Hesab edirəm ki, ümumi təhsil müəssisələrində imtahanların sayı çoxdur.
Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, hazırda imtahanların sayının azaldılması müzakirə mərhələsindədir.