“Sədərəy”in qarşısında qadını maşın vurub öldürdü

Ötən gün “Sədərək” ticarət mərkəzinin qarşısında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sozcu.az xəbər verir ki, Bakı-Qazax yolunun 10-cu kilometrliyində Kamran Qəhrəmanov “DAF” markalı yük maşını ilə yolu keçən qadını vurub. Hadisə nəticəsində zərərçəkmiş yerindəcə həyatını itirib.

Vəfat edən şəxsin kimliyi hələlik məlum deyil.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Share on Facebook