Dünən ölkənin bir sıra saytlarında və sosial şəbəkələrdə Quba Regional Meşə Təsərrüfatı Mərkəzi ilə bağlı bir məlumat yayılıb.
Sozcu.az xəbər verir ki, bu barədə jurnalist Cəmil Məmmədli araşdırma aparıb.
"Bir çox həmkarlarımız bu videoya istinad edərək, arxayıncasına məsələnin ictimailəşməsində, bəzi maraqlı qüvvələrə yardımçı olduqlarını bilməyiblər. Ona görə də, mənz belə ciddi saydığımız həmkarlarımızın prolemdən tam agah olması üçün, böyük bir araşdırma aparmışıq, gələn həftə təbii ki, ortalıqda olan bütün sənədlər, sübutlarla geniş bir reportaj təqdim edəcəyik. Hələlik isə, bu gün yayılan qərəzli, məqsədli informasiyaların mənbəyini və məqsədini bildiyimizə görə, reallığı bir neçə kəlmə ilə qısa çatdırmaq istəyirik.
Adıçəkilən idarə ilə, daha dəqiq desək, bu idarənin müdiri Elvin Baxışovla bağlı çoxdandır ki, şimalda reket jurnalistlər və böyük bir “parket mafiyası”nın arasında, amansız savaş gedir.
Bundan nəinki bölgədəki hər kəsin, hətta bildiyim qədər paytaxtda da bəzi qurumların xəbəri var.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Quba Regional Meşə İdarəsinə bir müddət öncə təyin olunan gənc, gənc olmasına baxmayaraq, hamı tərəfindən savadlı və bacarıqlı kadr kimi xarakterizə olunan Elvin Baxışov, meşələrdəki qanunsuz ağac qırıntılarına konkret qadağa qoyub.
Bundan qəzəblənən “ağac oğruları”, bölgədə fəaliyyət göstərən reket jurnalistlərə müraciət edərək, onlardan yardım istəyib. Onlar da müdirdən, təbii ki, öz xislətlərinə uyğun müəyyən imtiyazlar, pul və sairə tələb ediblər. Doğru işlədiyini, buna görə də heç kəsə bir qəpik də verməyəcəyini vurğulayan gənc meşəçi, bu cavabı ilə reket dəstəsinin hədəfinə tuş gəlib. Durmadan köhnə, saxta, hətta bəzən bir yerin videosunu, köhnə olduğu üçün, başqa bir yer kimi təqdim edərək, bu gənc dövlət qulluqçusuna hücuma keçən reket jurnalistlər, bu gün də öz istəklərinə çatmadıqları üçün, öz dırnaqarası mübarizələrini davam etdirirlər.
Təəssüf ki, bu reket jurnalistlər, bəzi yaydıqları inandırıcı videolarla, ciddi saytların da diqqətini özlərinə çəkə biliblər", - jurnalist qeyd edib.