İsrail və HƏMAS razılaşdı

İsrail və HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsin yaradılması prinsipləri barədə razılığa gəlib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden X səhifəsində məlumat yayıb. "Altı həftə əvvəl mən atəşkəs və girovların qaytarılması üçün hərtərəfli sövdələşmə prinsiplərini irəli sürdüm. Hələ görüləsi işlər var və bunlar mürəkkəb məsələlərdir, lakin prinsiplər indi İsrail və HƏMAS tərəfindən razılaşdırılıb”, - deyə Ağ Ev rəhbəri bildirib.

İran atom bombası yaratmaq ərəfəsindədir - Xəbərdarlıq

İran İslam Respublikası atom bombası yaratmaq ərəfəsindədir və bunun qarşısını almaq üçün nəsə etmək lazımdır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-in 9 düşüncə mərkəzinin birgə bəyanatında xəbərdarlıq edilib. “İslam Respublikası bir neçə gün ərzində bir neçə nüvə silahı istehsal etmək üçün lazım olan uranı istehsal edə bilər və bunun qarşısını almaq üçün təcili tədbirlər görülməli, Amerikanın növbəti prezidenti etibarlı hərbi variantları nəzərdən keçirməlidir”, - bəyanatda bildirilib. Həmçinin bəyanatda dünyanın diqqətinin İsrail-HƏMAS müharibəsinə və 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə yönəldiyi bir vaxtda Tehranın davamlı və sakit şəkildə nüvə zənginləşdirmə fəaliyyətlərini artırdığı da qeyd olunub.

Milli fəal təhlükəsizlik idarəsində dindirilib

İyulun 11-də Təbrizdə yaşayan milli fəal Səccad Sidqi təhlükəsizlik idarəsinə aparılaraq dindirilib. Bu barədə yerli insan haqları fəalları məlumat yayıblar. Onlarn sözlərinə görə, mülki güyimli əmurlar məhkəmə hökmü  olmadan iş yerinə gedən milli fəalı özləri ilə idarəyə aparıb, 4 saat dindirdikdən sonra sərbəst buraxıblar. Məmurlar Səccad Sidqinin təhküləsizlik idarəsindən edilən çağırış zənglərinə cavab vermədiyinə görə onun təhdid ediblər. Qeyd edək ki, Səccad Sidqi bundan əvvəl bir neçə dəfə saxlanılıb, "İrana qarşı olan qrup və ya təşkilatların xeyrinə təbliğat"da günahlandırılıb və girov qarşılığında müvəqqəti sərbəst buraxılıb.

Bakıda üç nəfər dənizdə batdı: İkisi qardaşdır

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə 3 nəfərin batması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda batdığı ehtimal olunan şəxslərin, 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlu, 2008-ci il təvəllüdlü Aslanov Abid Asif oğlu və 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

Paşinyanın sentyabr-oktyabr aylarında “ciddi, kəskin addımlar atacağı” bəlli oldu....

Nikol Paşinyan  Ermənistan parlamentinin növbədənkənar sessiyası başlamazdan əvvəl hakim “Vətəndaş sazişi” partiyasının yaxın çevrəsini toplayaraq sentyabr-oktyabr aylarında ciddi, kəskin addımlar atacağını, onların konkret nədən bəhs etdiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, “İravunk” qəzeti bu haqda rəsmi dairələrdəki mənbələrinə istinadla yazır.   “...Mənbələrimiz iddia edir ki, Paşinyanın həmin vaxt ərzində KTMT-dən çıxmaq qərarı verməsi də istisna deyil. Bu kontekstdə baş nazir bəyan edib ki, indi onun bir sıra parlamentdənkənar qüvvələrlə geniş konsolidasiyaya ehtiyacı var: “Danışın, inandırın, onları bizim dairəyə gətirin””  Erməni nəşrinin yazdığına görə, Paşinyan öz etibarlı ətrafına verdiyi göstəriş təxminən belə olub. “O, hər kəsin ictimai müsahibələrini izlədiyini və komandanın vahid iş tərzindən razı qaldığını söyləyib” – Ermənistan qəzeti belə yazır.

Kreditlə yüklənən vətəndaşlar - Onları necə xilas etməli?

“Artıq uzun müddətdir ki, istehlak məsullarının kreditlə satılması həyta keçirilir. Bu da vətəndaşlara aldığı məsul üzrə mərhələli, yəni müddətli ödəniş imkanı verir. Sözsüz ki, digər kredit növlərində olduğu kimi, məsulların kreditlə satışı zamanı da vətəndaşın ödəmə qabiliyyətinin öyrənilməsi, xüsusilə də izafi kredit yüklənməsinin qarşısının alınması çox vacibdir. Nəticə etibarilə vətəndaş istər istehlak məsullarını alan zaman, istərsə də digər formada kreditdən istifadə edirsə, bu, artıq onun üçün aylıq ödənişlər deməkdir”. Sozcu.az xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, istehlak məsullarının vətəndaşın ödəmə qabiliyyətini nəzərə almaqla kreditlə verilməsi çox vacibdir. Çünki əks halda bu ödəmə qabiliyyətinə təsir göstərə bilər. Hətta problemli kreditin həcmində də dəyişiklik müşahidə oluna bilər: “Bu sahədə xüsusi qaydaların tətbiqi edilməsi və vətəndaşın ödəmə qabiliyyətini nəzərə almaqla məsulun kreditlə satışının təmin edilməsi çox vacibdir”.

Aran rayonlarında 40 dərəcə isti olub - FAKTİKİ HAVA

Saat 9:00-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az verilən məlumata görə, düşən yağıntının miqdarı Lazada (Qusar) 13 mm, Şəki, Qax, Şahdağ, Qrız, Balakən, Gədəbəy, Şəmkir, Qəbələ, Zaqatala, Balakən, Tərtər, Yevlaxda 5 mm-dək olub. Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Goranboyda 19 m/s, Balakəndə 18 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s, Şirvan, Naftalanda 16 m/s, Zaqatalada 15 m/s-dək güclənib. Qrızvə Şahdağda duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 38, Aran rayonlarında 40, dağlıq rayonlarda 31 dərəcəyədək isti olub.

Azərbaycan və Pakistan prezidentləri görüşdü

İyulun 12-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü başa çatıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Beqlaryanın məhkəməsi keçirilir

Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətməkdə və terrorçuluqda təqsirləndirilən Rəşid Beqlaryanın növbəti məhkəməsi başlayıb. Sozcu.az xəbər verir ki, məhkəmə iclası Sabunçu Rayon Məhkəməsində Füzuli Hərbi Məhkəməsinin hakimi Əli Süleymanovun sədrliyi ilə keçirilir.

14 yaşlı uşağı "tok" vurub öldürdü

Saatlıda 14 yaşlı uşağı cərəyan vuraraq öldürüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Soltanabad kəndində qeydə alınıb. Həmin kəndin sakini, 2010-cu il təvəllüdlü Sarıyev Elgün Elşən oğlunu su nasosunun cərəyanı vuraraq öldürüb. Faktla bağlı araşdırma aparılır.

MİQ-in test imtahanı mərhələsinin nəticələri açıqlandı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Təhsil institundan məlumat verilib. Bildirilib ki, 2-10 iyul tarixlərində təşkil olunan test imtahanlarının nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Qeyd edilib ki, test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.

Sürücülərin NƏZƏRİNƏ: Parkinqlə bağlı SMS-lər pullu oldu

"AzParking"də giriş-çıxışda göndərilən hər SMS-ə görə artıq 0.10 manat ödəniş çıxılması ilə bağlı iddialar yayılıb. Sozcu.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə vətəndaşlar qeyd ediblər. Onların sözlərinə görə, 24 iyundan etibarən sözügedən SMS-lər pullu olub. Sürücülər qeyd ediblər ki, əvvəllər parkinqin ilk 15 dəqiqəsi tamamilə ödənişsiz idi, mesaj göndərildiyi halda belə həmin müddətdə heç bir pul çıxılmırdı. Amma bu dəyişiklikdən sonra SMS bildirişi göndərildiyi an vətəndaşın hesabından 10 qəpik silinir. Eyni proses çıxışda da aparılır və parkinqdən 15 dəqiqədən az belə istifadə edənlər ümumilikdə 0.20 manat ödəniş etməli olurlar. Buna müvafiq olaraq 15 dəqiqəni keçdiyi halda avtomobillə parklanma yerinə giriş və çıxış üçün göndərilən SMS-ə görə çıxılan pul isə ümumi parkinq pulunun üstünə gəlir. Məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlanılıb. Qurumdan sorğuya belə cavab alınıb: "Parklanmaya görə SMS-lərin ödənişli olması ilə bağlı bildiririk ki, bu, "Bakcell" və "Nar" mobil operatorları tərəfindən tətbiq edilən komissiya haqqıdır və parklanmaya görə ödəniş deyil. "Azercell" mobil operatoru tərəfindən bu xidmət üçün heç bir komissiya haqqı tətbiq edilmir. Parklanmaya görə ödənişləri SMS-lə yanaşı, "AzParking" mobil tətbiqi üzərindən etmək mümkündür. Ödəniş üsulu vətəndaşlar tərəfindən könüllü seçilir. "AzParking" mobil tətbiqindən istifadəyə görə heç bir komissiya haqqı tutulmur".

“O verilişlərin hamısını zibil yeşiyinə tullamaq lazımdır” - Tahir İmanov

"Tənqidin nəticəsi olmalıdır. Məsələ kökündən həll edilməlidir. "TikTok" kimi platforma ya bağlanmalır, ya da çərçivəyə salınmalıdır. Aidiyyəti qurumlar bununla məşğul olmalıdır. "TikTok"-da baş verənlər faciədir. Gənclərin zövqünü, həyatını korlayır. Orada çoxluq təşkil edən söyüşdür".  Sozcu.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Tahir İmanov "Talknex" yutub layihəsində danışıb. O bildirib: "Müstəqil insanam, fikir bildirirəm. Heç bir yerdə işləmirəm. Böyük layihələrdə işim yoxdur. Müsahibələrdən sonra dolayı yolla bəzi məmurlardan zənglər gəlir ki, Tahir İmanov niyə belə danışdı? Onları necə başa salım ki, azad ölkədə yaşayıram və azad fikrim var. Xoşunuz gəlmirsə, qulaq asmayın". T.İmanov televiziyalarda yayımlanan verilişlərdən söz açıb: "Telekanal rəhbərləri dəvət edildi, nə oldu? İndi 5-6 bayağı, neqativ layihə bağlansa toy-bayram olacaq, cəmiyyətə yeni nəfəs veriləcək. Azərbaycan kişisini rəzil vəziyyətdə nə qədər göstərmək olar? Bu nə biabırçılıqdır?! Biz qalib xalqıq. Elə bir dövrdə yaşayırıq ki... Əsl kişilər dövründəyiq. Niyə əsl kişiləri qoyub, qeyri-kişiləri, qeyri-qadınları təbliğ edirsiniz? Televiziya rəhbərləri açıq-aşkar dedilər ki, reytinqidir, olmasa işçini dolandıra bilməyəcəyəm. Boş bəhanədir, birinci öz ciblərini doldura bilməyəcəklər. Onlar ancaq cibi düşünürlər. Televiziya hər zaman özünü dolandırıb. Elə gözəl verilişlər olub. Televiziya rəhbərləri qazanmayıb? Yuxarıdan göstəriş gəlsə ki, bunu bağlayın, olacaq. Camaata nə versəniz ona baxır. Nə versən onu da yeyəcək. Zir-zibili yedizdirmək yaxşı deyil. Bir dəfə dedim ki, verilişlərin hamısını zibil yeşiyinə tullamaq lazımdır. Hamı başladı Tahir İmanov tükənib, çörəyi dizindədir". T. İmanov məktəblərdə rüşvətxorluqqdan danışarkən deyib: "Millət vəkilləri ancaq danışırlar, problem həll olunmur. Mənə imkan verilsəydi, 100-200 müəllimi həbs edərdim. Bunun cəzası ancaq budur. Demirəm, rüşvət almayacaqlar, alacaqlar, amma qorxa-qorxa və bu azalacaq"

Ermənistan parlamentinin növbədənkənar iclası çağırılır

Ermənistan parlamentinin iyulun 12-də növbədənkənar iclası çağırılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, gündəlikdə yeddi məsələ var. Bildirilib ki, məsələlər yekun oxunuşda qəbul ediləcək. Gündəlikdə duran məsələlərə bunlar daxildir: “Hökumətin strukturu və fəaliyyəti haqqında” qanuna dəyişiklik edilməsi barədə , “Cinayət-İcra məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” , “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə, “Hərbi qulluqçular haqqında” və bununla bağlı qanunlara dəyişikliklər, “Geodeziya və kartoqrafiya fəaliyyəti haqqında” qanunda dəyişikliklər və bununla bağlı qanun layihələri zərfi, “Milli təhlükəsizlik orqanlarında xidmət haqqında” qanuna dəyişikliklər edilməsi barədə, “Ermənistan Respublikasının müdafiəsi zamanı hərbi qulluqçuların həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında” qanuna əlavə və dəyişikliklər haqqında qanun layihələri.

İlham Əliyev və Şahbaz Şərif mətbuata bəyanatla çıxış etdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif mətbuata birgə bəyanatla çıxış ediblər. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

SON DƏQİQƏ! Zəngəzurda 2 erməni hərbçi öldü

Ermənistanda tərxis olunmuş hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb. Sozcu.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarqsyan məlumat yayıb. Sünik vilayətində baş vermiş qəza nəticəsində 2 nəfər həlak olub, 3 nəfər xəstəxanaya yerləşdirilib.

Zabitimizin necə həlak olduğu bilindi

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Ordusunun zabiti Məhərrəmov Seydullah Sadiq oğlu bədbəxt hadisə nəticəsində həlak olub. Sozcu.az Modern.az-a istinadən xəbər verir ki, həlak olan hərbçi Qax rayonunun Qorağan kəndindəndir. Onun Bakı şəhərində yol-nəqliyyat hadisəsi zamanı həlak olduğu bildirilir. S.Məhərrəmov ailənin böyük oğlu olub. Kiçik qardaşı da özü kimi hərbçidir. Qeyd edək ki, hərbçimiz Vətən müharibəsində iştirak edib. “Şuşanın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif olunub.

Xərçəngə tutulan qazi vəfat etdi

Ötən gün haqqında məlumat paylaşdığımız kəskin lemfoblast leykoz xəstəliyindən əziyyət çəkən keçmiş hərbçi, Tovuz rayon Vahidli kənd sakini Aslanov Səxavət Tahir oğlu vəfat edib. Sozcu.az xəbər verir ki,bu barədə “Qafqazinfo”ya onun yaxınları məlumat verib. Qeyd edək ki, 31 yaşlı Səxavət evli idi və 3 övladı var. O, Tovuz rayon Qaraqaya yüksəkliyi uğrunda gedən döyüşlərdə, 44 günlük Vətən müharibəsində iştirak edib. “Vətən Müharibəsi İştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Hava kəskin dəyişir: Dövlət xidməti xəbərdarlıq etdi

İyulun 11-13-də Azərbaycanda müşahidə ediləcək hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, gecə və səhər arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Azərbaycanın rayonlarında iyulun 11-13-də bəzi dağlıq və dağətəyi rayonlarda əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi 15-18 m/s, bəzi yerlərdə arabir 20-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Sumqayıtda zavodda 53 nəfər zəhərlənib - Rəsmi

Sumqayıda zavod əməkdaşlarının kütləvi zəhərlənməsi faktı üzrə cinayət işi başlanıb. Bu barədə Sozcu.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, iyulun 10-da Sumqayıt şəhərində yerləşən zavodlardan birində çalışan işçilərin qida zəhərlənməsindən şəhər xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı müəssisənin 53 nəfər əməkdaşının nahar vaxtı zavodun yeməkxanasında qəbul etdikləri qidalardan zəhərlənməsi məyyən edilib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yeməkxanada olan qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. Zəhərlənən şəxslərə stasionar tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb. Hazırda vəziyyətləri normaldır. Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

“Ekspressbank”ın başı dərddə: İctimai fəal Prezidentə MÜRACİƏT EDƏCƏK

İctimai fəal İlkin Rüstəmzadə "Ekspressbank"la bağlı Prezidentə müraciət edəcəyini açıqlayıb. Sozcu.az xəbər verir ki, İlkin Rüstəmzadə bankda ona qarşı haqsızlıq edildiyinə görə bu addımı atacağını qeyd edib. "Gəlmişəm "Ekspressbank"a. Cari hesab açmağa, kart açmağa uyğun bilmədilər. Açıq-aşkar dedilər ki, sən qara siyahıdasan. Dedim ki, heç vaxt heç bir bankda kreditim olmayıb, hansısa şübhəli əməliyyatım olmayıb.  "Məhkumluğa görə sən bizə uyğun müştəri deyilsən" dedilər. "Voobşem", səviyyən uyğun gəlmir bizim banka".  İlkin Rüstəmzadə bankın etdiyinin açıq-aşkar tərbiyəsizlik olduğunu vurğulayıb. O bildirib ki, bu, həm də cinayətdir: "Diskriminasiyanın hər hansı növü və forması Azərbaycan Konstitusiyasına görə qadağandır. Mənə qarşı edilən bu ləyaqətsiz davranışla bağlı Maliyyə, Daxili İşlər Nazirliklərinə və Dövlət Təhlükəsizlik Xidmətinə rəsmi şikayət ünvanladım.  Bir azdan Prezidentə də rəsmi şikayət ünvanlayacam. Sabah isə rəsmi qaydada məhkəməyə müraciət edəcəm. Bankdan mənə qarşı etdikləri davranışa görə 1 milyon manat təzminat tələb edəcəm".

Kəlbəcər rayonu ilə bağlı SƏRƏNCAM

“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiqlənib: Müşahidə Şurasının sədri Bəşir Hacıyev – Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Müşahidə Şurasının üzvləri: Elnur Əliyev – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Sarvan Cəfərov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Namiq Hümmətov – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Azadə Hüseynova – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini.

"Çox tezliklə..." - Zelenski mühüm qərarı açıqladı

Ukrayna Prezidenti Vladimir Zelenski yaxın gələcəkdə F-16 qırıcıları ilə bağlı qərarın anonsunu verib. Sozcu.az UNİAN-a istinadən xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib. “Bu gün biz Vaşinqtonda işimizi davam etdiririk, xüsusən də, yaxın vaxtlarda F-16 qırıcıları ilə bağlı qərar olacaq. Ukraynaya veriləcək təyyarələrin sayını artırırıq, Dünən Ukrayna üçün 5 "Petriot" və onlarla hava hücumundan müdafiə sistemləri ilə, bu günsə təyyarələrlə bağlı qərara nail olduq". Həmçinin, Zelenskinin sözlərinə görə, iki yeni təhlükəsizlik sazişi imzalanacaq. “Orada, müqavilələrdə Rusiyaya qarşı sanksiyaların dəstəklənməsi, Aİ və NATO-ya daxil olmağımıza, müdafiəmizə - əsgərlərimiz, bütün xalqımıza, bərpa işinə dəstək var. Biz bütün bunları təhlükəsizlik sazişlərində lazım olduğu kimi nəzərə alarıq”, – Zelenski bildirib.

Vaşinqtonda üçtərəfli görüş BAŞLADI

Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilir. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib. NATO sammiti çərçivəsində keçirilən görüş Azərbaycanla Ermənistan arasında sülh sazişi və münasibətlərin normallaşmasına həsr olunub. Xarici İşlər Nazirliyindən həmçinin qeyd olunub ki, görüş Antoni Blinkenin təşəbbüsü ilə baş tutur.