1967-ci il təvəllüdlü Aybəniz Şükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1991-ci il təvəllüdlü Kamran Şükürzadənin şəxsi münasibətlər zəminində anası Aybəniz Şükürovanı bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamran Şükürzadə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.Oxu.az