Sumqayıt bulvarında 2 nəfər dənizə düşdü - Biri xilas edildi

Sumqayıt şəhərində bulvara yaxın ərazidə 2 nəfər dənizə düşüb. Sozcu.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb. Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində batma təhlükəsi ilə üzləşən vətəndaşlardan birinin yeri müəyyən olunaraq ("Sumqayıt" sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı) xilas olunması təmin edilib. Digər şəxsin axtarışları davam etdirilir. Sayt yaratmaq Əlavə məlumat veriləcək.

Bu içkilər susamağa qoymur

İsti yayı yaxşı keçirmək üçün çoxlu maye qəbul etmək vacibdir. Sozcu.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bunun üçün müxtəlif qidaları qəbul etmək şərtdir. Həmin qidaları təqdim edirik: Təzə sıxılmış meyvə suyu: İsti havalarda maye ehtiyacını təzə sıxılmış meyvə suları ilə ödəyə bilərsiniz. Gündə yarım və ya 1 stəkan meyvə suyu içilə bilər. Meyvə suyunun təzə olmasına və tərkibində şəkər olmamasına diqqət edin. Təbii qazlı su: Suyu təbii qazlı su ilə əvəz edə bilərsiniz. Gündə 1 butulka qazlı su içə bilərsiniz. Lakin mədə xəstəliklərindən əziyyət çəkənlərə qazlı su içmək tövsiyə olunmur. Qazlı suyu acqarına içmək olmaz. Ayran: Ayran ən sağlam içkisidir. Aşağı düşən təzyiqi normaya salmaq üçün ayranın içinə azca duz əlavə edə bilərsiniz. Çay: Antioksidant özəlliyi olan çayın bu özəlliyini itirməməsi üçün onu 5-7 dəqiqə dəmləmək lazımdır. Çay iftardan sonra dəmiri yuyub apardığından dolayı içmək tövsiyə edilmir. Yeməkdən 50 dəqiqə sonra açıq və limonlu çay içə bilərsiniz. 4-5 stəkandan artıq olmaz. Qəhvə: Gündə 1 stəkan qəhvə günlük kofein ehtiyacını ödəyir. Yay aylarında açıq qəhvə içmək daha doğru olar. Su: Həyat mənbəyi olan suyu gündə ən az 7 stəkan içmək lazımdır. Su içmək ürəyinizi bulandırırsa, içinə meyvə dilimləri ata bilərsiniz. Süd: Bir stəkan ilıq süd içmək gün ərzində susamağa qoymur. Şaftalı kompotu: Şaftalını suda qaynatdıqdan sonra suyunu süzün. İçinə çox az şəkər əlavə edin. Daha sonra soyuducuda saxlayın. Şaftalı suyu mədə və bağırsaqlara yaxşı təsir etdiyi kimi susamağa da qoymur. Pomidor suyu: Pomidor suyu da susamağa qoymayan qidalar arasında gəlir. Tərkibində maqnezium, lif, kalium və kalsium var. Kefir: Kefiri hazırladıqdan sonra soyuducuya qoyun. Kefir həm gün ərzində tox saxlayır, həm də susamağa qoymur. Xurma: Tərkibindəki maqnezium, kalium və dəmir orqanizmi enerji ilə təmir edir. Gün ərzində susamağa qoymur.

Məhbus milli fəala qarşı məhdudiyyətlər tətbiq edildi

Təbriz həbsxanasında məhkumluq dövrünü yaşayan milli fəal Salar Tahir Əfşara qarşı məhdudiyyətlər tətbiq edilib. Bu barədə onun Bacısı Sevda Tahir Əfşar məlumat yayıb. Bildirib ki, Salar Tahir Əfşar aclıq aksiyasına başlayandan sonra onun ailəsi ilə görüşü və telefon danışığına qadağa qoyulub. Salar Tahir Əfşar Tehranın Evin həbsxanasında saxlanılan və aclq aksiyası keçirən fəallara dəstək verdiyinə görə təzyiqlərlə üzləşib, aclıq aksiyasına əl atıb. Qeyd edək ki, 4 aydan çoxdur Evin həbsxanasında saxlanılan 4 mili məhbus, qeyri-müəyyən şərayitdə saxlanılmalarına, Təhlükəsizlik Nazirliyinin əməkdaşları və məhkəmənin qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyası keçirirlər. Onlara dəstək məqsədilə Təbriz həbsxanasında saxlanılan Kərim İsmayılzadə və Salar tahir Əfşar da aclıq aksiyasına əl atıblar.

Murad onunla tərəf müqabili oldu

Türkiyəli aktyor Murad Yıldırımın yeni filmdə rol alacaq. Sozcu.az xəbər verir ki, "Şampiyonlar-Satrancın Gizemli Taşları" adlı ekran işində aktyorun tərəf müqabili Büşra Pekin olacaq. Filmdə Erdal Özyağcılar və Ezo Sunal da rol alacaq.

Argentina və Kanadadan qələbə

Futbol üzrə Amerika Kubokunda 2-ci tura start verilib. Sozcu.az xəbər verir ki, A qrupunda Kanada Peru ilə qarşılaşıb. Matç Kanadanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 74-cü dəqiqədə Conatan Devid vurub.  Qrupun digər matçında isə Argentina millisi Çili üzərində eyni hesabla qalib gəlib. Lautaro Martinez 88-ci dəqiqədə rəqib qapısına yol tapıb. Hazırda A qrupunda Argentina 6 xalla liderdir. Kanada 3 xalla 2-ci, Çili ilə Peru isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşülər.

Natiq Qasımovu işgəncələrlə qətlə yetirən qatil irəvanda GİZLƏNİR

Qarabağdan Ermənistana qaçmış qondarma “artsax təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyan Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovu əsrlikdə işgəncələrlə qətlə yetirən qatildir. Sozcu.az xəbər verir ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundovun sözlərinə görə, Natiq Qasımov 1992-ci ildə səhra komandiri olmuş, sonradan isə Ermənistan ordusunun generalı rütbəsinə “yüksəlmiş” Vitali Balasanyanın əmri ilə qətlə yetirilib. “Natiq Qasımovun əsir götürməsi əməliyyatının və dindirilməsinin Vitali Balasanyanın rəhbərliyi ilə həyata keçirildiyi tam təsdiq olunub”, - İ.Axundov bildirib. Natiq Qasımovun qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında necə vahimə və psixoloji gərginlik yaratmışdısa, erməni səhra komandiri Vitali Balasanyan ona şəxsən müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır işgəncələr vermiş və qətlə yetirmişdir. “Vitali Balasnyan Natiq Qasımovun dindirilməsi prosesində şəxsən iştirak edib və onun qətlə yetirilməsi əmrini də şəxsən özü verib. Bu proseslər indiki Xocalı rayonu ərazisində baş verdiyi üçün onun meyitinin də həmin ərazidə basdırıldığı ehtimal olunur. Amma nəzərə alsaq ki, o, hansı işgəncələrə məruz qalıb, ona qarşı hansı vəhşilik aktları həyata keçirilib, qalıqlarının tapılması asan olmayacaq. Biz bu reallığı nəzərə almalıyıq. Bütün bunlara baxmayaraq, Dövlət Komissiyası Natiq Qasımovun və bütün digər itkinlərin axtarılmasını, sonrakı taleyinin müəyyən olunması prosesini sona kimi həyata keçirəcək. Bu, cənab Prezidentin Dövlət Komissiyası qarşısında qoyduğu vacib vəzifədir. Cənab Prezident tərəfindən tapşırıq belədir ki, sonuncu itkinin taleyi müəyyənləşənə qədər Dövlət Komissiyası fəaliyyət göstərəcək. Bizim hədəfimiz itkin düşmüş bütün vətəndaşlarımızın taleyinin müəyyən olunmasıdır, bu istiqamətdə də işimizi davam etdirəcəyik", - İ.Axundov mətbuata açıqlamasında deyib. “Qaradağ şahinləri” taborunun əsgəri Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 hərbçi yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına savaşı davam etdirmişdi. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüşdü. Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilmişdi. Vitali Balasanyan həm qondarma “artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. O, vaxtilə Qarabağda erməni quldur dəstələrinin rəhbərlərindən biri olub, 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb, torpaqlarımızın işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə keçmiş separatçı rejimin müdafiə nazirinin müavini olub. Daha sonra “artsax təhlükəsizlik şurasının katibi” kimi fəaliyyət göstərib. V.Balasanyan terroru sevən, türklərin düşməni olan və həddindən artıq qəddar bir erməni kimi ad çıxarıb. O, Xocalı qətliamını törədənlərdən biridir. Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında Qarabağda separatçılara qarşı antiterror əməliyyatları keçirəndə, Balasanyan Əsgəranda gizlənmişdi. Sentyabrın 28-də isə o, Qarabağə tərk edərək Ermənistan istiqamətinə yollanıb. Ermənistan mətbuatı onun dağ yolları ilə qaçmağa müvəffəq olduğu barədə məlumat yayıb. İddiaya görə, Balasanyan gizli dağ yolları ilə piyada getdiyinə görə, Ermənistana yalnız oktyabrın ilk ongünlüyündə çata bilib. Vitali Balasanyan hazırda İrəvan şəhərində yaşayır.

ŞİKAYƏT: “Sürücünü axtarırıq, tapa bilmirik, 35-40 dəqiqə intervalla işləyirlər”

“108 B nömrəli avtobus Mehdiabad qəsəbəsindən Azadlıq metrosuna qədər işləyir. Tək mən yox, bütün Binəqədi qəsəbə sakinləri bu avtobusdan şikayətçidir. Avtobus yaxşı işləmir, yarım saatdan bir intervalı var. İş o yerə gəlib çatıb ki, 108 B-ni görəndə uşaq kimi sevinirik” Bunu Moderator.az-a şikayətçi Gülər Məmmədova deyib. O daha sonra əlavə edib. “Nəzərə alsaq ki, Binəqədi kəndində əhali çoxdur, bu da problemi birəbeş artırır. Avtobusun sonuncu dayanacağı Azadlıq metrosunun qarşısıdır. Təsəvvür edin, axşam saat 9-dan sonra ümumiyyətlə avtobus tapmaq olmur. Gələn avtobus da 35-40 dəqiqə intervalla işləyir. Sürücü avtobusu qoyub çıxıb gedir. Sürücünü axtarırıq, tapa bilmirik ki, sözümüzü deyək. Yəqin çay içməyə, yemək yeməyə gedir. 1 saata yaxın interval olar?! 45 dəqiqədən sonra sürücü gəlir. O gələnə qədər artıq avtobusda bir çoxu yatmış olur. İnsanlar işdən arğın-yorğun halda çıxırlar. Onları qətiyyən qınamıram. Etiraz edəndə də deyir ki, avtobus yoxdur. Avtobus yoxdursa bu bizim problemimiz deyil. Avtobusda kondisioner sistemi yoxdur. Hamının başından su damcılıyır. 108 A nömrəli avtobus yenilərdəndir, Bakı Bus-dur. Sərnişinlərin hər cür rahatlığını təmin ediblər, konsidioner işləyir” deyə o bildirib. Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Küləkli hava sabaha qədər davam edəcək

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Daşkəsəndə 28 m/s-dir. İsmayıllı, Qəbələ, Şəki, Naftalan, Zaqatala, Göygöldə isə sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti 18 m/s təşkil edir.

Papağımızı yerə soxmaq istəyirdilər, başlarını unitaza soxduq...

Paşinyanın Şuşada "Yallı" getməyi yadınızdadır? Kimin yadından çıxar?! Vallah, "Yadullanın müsibəti" belə olmamışdı...  Amma axırı yaxşı oldu. Şuşada içdiyi fransız çaxırını Paşinyanın və arvadının burnundan gətirdilər. Anna Şuşanı, Xocalını, Xankəndini indi ancaq AzTV-də görür. Bir də yuxusunda... Qarabağa Xarı bülbül aparmağa gəlmişdilər, igid əsgərlərimiz qoltuqlarına unitaz verib yola saldılar... SEO Xidməti Bu gün onların bayramıdır. Qarabağı bizə qaytaran qəhrəman ordumuzun bayramıdır. Bu gün xalqımızın bayramıdır. Bu bayramdan hamıya pay düşür... Çoxdanıncı, daha dəqiq desək, 90-cı illərin axırı idi. Müsahibə üçün Bakı kəndlərindən birinə getmişdim. Qayıdanda kədərli mənzərənin şahidi oldum: Avtobus yerindən tərpənındə bir nəfər əli ilə orta qapını tıqqıldatdı. Sürücü güzgüyə ani nəzər yetirib sürəti artırdı. Arvadlardan biri "a bala, gələn var* deyib haray-həşir salanda, oğlanın reaksiyası belə oldu: "Əşşi, əsgərdir də... Pul verməyəcək..." Avtobusdakı sərnişinlərdən biri dodağının altında mızıldandı, üç-dörd nəfər güldü, qalanları isə özlərini karlığa və lallığa qoydular... Çox daşınıb-düşünəndən sonra bu münasibətin səbəbini özüm üçün müəyyənləşdirə bildim: Dünyanın heç bir ölkəsində məğlub ordunun hörməti olmur...  Mən özüm də hərbi xidmətdə olanda tez-tez oxşar münasibətlə qarşılaşırdım. Ayağımızı hərbi hissədən kənara qoyan kimi kənd sakinlərinin qəzəbli baxışlarına tuş gəlirdik. Onlar iri çomaqlarını başlarının üstündə fırlayıb belə deyirdilər: "Bağa, bostana yaxın gəlsəniz, ayağınızı qırarıq".  44 günlük Vətən müharibəsi və 24 saatlıq antiterror əməliyyatı məğlub ordunu QALİB ORDUya çevirdi. İgid balalarımız papağımızı yerə soxmaq istəyənlərin başlarını unitaz soxdular. O səhnə hələ də gözümün qabağındadır: Ermənilər tankı qoyub unitazı aparırdılar... Vətən müharibəsinin 18 yaşlı şəhidi Xəyyam Məmmədovun məktubudur. Şəhadətə yüksəldiyi sonuncu döyüşdən bir neçə gün əvvəl yazıb: “Ana yıxılma ha, dik dayan... Nəfəsim bir azdan dayanacaq. Bölük yoldaşlarım məni evə gətirəcəklər. Elə ki, evə çatdım məni bərk qucaqla. Bu son görüşümüzdür, ana... Sən şəhid anasısan, dik dayan!”.  Bayramın mübarək şəhid anası! Bayramın mübarək şəhid atası! Əlinin arxası ilə gözünün yaşını sil. Bu gün sevinməyə ən çox sənin haqqın çatır... Seymur VERDİZADƏ 

Bakının müxtəlif küçələrində hərbçilərin yürüşü başlayıb

Bakıda 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin orkestrin müşayiəti ilə yürüşləri başlayıb. Sozcu.az report-a istinadla xəbər verir ki, yürüşlər beş marşrut üzrə keçirilir. Hərbçilər Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi, Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli, Qəzənfər Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti, Nəriman Nərimanov heykəli - Mərkəzi park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi marşrutları üzrə yürüş edirlər.

Faktiki hava: Leysan, şimşək...

Milli Hidrometeorologiya Xidmətinin iyunun 26-sı saat 10:00-a olan məlumatına əsasən, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, qərb küləyi bəzi yerlərdə arabir güclənib. Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 35 mm, Şəkidə 34 mm, Zaqatalada 21 mm, Balakəndə 10 mm, Oğuzda 8 mm, Daşkəsəndə 7 mm, Gədəbəydə 6 mm, Göygöl, Şəmkir, Qrız, Şahbuz, Gəncədə 5 mm-dək olub. İyunun 25-i saat 17:11 radələrində Qobustan rayonu Sündü kəndinə diametri 15 mm, iyunun 26-sı saat 08:24 radələrində Şirvan rayonuna 4 mm, saat 06:04-06:06 radələrində Zaqatala rayonuna 6 mm, saat 08:29 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinə 8 mm, Oğuz rayon Xaçmaz və Xaçmazqışlaq kəndləri ərazisinə isə gecə saatlarında diametri 5 mm olan dolu düşüb. İyunun 26-da səhər saat 8:00-8:30 radələrində yağan leysan yağış nəticəsində Qax rayonu ərazisindən axan Kürmükçaydan və Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan sel keçib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 37, Naxçıvan MR-da 36, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcə isti olub.

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Natiq Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi ilə bağlı Sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib (ölümündən sonra).

Paşinyandan Moskvaya zərbə: Rusların Zəngəzura girişinin qarşısı alınır

“Ermənistan hökuməti nəyin bahasına olursa-olsun Qafanda Rusiya konsulluğunun açılmasının qarşısını almağa çalışır”. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. “Mülki Müqavilə Partiyasının Qafan şöbəsi bir neçə aydır israrla çalışır ki, Rusiya konsulluğunun açılması baş tutmasın. Konsulluğun açılmasının əsas əleyhdarı partiyanın Qafandan olan deputatı Marina Kazaryan hesab olunur. Məhz o, konsulluğun açılmaması üçün imzatoplama kampaniya aparıb” – deyə qəzet bildirib. Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov konkret tarix göstərmədən yaxın vaxtlarda Rusiyanın Qafanda konsulluq açmaq niyyətində olduğunu bildirib. Bundan sonra 2023-cü ildə noyabrın 2-də Rusiya hökuməti Qafanda baş konsulluğun açılması haqqında razılaşmanı təsdiqləyib. Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvanın Qafanda konsulluq açmaq istədiyini deyib, İrəvan da buna razılaşıb. Xatırladaq ki, hazırda Qafanda yalnız İranın konsulluğu var.

Qadınları İrana apararaq cinsi istismara məruz qoyan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Sevda Məmmədovanın (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Sozcu.az-ın əldə etdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 2 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Sevda Məmmədova azərbaycanlı olan 6 qadın İranın paytaxtı Tehran şəhərində işə düzəltmək vədi verib. Bu məqsədlə onları 2017-2019-cu illərdə Tehrana aparıb. Burada isə onları aldadaraq kişilərlə cinsi əlaqəyə cəlb edib. Sevda Məmmədova barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham elan olunub.pravda)

Separatçılara nə cəza veriləcək? - Ömürlük, yoxsa... - Açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmasından sonra yaradılmış qondarma qurumun separatçı rəhbərləri barəsində cinayət işinin istintaqı başa çatıb və baxılması üçün məhkəməyə göndəriləcək. Bəs Qarabağda yüzlərlə insanın qətlinə səbəb olan separatçıları hansı cəza gözləyir? Bakupost.az -ın sualını millət vəkili Elman Məmmədov cavablandırıb. O, separatçılara ən ağır cəza verilməsinin tərəfdarı olduğunu deyib: “Hazırda həbsdə olan separatçılar insanlığa, dövlətimizə, millətimizə qarşı çox ağır soyqırımı cinayətləri törədiblər. Onların başqa cinayətləri də var və bütün bunlar istintaqa məlumdur. Ona görə hesab edirəm ki, onlar Azərbaycan qanunlarıyla ən ağır cəzaya məhkum olmalıdırlar. Yəni onların törətdiyi cinayətlər elə bir həddədir ki, heç bir güzəşt olunmamalıdır, Azərbaycan qanunları çərçivəsində ən ağır cəza verilməlidir. İndi Azərbaycanda ölüm hökmü yoxdur, amma mən arzu edərdim ki, belələri üçün ölüm hökmü olsun. Yəqin ki, ömürlük həbs vermək lazımdır ki, ömürlərinin axılarına qədər həbsdə qalsınlar”.

Dağıstan hadisələrində ölənlərin sayı ARTDI

RF Dağıstanda terror aktları nəticəsində ölən polis əməkdaşlarının sayı 16-ya çatıb. Sozcu.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb. Belə ki, yaralılardan 24 yaşlı çavuş xəstəxanada ölüb. Bununla ölənlərin ümumi sayı 26 nəfərə çatıb. Yaralılar isə 51 nəfərdir. Yaralı təhlükəsizlik qüvvələrinin ikisinin vəziyyəti hələ də son dərəcə ağırdır.

Maskalı şəxslər Göyçay sakinini döyərək beş min manatını ALDILAR

Göyçay rayonunda quldurluq hadisəsi qeydə alınıb.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Sozcu.az-a verilən məlumata görə, zərərçəkən şəxs polisə müraciət edərək üzləri maskalı naməlum şəxslərin onu döyərək avtomobilin yük yerində saxladıqlarını və üzərində olan 5000 manatı götürərək hadisə yerindən uzaqlaşdıqlarını bildirib. Qeyd edilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Əli Piriyev, qohumu Orxan Piriyev, Ruslan Səmədov, İlkin Bəşirov və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər cinayəti Əli Piriyevin təklifi ilə törədiblər. Onlardan quldurluq yolu ilə əldə etdikləri pulun bir qismi aşkarlanıb. Məhkəmənin qərarı ilə saxlanılan 4 nəfər barəsində həbs, yetkinlik yaşına çatmayan şəxs haqqında isə digər növdən olan qətimkan tədbiri seçilib.  Araşdırmalar davam etdirilir. 

25 yaşlı oğlan Kür çayında batdı

Neftçalada 25 yaşlı gənc Kür çayında batıb.  Sozcu.az xəbər verir ki, hadisə iyunun 24-ü günorta saatlarında Bankə qəsəbəsi ərazisində qeydə alınıb.  Belə ki, qəsəbə sakini, 1999-cu il təvəllüdlü Babayev Rəhim Qurbanəli oğlu Kürdə çimmək üçün evdən çıxıb.  Bir neçə saat sonra onun paltarları Kürün sahilində tapılsa da, özünü tapmaq mümkün olmayıb.  Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət dalğıc-xilasediciləri cəlb olunub.  Klinikalar Hazırda axtarışlar davam etdirilir. 

Azərbaycanın quru sərhədləri açılır? - Açıqlama

“Bu gün quru sərhədlərin açılması ən aktual problemlərdən biridir”.  Bu sözləri Manset.az-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.  Millət vəkili əlavə edib ki, bu ərəfədə quru sərhədlərin açılması gözlənilmir:  “Buna səbəb odur ki, hökumət var olan bəzi arqumentasiyalar nəticəsində COVID-19  və karantin rejimi ilə bağlı müəyyən təhlükələrin olduğunu vurğulayır. Sözsüz ki, hər bir halda bu məsələdə bir çox güzəştlər olunmalıdır. Elə insanlar var ki, quru sərhədlərin açılması onlar üçün həyati əhəmiyyət daşıyır. Burada biz Gürcüstanda yaşayan soydaşlarımızı fərqləndirə bilərik.  Əgər vətəndaş və soydaşlıq məsələsində fərqlilik olarsa, onların vəziyyəti müəyyən dərəcədə yüngülləşəcək. Çünki hazırkı şərtlərdə bu qədər məhdudiyyətin olması insanları xeyli sıxıntı ilə üzləşdirməkdədir. Biz isə bunun əksinin olması üçün çalışmalıyıq. Hazırda bu məsələ ətrafında bir çox müzakirələr aparılır. Ümid edirəm ki, xəstələrin, tələbələrin, xüsusilə də soydaşlarımızın vəziyyəti nəzərə alınacaq”. 

Dayısı 18 yaşlı gənci GÜLLƏLƏDİ

İyunun 23-də saat 05 radələrində Tərtər rayon sakini 2006-cı il təvəllüdlü Süleymanlı Eltac Bəylər oğlunun ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində xəsarət alması və xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sozcu.az-a verilən məlumata görə, araşdırmalarla hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin dayısı 1988-cu il təvəllüdlü Əhmədov Asiman Vaqif oğlu saxlanılıb. Araşdırma aparılır.

“Biri maral, biri eşşək ferması açır, bu, icra başçısıdır, ya fermer?“ - Rəşid Mahmudov

Şəmkirin həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədovun məhkəmədə son söz deyərkən səsləndiridiyi fikirlər müzakirələrə səbəb olub. Qeyd edək ki, sabiq başçı həbsdə qala bilmədiyini, azad olunmaq və Qarabağda quruculuq işlərində iştirak etmək istədiyini deyib. A.Məmmədovun səsləndirdiyi fikirlərl bağlı Bakupost.az -a açıqlama verən tanınmış ictimai xadim Rəşid Mahmudov onun bu barədə vaxtında düşünməli olduğunu bildirib. R.Mahmudov həbsdə olan sabiq icra başçılarına hansı cəzanın veriləcəyini məhkəmənin müəyyən edəcəyini bildirib: SEO Xidməti "Sözsüz ki, cəza verilməlidir. Bu əməlləri edən məmur uşaq deyil ki, bunu bilməyərəkdən etdiyini desin. O adam maral ferması saxlayanda, dövlətin puluyla özünə topdağıtmaz mülklər, avtomobillər alanda başa düşməliydi ki, bu qanunsuzluqdur, buna yol vermək olmaz. Neftçalanın həbsdə olan keçmiş icra başçısı İsmayıl Vəliyev də eşşək ferması açmışdı. Bilmirsən, bunlar fermerdi, yoxsa icra başçısı?! Axı bir gün adamdan bunun hesabını sorurlar”. Qeyd edək ki, Alimpaşa Məmmədov 7 il Şəmkir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. O, 29 aprel 2021-ci ildə Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. A.Məmmədov korrupsiya cinayətlərində ittiham olunur. Həmin vaxt çoxşaxəli biznes fəaliyyətiylə məşğul olduğu deyilən A.Məmmədovun maral fermasının olması isə cəmiyyətdə geniş müzakirələrə səbəb olmuşdu.

Ukrayna ordusu Belqorodu vurdu: ölü və yaralılar var

Ukrayna ordusu sutka ərzində Belqorod vilayəti ərazisinə 110-dan çox mərmi atıb. Sozcu.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib. Onun sözlərinə görə, nəticədə 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. “10-dan çox yaşayış evi, 2 kommersiya obyekti, 50 avtomobil və 3 həyətyanı sahəyə ziyan dəyib”, - Qladkov bildirib.

Güclü külək bu iki rayonda fəsadlar törətdi

Gecə saatlarından başlayaraq Zaqatala rayon ərazisində hava şəraitinin kəskin dəyişməsi güclü külək və dolu ilə müşayiət olunub. Rayon Fövqəladə Hallar Komissiyasından Sozcu.az-a verilən məlumata əsasən, güclü külək, leysan və dolu daha çox Makov, Muğanlı, Lahıc kəndləri istiqamətində müşahidə edilib. İri gövdəli ağaclar aşaraq elektrik və rabitə xətlərini zədələyib. Bu səbəbdən Muğanlı, Makov və Lahıc kəndləri istiqamətində avtomobillərin hərəkətində çətinlik yaranıb. İlkin məlumatlara əsasən, dolu daha çox rayonun Yeni Suvagil kəndinə yağıb. Nəticədə meyvə ağaclarına, bostan-tərəvəz bitkilərinə ciddi ziyan dəyib. Təbii fəlakət Balakən rayonundan da yan keçməyib. Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, küləklə müşahidə edilən leysan və dolu Balakən şəhəri də daxil olmaqla ətraf yaşayış məntəqələrinə xeyli ziyan vurub. Əsasən dolu yağan ərazilərdə şəxsi təsərrüfatlara ziyan dəydiyi bildirilir. Bununla yanaşı, güclü külək nəticəsində Balakən şəhəri və yaxın kəndlərdə ağaclar aşıb, elektrik naqilləri və rabitə xətləri zədələnib. Külək və leysan yağışları ara verdiyi saatlardan başlayaraq hər iki rayon ərazisində təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Azərbaycanda bu çaydan sel keçdi

Milli Hidrometeorologiya Xidmətinin iyunun 23-ü saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Lənkəran Astara bölgəsinin ərazisindən axan Lənkərançayda suyun səviyyəsi 6, Viləşçayda 2, Balakən-Şəki bölgəsi ərazisindən axan Katexçayda 3, Əyriçayda 120, Qarasuçayda 103, Qusar rayonu ərazisindən axan Qusarçayda 43, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Bərgüşadçayda və Oxçuçayda 1, Həkəriçayda isə 4 sm artım müşahidə olunub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev məlumat verib. Onun sözlərinə görə, gecə saatlarında Şəki rayonu ərazisindən axan Şinçaydan sel keçib: "Hazırda çayda azalma müşahidə olunur".