09:32
Bərdədə iki avtomobil toqquşub.
Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Bərdə rayonunun Mehdili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobillərdə sıxılı vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Bərdə rayonunun Mehdili kəndində VAZ markalı iki minik avtomobilinin toqquşması nəticəsində ölənlərin sayı üçə çatıb.
Teleqraf-ın məlumatına görə, avtomobildə ata və oğul olmaqla 1968-ci il təvəllüdlü Ələddin Əliyev, onun oğlu Alı Əliyev həyatını itirib.
Digər oğul 2005-ci il təvəllüdlü oğul Röyal Əliyev ağır vəziyyətdə Bərdə rayon xəstəxanaya çatdırılıb.
Hadisə zamanı VAZ markalı digər minik avtomobilində olan polis əməkdaşı 2003-cü il təvəllüdlü Səyyad Əliyev də ölüb.
Faktla bağlı araşdırma aparılır.
