Ermənistanla İran Araz çayı üzərində yeni körpü layihəsi üzərində işləyirlər.
Bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan məlumat verib.
O qeyd edib ki, hazırda mütəxəssislər yeni körpünün inşası ilə bağlı texniki-iqtisadi araşdırmalar aparırlar.
“Layihələndirmə zamanı hazırda işləyən körpünün parametrləri, xüsusilə onun tutumu nəzərə alınacaq”, - deyə Kristina Qaleçyan əlavə edib.//oxu.az