"Vəziyyət çox ciddidir və biz Rusiyanın parçalanmasını görə bilərik..."
"Çox təəssüf ki, Ukrayna sonradan görəcəyimiz tarixi hadisələrin yalnız tətiyidir..."
Fransız general NATO-ya Rusiyanın parçalanmasına hazır olmağa çağırış edib
NATO artıq bu gün Rusiya Federasiyasının hissələrə parçalanacağına hazırlaşmalıdır.
Sozcu.az xəbər verir ki, bu fikri fransız general, NATO qüvvələrinin Avropada sabiq komandan müavini Mişel Yakovleff fransız hərbi ekspert, sabiq hərbi təyyarəçi Ksavye Titelmanla söhbətində ifadə edib.
"Düşünürəm ki, vəziyyət çox və çox ciddidir. O qədər ciddidir ki, biz Rusiyanın parçalanmasını görə bilərik. SSRİ-nin Berlin divarının çökməsindən sonra dağılması kimi", - general əmin edib.
O, qeyd edib ki, Rusiya hələ Ukraynada müharibədən öncə çökməyə doğru gedib.
"Hazırki rejim iflasa məhkumdur. O, hələ fevralın 24-dən öncə iflasa məhkum olub. Demoqrafiya səbəbindən. Rusiya demoqrafiya çöküşünü yaşayır.
O, həmçinin iqtisadi səbəbdən, Rusiyanın iqtisadi quruluşu baxımından iflasa məhkum olub. O, artıq üçüncü dünya ölkəsinə çevrilib və dördündü dünya ölkəsinə çevrilmə yolundadır, yalnız xammal, filiz, enerjidaşıyıcıları, meşə qırılması hesabına yaşayır", - Yakovleff deyib.
Ksavye Titelman cavabında deyib ki, hətta Mərakeş belə adambaşına düşən sənaye istehsalına görə Rusiyanı üstələyir.
Yakovleff davam edərək deyib ki, Ukraynada müharibə Rusiyanın dağılmasını ən azı "beş il" sürətləndirib.
Generalın fikrincə, bunun səbəblərindən biri də ölkədə üç ordunun-Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin fəaliyyət göstərməsidir, bu da 1973-cü ilin Livan nümunəsinə bənzəyir.
Mən hələ "Vaqner qrupu", "Patriot" tipli özəl hərbi şirkətlərindən, oliqarxların və "kadırovçuların" ordusundan danışmıram.
"Ukraynada müharibə qəlyanaltıdır, daha sonra əsas menyu-Rusiyanın parçalanması olacaq. Rusiyanın parçalanması SSRİ-nin parçalanmasından daha qanlı olacaq, çünki o ölkəni müharibəni istəməyən ağıllı adamlar idarə edib.
Düşünürəm ki, NATO buna hazırlaşmalıdır. Mən təəssüflə etiraf etməliyəm: Ukrayna bizim sonradan görəcəyimiz tarixi hadisələrin yalnız tətiyidir", - general deyib.
Mişel Yakovleff İraq müharibəsinin, NATO-nun Yuqoslaviya əməliyyatının iştirakçısıdır. Karyerasının pik nöqtəsi Mərkəzi Avropada NATO qüvvələri komandanının müavini, Baş Qərargah rəisinin müavini olub. 1905 və 1917-ci il inqilablarının iştirakçısı olan mühacir menşevikin nəslindəndir.